23 Sentyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub.
İclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə verilən tapşırıqların vaxtında və yüksək keyfiyyətlə icrasına xüsusi diqqət yetirilir. Bu məqsədlə bölmənin elmi-tədqiqat müəssisələrində su, qaz, işıq sistemi yoxlanılıb, lazımi tədbirlər görülüb.
Sonra bölmənin İşlər idarəsinin baş mütəxəssisi Abbasəli Maqsudov payız-qış mövsümünə hazırlıq sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib. O, qış mövsümünə hazırlıqla əlaqədar mövcud istilik sistemlərinin vaxtında texniki baxışdan keçirildiyini, yararsız avadanlıq və xətlərin aşkar edilərək lazımi tədbirlərin görüldüyünü qeyd edib. Baş mütəxəssis ötən illərdə bölmənin elmi-tədqiqat institutlarında hər hansı bir ciddi problemin olmadığını bildirərək bu il də payız-qış mövsümünə tam hazır olduqlarını diqqətə çatdırıb.

Daha sonra bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel ­Talıbov və Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov mövzu ilə bağlı çıxış ediblər.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

*     *     *

Naxçıvan Avtomobil Yolları Dövlət Şirkətində keçirilən tədbiri şirkətin baş direktoru Bəhruz Əsgərov açaraq bildirib ki, avqustun 26-da Naxçıvan Muxtar Res­publikası Ali Məclisində 2017-­­2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı müşavirədə Avtomobil Yolları Dövlət Şirkətinə də bir sıra tapşırıqlar verilib. Qış aylarında ucqar kəndlərə hərəkətin fasiləsizliyinin təmin edilməsi, yolların qar və buzdan təmizlənməsi üçün istifadə olunan texnikaların saz vəziyyətə gətirilməsi, ehtiyat hissələri ilə təminat, qum ehtiyatının yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilib.
Bildirilib ki, leysan yağışları zamanı və soyuq qış mövsümündə avtomobil yollarında hərəkətin intensivliyinin təmin edilməsi məqsədilə bütün texnikalara baxış keçirilib, fəhlə və mexanizatorlar mövsümlə əlaqədar iş geyimləri ilə təmin olunublar. Ümumilikdə, 12 ədəd avtoqreyder, 29 ədəd özüyükünüboşaldan avtomaşın, 8 ədəd buldozer, 1 ədəd qumsəpən avtomaşın, 3 ədəd avtoyükləyici və 1 ədəd qartəmizləyən maşın muxtar respublikamızın ayrı-ayrı rayonlarının, ucqar dağ və sərhəd kənd­lərinin avtomobil yollarında yarana biləcək hər hansı bir maneənin vaxtında aradan qaldırılması üçün tam hazır vəziyyətə gətirilib. Həmçinin avtomobil yollarının buzdan təmizlənməsində mühüm rol oynayan qum tədarükü də diqqət mərkəzində saxlanılıb, Şorsu massivində xammal daşınaraq Naxçıvan Asfalt-Beton Zavodunda qurulmuş qum-çınqıl karxanasında üyüdülərək min kubmetr ehtiyat yaradılıb.
Qeyd olunub ki, ucqar dağ kəndlərində hərəkətin fasiləsizliyini təmin etmək məqsədilə həmin kəndlərdə buldozer və traktorların işləməsi nəzərdə tutulub, bu texnikalar üçün yanacaq-sürtkü materialları ehtiyatı yaradılıb. Bundan başqa, şirkətdə qərargahın yaradılması, fövqəladə şərait rejimində işləmək üçün növbətçilik qrafiki və xəbərvermə xidmətinin təşkili, istismar olunan yollarda əsaslı və orta təmir işlərinin başa çatdırılması planlaşdırılıb.
Sonra məruzə ətrafında müzakirələr aparılıb.
Tədbirə Naxçıvan Avtomobil Yolları Dövlət Şirkətinin baş direktoru Bəhruz Əsgərov yekun vurub.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4348102
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3724
17506
82659
336466
4348102

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter