21 Noyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Keçmişimizi və bu günümüzü özündə əks etdirən belə muzeylər gələcək nəslin tərbiyəsində, tarixi keçmişə ehtiram, vətənə məhəbbət ruhunda formalaşmasında böyük əhəmiyyət daşıyan mədəniyyət müəssisələridir. Naxçıvan şəhərində fəaliyyət göstərən Xatirə Muzeyinin müasir memarlıq üslubunda inşa olunmuş binası, səliqə-sahmanı bu ünvana üz tutan hər kəsin diqqətini ilk anda cəlb edir. 

1997-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Sərəncamı ilə Şəhidlər Muzeyi yaradılıb. Muzey 500 eksponatla fəaliyyətə başlayıb. 8 avqust 2000-ci il tarixdə muzeyin adı dəyişilərək Xatirə Muzeyi adlandırılıb. Hazırda burada 2000-dən artıq eksponat var. Onlardan 337-si ekspozisiyada sərgilənir. Muzeyin ekspozisiyası xronoloji ardıcıllıqla qurulub. Azərbaycanda baş verən qırğınlara və törədilən etnik qarşıdurmalara ilk hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. 1918-ci il 31 mart, 1990-cı il 20 yanvar, 1992-ci il 26 fevral faciələri ilə bağlı dahi rəhbərin imzaladığı sərəncamların surəti muzeydə özünə yer alıb.
Ekspozisiyada 1918-1920-ci illərdə erməni daşnakları tərəfindən Azərbaycan xalqının başına gətirilən faciələri əks etdirən material, fotoşəkil və sənədləri görmək olar. Həmin illərdə erməni qəsbkarları hücum edərək yaşayış məntəqələrimizi soyur, talayır, əhalini isə xüsusi amansızlıqla qətlə yetirirdilər. Ermənilərin yürütdüyü “yandırılmış torpaq” siyasəti nəticəsində o dövrdə təkcə Bakı şəhərində 70 min insan qətlə yetirilmişdi. Andranikin başçılıq etdiyi erməni quldur dəstələri Naxçıvan mahalına da hücum etmişdilər. Yaycı kəndi tamamilə yandırılmış, əhaliyə heç bir çərçivəyə sığmayan şəkildə divan tutulmuşdu. Naxçıvanda 73 min 727 nəfər qətlə yetirilmişdi.

Türk ordusunun 1918-1920-ci illərdə Naxçıvanda ermənilərə qarşı döyüşməsi ilə bağlı Xatirə Muzeyində yer alan məlumatlar da bizim bir millət, iki dövlət olduğumuzun əyani sübutudur.
Muzeyin guşələrində xalqımızın zəfər dastanının, Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin tarixini əks etdirən nümunələr də var. Bu doğma torpağın parçalanmasının şahidi olan Türkmənçay, Gülüstan müqavilələrinin surətləri muzeydə yer almaqdadır. Doğma elimiz Naxçıvanın taleyini həll edən 1921-ci il 16 mart tarixli Moskva, 1921-ci il 13 oktyabr tarixli Qars müqavilələrinin də surətləri muzeyin ekspozisiyasındadır.
Birinci və İkinci Dünya müharibələrində Azərbaycanda baş verən hadisələr haqqında məlumat və materiallar xalqımızın cəsarətini və dözümlülüyünü özündə əks etdirir. İkinci Dünya müharibəsi illərində azərbaycanlıların həm ön cəbhədə, həm də arxa cəbhədə hünər və dözümü bütün dünyaya məlumdur. Bu müharibədə 700 mindən artıq azərbaycanlı döyüşüb. 300 min azərbaycanlı həlak olub, 2000 döyüşçü medal və ordenlərlə təltif edilib. 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Üç Sovet İttifaqı Qəhrəmanı Naxçıvan torpağının yetirməsidir.
Muzeydə Qəzənfər Əkbərov, Abbas Quliyev və Nəcəfqulu Rəfiyevin yurdundan minlərlə kilometr uzaqda göstərdikləri igidlikləri özündə əks etdirən sənədlər, ordenlər, fotoşəkil və şəxsi əşyalar var. 1948-1953-cü illərdə erməni daşnaklarının xalqımızın başına gətirdiyi müsibət tarixin təkrarı idi. Erməni qəsbkarlarının Azərbaycanın kəndlərində, rayonlarında törətdiyi qırğınların sayı-hesabı yox idi.
Muzeyin guşələrini seyr edərkən diqqətimi çəkən bir fotoşəkil məni həm təsirləndirdi, həm də qürurlandırdı. Bu, 1990-cı ildə Sədərəkdə könüllülərdən ibarət özünümüdafiə dəstəsinin fotoşəkli idi. Həmin könüllülər əsarətdən yeni qurtarmış, özünə gəlməyə hələ vaxt tapmadan mənfur qonşusunun hücumuna məruz qalmış xalqın övladları idi. Bu, sadə, cansız bir fotoşəkil yox, xalqın qeyrətinin, Vətən sevgisinin rəmzidir. Həmin vaxtdan başlayan elan olunmamış müharibə hələ də davam edir. Torpağımız uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalanlar xalqımızın övladlarıdır.
Ümummilli liderimiz Heydər Əliyev, Onun siyasi xəttinin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyev vətən oğullarının göstərdikləri cəsarəti yüksək qiymətləndiriblər. Cəbhədəki şücaətinə görə 213 döyüşçü Milli Qəhrəman adına layiq görülüb. Bunlardan 8-i həmyerlimizdir. Onlar haqqında muzeydə ətraflı məlumat almaq olar.
Gələcək nəslin azad, suveren yaşaması üçün onlar öz canlarından keçdilər. Xalqımız bu qəhrəman övladlarını unutmur, unutmayacaq da. Bu, hamımızın vətəndaşlıq borcu olmalıdır.
Bu gün Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə diqqətəlayiq işlər görülməsi hamımızı sevindirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncama əsasən muxtar respublikanın bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri muzeylərdə olurlar.
Xatirə Muzeyində açıq dərslər keçilir, muxtar respublikanın orta ümumtəhsil məktəbləri ilə əlaqə saxlanılır. Məqsəd isə ondan ibarətdir ki, bugünkü gənclik xalqımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik məqamına ucalanların şərəfli ömür yollarını öyrənsinlər, Vətənə, dövlətə, müstəqilliyimizə sadiq ruhda böyüsünlər.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5283975
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5352
18197
23549
332181
5283975

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter