23 Sentyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilən tapşırıqların icrası ilə bağlı sentyabrın 7-də nazirlikdə iclas keçirilib.
Tədbiri nazir Cavid Səfərov açaraq bildirib ki, müşavirədə nazirliyin tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin təminatının diqqət mərkəzində saxlanması, qazanxanalarda işləyən mövsümi işçilərin təlimatlandırılması üçün müvafiq tədbirlərin görülməsi və hərbi hissələr üçün yun corabların toxunması işinin bu il də davam etdirilməsi istiqamətində tapşır­ıqlar verilibdir.
Nazir çıxışında vurğulayıb ki, 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar verilmiş tapşırıqların icrası ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Ahıllar Evinin və bərpa mərkəzlərinin təminatına diqqət artırılmış, hərbi hissələr üçün yun corab və şərf toxunulması məqsədilə sağlamlıq imkanları məhdud 23 şəxslə müqavilə bağlanmış və onlar tərəfindən toxunmuş 3 min cüt yun corab və 700 yun şərf hərbi hissələrə təhvil verilmişdir.

Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxanaların istismarı üçün ixtisaslı kadrların hazırlanması məqsədilə təşkil olunan qazanxana maşinisti, elektrik montyoru və qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşə kurslarını, ümumilikdə, 261 nəfər bitirmişdir. Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə qazanxanalarda işləyən mövsümi işçilərin təlimatlandırılması məqsədilə muxtar respublikada fəaliyyət göstərən 277 müəssisənin 554 qazanxana işçisi üçün maarifləndirmə işi aparılmışdır. Qarşıdan gələn mövsümü mütəşəkkilliklə başa vurmaq üçün nazirlik tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.
Sonra nazirliyin Sosial təminat və əlillərin sosial müdafiəsi şöbəsinin müdiri Elçin Novruzov, Dövlət Məşğulluq Xidmətinin rəisi Vüsal Süleymanlı, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Samir Seyidov və Ahıllar Evinin direktoru Ülviyyə Quliyeva payız-qış mövsümünə hazırlıqla bağlı məlumat veriblər.
İclasa əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov yekun vurub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında səhiyyə naziri Niyazi Novruzov məruzə edib.
Bildirilib ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə aid nazirliklər və təşkilatlara tapşırıqlar verilib. Verilən tapşırıqlarla əlaqədar nazirlikdə tədbirlər planı hazır­lanıb. Nazirliyə tabe olan tibb müəssisələrinin qazanxanalarında istilik sisteminin vəziyyəti yoxlanılıb, sistemdə olan nasazlıqların aradan qaldırılmasına başlanılıb. Müəyyənləşdirilib ki, cari qış mövsümündə 228 tibb müəssisəsindən 75-i fərdi, 105-i mərkəzi istilik sistemi ilə, 34-ü neft sobası, 7-si isə təbii qazla qızdırılacaqdır. Xəstəxanalarda elektrik xətlərinin, qaz, su təchizatı, kanalizasiya sistemlərinin, səhiyyə müəssisələrini fasiləsiz elektrik enerjisi ilə təmin edən transformatorların, fərdi istilik sistemi ilə qızdırılan səhiyyə müəssisələrində qızdırıcıların vəziyyəti yoxlanılaraq nasazlıqların aradan qaldırılmasına başlanılıb.
Kollegiya iclasında ucqar dağ kəndlərində həkim ambulatoriyaları və feldşer-mama məntəqələrinin qışa hazırlıqla əlaqədar dərman təchizatının yaxşılaşdırılması, şəhər və rayon mərkəzlərində, o cümlədən qəsəbə və kəndlərdə əhaliyə keyfiyyətli xidmət göstərmək üçün alınacaq mal-materialların bölgü əsasında tibb müəssisələrinə paylanması üçün konkret vəzifələr müəyyənləşdirilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib. Çıxışlarda qeyd olunub ki, 2017-2018-ci illərin payız-qış mövsümündə səhiyyə müəssisələrinin ahəngdar işini təmin etmək məqsədilə görüləcək tədbirlər, onların icrası üçün dəqiq müddət və cavabdeh olan şəxslər müəyyənləşdirilib, qazanxanaların təhlükəsiz işləməsi üçün tapşırıqlar verilib.
Kollegiya iclasına Naxçıvan Muxtar­ Respublikasının səhiyyə naziri Niyazi Novruzov yekun vurub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində də payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub. İclası giriş sözü ilə açan komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov deyib ki, avqust ayının 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Dövlət Gömrük Komitəsinə Fövqəladə Hallar Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsi, bununla əlaqədar istehlakçıların və sahibkar­ların əvvəlcədən məlumatlandırılması ilə bağlı tapşırıq verilib.
Asəf Məmmədov qeyd edib ki, qanunvericiliyə əsasən elektrik və qazla işləyən qızdırıcı cihazların muxtar respublikaya idxalına malın üzərində istifadə qaydalarına dair Azərbaycan dilində təlimat və standartlara uyğunluqla bağlı xarici sertifikat tələb olunmaqla, həmçinin standartlara uyğunluğu yoxlanılmaqla icazə verilir.
Tədbirdə çıxış edən komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli müşavirədə verilmiş tapşırıqların icrasının təmin olunması ilə əlaqədar görüləcək işlərdən danışıb. Vurğulayıb ki, aidiyyəti dövlət orqanları ilə birgə hazırlanmış tədbirlər planına əsasən standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdır­ıcı elektrik və qaz cihazlarının satışının qarşısının alınması və gətirilmə yollarının müəyyən edilməsi məqsədilə reydlərin təşkili, istehlakçılar və sahibkarların əvvəlcədən məlumatlandırılması, kütləvi informasiya vasitələrində maarifləndirici materialların hazırlanması nəzərdə tutulub.
Sonra iclasın gündəliyində duran məsələlərlə bağlı tabeli gömrük orqanlarının rəislərinin çıxışları olub.
Gömrük orqanlarında payış-qış mövsümünə hazırlıqla bağlı işlərin qısa vaxtda başa çatdırılması və komitədə yaradılmış müvafiq komissiya tərəfindən hazırlıq işlərinin yerindəcə yoxlanılması qərara alınıb.
Tədbirə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov yekun vurub.

*  *  *

Avqustun 26-da Naxçıvan Muxtar­ Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Gənclər və İdman Nazirliyində kollegiya iclası keçirilib. İclası giriş sözü ilə nazir Azad Cabbarov açaraq nazirlik tərəfindən payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələrdən danışıb.
Bildirilib ki, nazirliyin strukturuna daxil olan idarə və müəssisələrin – idman obyektlərinin, olimpiya-idman komplekslərinin, uşaq-gənclər idman məktəblərinin payız-qış mövsümünə hazırlığı ilə bağlı verilmiş tapşırıqlara uyğun olaraq Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan müəssisələrin qazanxanalarında elektrik və istilik sistemi xətlərinin vəziyyəti yoxlanılıb. İlham Əliyev adına Olimpiya-İdman Kompleksi, Şərur Olimpiya-İdman Kompleksi, Naxçıvan Muxtar Respublika Stadionu, İslam Hümbətov adına Uşaq-gənc­lər idman məktəbi və Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində payız-qış mövsümündə gənc­lərin idmanla müntəzəm məşğul olması və kütləvi idman tədbirlərinin keçirilməsi üçün istilik, elektrik sistemi və su təchizatına nəzarət gücləndiriləcək. Həmçinin idman müəssisələrində yoluxucu xəstəliklərə qarşı dezinfeksiya işlərinin aparılması və idmançıların tibbi müayinədən keçirilməsi işləri nəzarətdə saxlanılacaq. Bundan başqa, payız-qış mövsümündə elektrik enerjisi, qaz, rabitə və digər xidmətlərdən düzgün istifadə olunması, israfçılığa yol verilməməsi təmin ediləcək.
Vurğulanıb ki, payız-qış mövsümünə hazırlığın əsas məsələsi kimi nazirliyin və onun strukturuna daxil olan təşkilatların yerləşdiyi inzibati binaların mühafizəsinə ciddi nəzarət olunmalıdır.
Rayon (şəhər) gənclər və idman idarələri yeniyetmə və gənclərin payız-qış mövsümündə də idmanla müntəzəm məşğul olmaları, idman yarışlarında iştirakı üçün yaradılmış şəraitdən düzgün istifadə etməlidirlər. Kütləvi informasiya vasitələri ilə əlaqələr daim diqqət mərkəzində olmalı, keçirilən bütün tədbirlərin tele­viziya, qəzet və sosial şəbəkələrdə işıqlandırılması təmin edilməlidir.
Sonra məruzə ətrafında çıxışlar olub. Kollegiyanın qərar layihəsi oxunub və qəbul edilib.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov yekun vurub.

*  *  *

Naxçıvan Beynəlxalq Hava Limanında 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrə həsr olunmuş tədbiri hava limanının direktoru Mənşur Gülməmmədli açıb. Qeyd olunub ki, 2017-ci il avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Beynəlxalq Hava Limanının qarşısında da bir sıra tapşırıqlar qoyulub. Verilən tapşı­r­ıqların icrası istiqamətində ardıcıl işlər aparılır.
Belə ki, muxtar respublikada havaların soyuq keçməsi ilə əlaqədar hava limanında qazanxana kompleksinə hazırlıq işləri, kanalizasiya, su xətlərinin yoxlanması, aerovağzal kompleksi, inzibati və yardımçı binalarda istilik sistemlərinin saz vəziyyətə gətirilməsi üzrə tədbirlər həyata keçirilir.
Hava gəmilərinin buzlaşmaya qarşı emalı prosesinin aparılması üçün xüsusi mayelərin, nəqliyyat vasitələrinin ehtiyat hissələrinin sifarişləri verilib. Bakı şəhərindən “AzalOil” Yanacaq-Sürtkü Materialları İdarəsindən müəssisəyə təyyarə yanacağı daşınması davam edir. Oktyabr ayı ərzində isə dizel və benzin yanacağı daşınmasına başlanılacaqdır.
Qeyd olunub ki, aviasiya və uçuşların təhlükəsizliyinin, reyslərin müntəzəmliyinin, qrafik üzrə hərəkətinin təmin olunması üçün aerodromun daim saz saxlanılması ən vacib amildir. Uçuş-enmə zolağının qardan və buzdan təmizlənməsinin norma və qaydalara uyğun təşkil olunması, ­aerodrom xidmətinin təlimatında nəzərdə tutulan təmizləmə metodlarının əsas götürülməsi, açıq və örtülü drenaj xətlərinin yoxlanması daim diqqət mərkəzində saxlanılır. Aerodromda hərəkət edən maşın və mexanizmlərin sazlığı, təyinatı üzrə normal istifadə qaydaları, teleskopik trapların soyuq havalarda düzgün istismarının təmin olunması, qartəmizləmə metodunun təşkili payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına daxil edilib. Bundan əlavə, ayrı-ayrı xidmət sahələrinin maddi-texniki bazaları möhkəmləndirilib, həmin sahələrin lazımi texniki avadanlıq və ehtiyat hissələri ilə təmin olunması üzrə işlər aparılır.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
Tədbirə Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli yekun vurub.

*  *  *

“Naxçıvanqaz” İstehsalat Birliyində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən iclasda birliyin direktoru Ramin­ İsmayılov çıxış edərək bildirib ki, yeni mövsümə hazırlıq işləri çərçivəsində qaz təchizatı sisteminə texniki baxış yekunlaşdırılacaq, mövcud nasazlıqların aşkar edilərək aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək. Eyni zamanda qaz şəbəkəsində istismara yararsız vəziyyətə düşmüş qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsinə diqqət yetiriləcək. Qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görüləcək, təbii qazdan qanunsuz istifadə hallarına yol verməmək üçün nəzarət gücləndiriləcək.
Bildirilib ki, payız-qış mövsümündə təbii qazdan istifadə edən bütün obyektlərin, qazişlədici cihazların vaxtında sınaqdan keçirilməsi diqqət mərkəzindədir. Hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə əsasən ev, mənzil və qeyri-yaşayış obyektlərinin qazlaşdırılması işləri başa çatdırılacaq. Qaz şəbəkəsində yeri dəyişdirilməsi və yenidən çəkilməsi nəzərdə tutulan qaz xətləri üzrə işlərin həyata keçirilməsinə nəzarət gücləndiriləcək. Yeni qaz xətləri çəkilərkən və ya bərpa işləri aparılarkən mövcud standartların tələblərinin gözlənilməsi diqqətdə saxlanılacaqdır.
Ramin İsmayılov deyib ki, payız-qış mövsümünə hazırlıq məqsədilə görüləcək işlər sırasında təbii qazın şaxtalı hava şəraitində nəqli üçün işlərin vaxtında başa çatdırılması, qaz qızdırıcılarının yoxlanılması, qazın fasiləsiz nəqlinin təmin olunması, qış aylarında maşın-mexanizmlərin texniki cəhətdən saz işləməsinin mütəmadi nəzarətdə saxlanılması da vardır. Əlavə olaraq qış mövsümü başlayanadək işçilərə müvafiq geyim və avadanlıqlar veriləcək, qazın təzyiqinin qeydiyyatının aparılması texnoloji rejimə uyğun olaraq nəzarətdə saxlanılacaqdır. Qarşıdan gələn mövsümə qədər sayğacdankənar istifadə hallarının qarşısının alınması üçün tədbirlər davam etdiriləcək, təbii qaz istehlakçıları ilə maarifləndirmə işi, yerlərdə reydlər aparılacaq, ortaya çıxan nöqsan və çatışmazlıqların vaxtında aşkarlanıb aradan qaldırılması təmin olunacaqdır.
Sonra məruzə ətrafında Naxçıvan Şəhər Qaz İstismar İdarəsinin rəisi Orxan Rüstəmovun, Culfa Rayon Qaz İstismar İdarəsinin rəis əvəzi Allahverdi Əliyevin, Kəngərli Rayon Qaz İstismar İdarəsinin rəisi Qurban Məmmədovun çıxışları olub.
İclasa “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Ramin İsmayılov yekun vurub.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4348086
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3708
17506
82643
336450
4348086

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter