21 Noyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən iclasda komitə sədri Bəxtiyar İsmayılov məruzə edib.

Qeyd olunub ki, bu ilin avqust ayının 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasında 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib, komitə qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirilib. Tapşırıqlara əsasən komitə tərəfindən standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan, istifadə qaydaları haqqında Azərbaycan dilində müvafiq təlimatı olmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsi, bununla əlaqədar istehlakçılar və sahibkarların əvvəlcədən məlumatlandırılması həyata keçiriləcəkdir.

Bildirilib ki, müvafiq tapşırıqların yüksək səviyyədə icrası üçün qarşıdakı dövrdə bir sıra işlər görüləcək, muxtar respublikaya idxal olunan qaz cihazları komitənin məişət qaz avadanlıqlarının sınaq laboratoriyasında yoxlamadan keçiriləcək, bundan sonra belə avadanlıqların idxalına, satışına və istismarına icazə veriləcəkdir. Komitənin yeni inzibati binasında məişət qaz avadanlıqlarının sınaq laboratoriyası yaradılıb və müasir avadanlıqlarla təchiz olunub. Bu isə yoxlamaların daha dəqiq aparılmasına geniş imkan yaradıb. Muxtar respublika Dövlət Gömrük Komitəsi ilə sıx əlaqə şəraitində fəaliyyət davam etdiriləcək, idxal olunan məişət qaz avadanlıqlarının təhlükəsizlik göstəricilərinin ciddi qaydada yoxlanılması təmin olunacaqdır. Bundan başqa, kütləvi informasiya vasitələrində maarifləndirici verilişlər və məqalələrin hazırlanması nəzərdə tutulub. Komitənin Metrologiya şöbəsi tərəfindən payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində qeydiyyatda olan qazanxanalarda istismar olunan bütün ölçmə vasitələrinin yoxlanılması noyabr ayının 1-dək başa çatdırılacaqdır. Qeyd olunan məsələlərlə bağlı müvafiq işçi qrupu yaradılacaq və həmin qrupa komitənin müvafiq strukturları tərəfindən lazımi köməklik göstəriləcəkdir. Cari ilin sentyabr ayından başlayaraq 2018-ci ilin aprel ayınadək müvafiq monitorinqlər və tədbirlər davam etdiriləcək, işçi qrupu tərəfindən hər ayın sonu üzrə görülən işlərə dair arayış hazırlanacaqdır.
Sonra məruzə ətrafında çıxışlar olub.
İclasa Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılov yekun vurub.

 Səbuhi HÜSEYNOV

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində keçirilən yığıncağı xidmətin rəisi Əbil Əbil­ov açaraq məruzə edib. Bildirilib ki, Dövlət Baytarlıq Xidməti tərəfindən mövsümlə əlaqədar mövcud yem bazasının toplanması, tədarük olunan yemin açıq havada saxlanılma­ması, qapalı və polietilen vasitəsilə mühafizəsi, heyvanları yemləndirmədən əvvəl otların doğranması, ehtiyac olarsa, isladılması, təmizlənməsi sahibkarlara tövsiyə olunmaqla yerlərdə köməklik göstərilir. Bu da mal-qaranın sağlamlığının qorunmasına müsbət təsir edir.
Quşçuluq sahəsində də sa­hibkarlarla mütəmadi olaraq görüşlər keçirilir, onlara payız-qış mövsümü ilə əlaqədar quş damlarının vaxtlı-vaxtında təmizlənməsi, dezinfeksiya, dezinseksiya işlərinin həyata keçirilməsi, havalandırma sisteminin, temperaturunun nizamlanması, işıqlandırılması ilə bağlı bir sıra tövsiyələr verilir. Bu da gələcəkdə məhsuldarlığın yüksək olmasına gətirib çıxaracaq.
Arı ailələrinin qışlamaya hazır­lanması, onların kifayət qədər ehtiyat yemlə təmin olunması, arı pətəklərinin külək tutmayan yerlərdə saxlanılması, arıçılıqda istifadə olunan alətlərin dezinfeksiya, dezinseksiya olunması, arı dərmanlarının həmin dövrlərdə parazitlərə, infeksiyalara qarşı işlədilmə qaydaları sa­hibkarlara tövsiyə olunur. Bu da imkan verəcək ki, arı ailələri heç bir tələfat olmadan yaza salamat çıxsın.
Yaylaq və aran yerlərdə, ümumilikdə, mal-qaranın saxlanıldığı tövlələrdə, yataq yerlərində baytar-sanitariya işinin əsas göstəricilərindən hesab olunan dezinfeksiya, dezinseksiya tədbirlərinin vaxtında həyata keçirilməsi bütün növ xəstəliklərin yayılmasının qarşısını alır. Ona görə də köç başlanmazdan əvvəl tövlələr təmir olunmalı, təmizlik işləri həyata ke­çirilməlidir. Bu işlərlə bağlı mütəmadi olaraq sahibkar­larla tövsiyə xarakterli söhbətlər aparılır.
Vurğulanıb ki, mövsümlə əlaqədar bütün növ ev heyvanları arasında profilaktik tədbirlərin aparılması üçün Naxçıvan Muxtar Respublikası Zoobaytar Təchizat İdarəsində dərman və biopreparatların ehtiyatı yaradılıb. Hazırda anbarda saxlanılan ehtiyatdan müvafiq qaydalar əsasında istifadə olunacaqdır. Yeddi adda arı dərmanı və bir neçə adda baytarlıq şpris və avadanlıqları ehtiyatı da yaradılıb. Bu da gələcəkdə bütün növ xəstəliklərin yayılmasının qarşısının alınmasında mühüm rol oynayacaqdır.
Sonra məruzə ətrafında çıxışlar olub.
İclasa Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov yekun vurub.

 Nail ƏSGƏROV

*  *  *

Müzakirəyə çıxarılmış məsələ ilə əlaqədar məruzə edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov bildirib ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə qarşıya qoyulan əsas tapşırıqlardan biri əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə və təbii qaza olan tələbatının ödənilməsini, eləcə də digər infrastrukturların ilboyu, xüsusilə payız-qış mövsümündə normal fəaliyyət göstərməsini təmin etməkdir. Hazırda rayon ərazisindəki 17 çoxmərtəbəli yaşayış binası, 94 idarə və müəssisə, o cümlədən müxtəlif yaşayış məntəqələrində 44 təhsil, 44 tibb, 88 mədəniyyət müəssisəsi istilik sistemi ilə işləyir. Geniş quruculuq tədbirləri aparılan Ələkli, Qarahəsənli və Ərəbyengicə kəndlərində inşa edilən, yaxud yenidən qurulan obyektlərdə də müasir istilik sistemi quraşdırılır. Mövsüm ərzində elektrik enerjisindən istifadə zamanı yaranan texniki itki minimuma endirilməli, qanunsuz istifadə hallarının qarşısı aradan qaldırılmalıdır. Payız-qış mövsümündə istehlakçıları fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə avadanlıqlar texniki baxışdan keçirilib. İstehlak olunmuş elektrik enerjisi haqlarının vaxtında yığılmasına nəzarət gücləndirilməlidir.
Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, payız-qış aylarında qaz nəqlində fasilələr yaranmaması üçün avadanlıqlara mütəmadi texniki baxış davam etdirilməli, tənzimləyici qurğuların mövsümə uyğun nizamlanması, xətlərdəki nasazlığın vaxtında müəyyən edilməsi, sayğacdankənar istifadənin qarşısının alınması, təbii qaz nəqlinin texnoloji rejimə uyğun həyata keçirilməsi təmin olunmalıdır. Rayon Elektrik Şəbəkəsi, Qaz İstismar və Suvarma Sistemləri idarələri qış mövsümünü problemsiz başa vurmaq üçün işlərini əlaqəli qurmalıdırlar.
Qeyd olunub ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində rayon Kommunal Müəssisələr Kombinatı və Mənzil İstismar Sahəsi tərəfindən hazırda istismarda olan su və kanalizasiya sistemlərində cari təmir işləri aparılıb, 5 ictimai yaşayış binasının kommunikasiya xətlərində təmir-bərpa işləri görülüb, 4 yaşayış binasının sıradan çıxmış çardaq örtükləri, dəhlizlərin qapı və pəncərələri dəyişdirilib. Yeni tikilən, yaxud əsaslı təmir olunan qazanxanaların istilik mövsümünədək istifadəyə verilməsi diqqətdə saxlanılıb.
Məruzə ətrafında çıxışlar olub.

Elman MƏMMƏDOV

*  *  *

Naxçıvan Dövlət Texniki Kollecində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə kollecin direktoru Asəf Ruşanov açaraq bildirib ki, ötən il böyük dövlət qayğısı ilə bu təhsil müəssisəsi üçün ayrılmış bina əsaslı şəkildə yenidənqurmadan sonra tələbə və müəllimlərin istifadəsinə verilib.
Vurğulanıb ki, 26 avqust 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr”lə əlaqədar keçirilən müşavirədə verilmiş tapşırıqlara uyğun olaraq kollecdə də payız-qış mövsümünə hazırlıq işləri aparılır. Bu məqsədlə elektrik sistemləri nəzərdən keçirilib. Hazırda kollecin qazanxanasının payız-qış mövsümünə yararlılıq vəziyyəti yoxlanılır.
Sonra kollecin təsərrüfat işləri üzrə direktor müavini Feyzulla Musayev və hərbi rəhbər Vüsal Abdullayev çıxış edərək payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlərdən söhbət açıblar.
Qeyd olunub ki, 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı kollecdə həyata keçirilən tədbirlər tədrisin fasiləsiz təşkilinə şərait yaradacaq.
İclasa Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov yekun vurub.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5283973
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5350
18197
23547
332179
5283973

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter