23 Noyabr 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan Şəhər İcra Hakimiyyətində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilən yığıncağı İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov açıb.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Səyahət İmanov yığıncaqda məruzə ilə çıxış edib. Qeyd olunub ki, 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində tabeli müəssisə və təşkilatlarla birlikdə bir sıra işlər görülüb. Belə ki, qarşıdan gələn mövsümə hazırlıq məqsədilə mərkəzləşdirilmiş və fərdi qazanxanalarda cari təmir işləri aparılıb. Sıradan çıxmış nasos və siyirtmələr yeniləri ilə əvəz edilib, elektrik və qaz xətlərinə baxış keçirilib, 1 fərdi qazanxanaya əlavə istilik qazanı qoyulub, 12 yaşayış binasının, Tədris-Ticarət Mərkəzinin xarici istilik sistemi, 4 fərdi qazanxananın 2 tonluq su çəni dəyişdirilib. Hazırda digər qazanxanalarda cari və əsaslı təmir, 15 binada daxili istilik xətlərinin dəyişdirilməsi işləri davam etdirilir.

Qeyd olunub ki, 2017-2018-ci illərin payız-qış mövsümündə 5 mərkəzləşdirilmiş qazanxana vasitəsilə 62 yaşayış binasında 2 min 947 mənzil və 5 inzibati bina, 38 fərdi qazanxana vasitəsilə 111 yaşayış binasında 4 min 687 mənzil və 25 inzibati bina istiliklə təmin olunacaqdır. Ümumilikdə, qeyd olunan dövrdə 173 yaşayış binasında 7 min 634 mənzil və 30 inzibati binada istilik sisteminin saz vəziyyətdə olmasına nəzarət ediləcəkdir. Mövsüm ərzində 23 bina, 967 mənzil fərdi qızdırıcı vasitəsilə istiliklə təmin olunacaqdır. Naxçıvan şəhərində 16 məktəb, 9 bağça fərdi, 1 uşaq bağçası mərkəzləşdirilmiş qazanxana vasitəsilə qızdırılacaqdır. Qış mövsümündə mərkəzləşdirilmiş qazanxanaların mazutla, fərdi qazanxanaların isə dizel yanacağı ilə işləməsi üçün tam şərait vardır. Naxçıvan şəhərində istehlakçıları təbii qazla fasiləsiz təmin etmək üçün təxirəsalınmaz tədbirlərin görülməsinə, avadanlıqların yenisi ilə əvəz olunmasına diqqət artırılıb.
Sonra məruzə ətrafında çıxışlar olub.
Tədbirə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov yekun vuraraq bildirib ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasında 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirədə verilən tapşırıqların vaxtında yerinə yetirilməsi, qarşıya çıxacaq problemlərin operativ surətdə aradan qaldırılması günün tələbidir. Şəhər infrastrukturunun fəaliyyəti ilə əlaqədar olan hər bir təşkilat bu işdə məsuliyyət daşıdığını unutmamalı, işdə buraxılan nöqsanlar qısa müddət ərzində aradan qaldırılmalıdır. Bu sahədə ötən illərin təcrübəsinə əsaslanaraq demək olar ki, növbəti payız-qış mövsümünə hazırlıq tədbirləri də yüksək səviyyədə icra olunacaq.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5320019
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4603
18695
59593
368225
5320019

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter