23 Noyabr 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Avqustun 31-də Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun yaradılmasının 25-ci ildönümü qeyd edilib.
Əvvəlcə tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüb, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Daha sonra tədbir Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun inzibati binasında davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında” 2017-ci il 30 avqust tarixli Sərəncamını kollektivin diqqətinə çatdırıb, əlamətdar gün münasibətilə onları təbrik edib.
Daha sonra Cəlil Rüstəmov çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu 25 ildə mühüm inkişaf yolu keçib. Ali Məclis Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada hüquq institutlarının inkişafı təmin edilib, onların səlahiyyətləri artırılıb və fəaliyyətlərinin müasirləşdirilməsi üçün tədbirlər görülüb. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun statusunun artırılması da bu diqqət və qayğının bir nümunəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 2007-ci və 2009-cu illərdə qanunvericiliyə müvafiq dəyişikliklər edilərək Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu yaradılıb, bununla da, Naxçıvan Hərbi Prokurorluğunun statusu yüksələrək Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu adlandırılıb, hərbi prokurora əlavə səlahiyyətlər verilib. Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu səmərəli hüquqi təsisat kimi formalaşıb, muxtar respublikanın dövlət orqanları sistemində özünəməxsus yer tutub. Hərbi prokurorluq muxtar respublikada yerləşən ordu, hissə və birləşmələrdə qanunların icrasına nəzarət edilməsi, daxil olmuş məlumatlar əsasında yoxlamalar aparılması və törədilən cinayətlərin istintaqı sahəsində qarşıya qoyulan vəzifələrin icrasında mühüm rola malikdir. Muxtar respublikada digər dövlət orqanları kimi, hərbi prokurorluq üçün də yeni inzibati bina tikilib və müasir iş şəraiti yaradılıb. Eyni zamanda prokurorluq işçilərinin əməyinin qiymətləndirilməsi də diqqət mərkəzində saxlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 30 avqust tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun işçilərinin bir qrupunun təltif olunması muxtar respublika rəhbəri tərəfindən bu orqanın fəaliyyətinə göstərilən diqqətin daha bir ifadəsidir.
Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru, ədliyyə general-mayoru Yaşar Həsənov qeyd edib ki, 1992-ci il sentyabr ayının 2-də Naxçıvan Qarnizonunun Hərbi Prokurorluğu yaradılmaqla muxtar respublikamızda ilk milli hərbi prokurorluğun təməli qoyulub. Sonrakı dövrdə mövcud qanunlara edilən əlavələrə əsasən qurum Naxçıvan Muxtar Respublikası Prokurorluğu statusu alıb, ölkənin prokurorluq sisteminə ayrıca qurum kimi daxil edilib.
Vurğulanıb ki, bu gün ölkəmizdə bütün sahələrdə aparılan islahatlar ordu quruculuğu və hüquq-mühafizə orqanları ilə iş sahəsində də mühüm tədbirlərin görülməsinə geniş imkanlar açıb. Cənubi Qafqazın ən güclü ordusuna malik ölkəmizdə Silahlı Qüvvələrlə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi, bu sahədə mövcud qanunların icra və tətbiq olunmasına nəzarət də xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, ölkədə prokurorluq orqanlarında, o cümlədən hərbi prokurorluq sahəsində çalışanların sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər görülür. Bundan əlavə, hərbi prokurorluq orqanlarına daxil olan inzibati binalarda əsaslı yenidənqurma işlərinin aparılmasına, yeni binaların inşasına xüsusi diqqət göstərilir. Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunun 2014-cü ilin aprel ayında istifadəyə verilən inzibati binasında yaradılan şərait bir daha təsdiqləyir ki, ölkəmizdə ordu quruculuğunun, insan hüquq və azadlıqlarının qorunmasında mühüm rola malik olan hərbi prokurorluq orqanlarının fəaliyyətinin günün tələbləri nəzərə alınmaqla qurulması bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olub.
Sonra Hərbi Prokurorluğun şöbə rəisi, ədliyyə polkovnik-leytenantı Fazil Nəsirovun, müstəntiq, ədliyyə baş leytenantı Orucəli Zamanovun çıxışları olub.
Tədbirdə prokurorluq orqanlarında səmərəli fəaliyyətlərinə görə Ali Məclis Sədrinin Sərəncamı ilə təltif olunan əməkdaşlara “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanları təqdim edilib. Təltif olunanlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Bir qrup prokurorluq əməkdaşına isə qiymətli hədiyyələr verilib, təşəkkür elan olunub.

 Səbuhi HÜSEYNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5319805
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4389
18695
59379
368011
5319805

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter