26 Sentyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Ən ali və əzəli hisslərdən, duyğulardan biri olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elinə, obasına, torpağına, vətəndaşı olduğu ölkəsinə sonsuz məhəbbətini ifadə edir. Vətənpərvərlik təkcə Vətəni sevmək deyil, həm də Vətən naminə var gücü ilə çalışmaq, onun yolunda fədakarlıqlara hər an hazır olmaq, Vətənin, xalqın, cəmiyyətin inkişafı naminə öz səylərini əsirgəməməkdir.
Vətənpərvərlik həm də elə ali bir duyğu, ürək yanğısıdır ki, bu duyğu, bu yanğı insanı zirvələrə, səmalara yüksəldir, ona qəhrəmanlıq, məğlubedilməzlik, torpağa, xalqa, dövlətə, dövlətçiliyə bağlılıq, yurda sevgi, milli hədəflərə inam aşılayır. Vətənpərvərlik ən çətin anlarda belə, insanları azadlıq uğrunda mübarizəyə səfərbər edir, onlara cəsarət, güc verir.
Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti hər bir azərbaycanlı üçün ən böyük vətənpərvərlik nümunəsidir. Ümummilli lider öz xalqını böyük məhəbbətlə sevən vətənpərvər bir şəxsiyyət idi. Məhz ona görə də 1993-cü ildə xalqın çağırışına səs verərək doğma Vətənimizi bəlalardan xilas etmək üçün tarixi bir missiyanı öz üzərinə götürmüşdü. Çünki ulu öndərin vətənpərvərliyi mübarizə ruhlu idi, çünki müharibə gedirdi və ərazi bütövlüyü pozulmuş ölkəni işğalçılardan qorumaq lazım gəlirdi. Həmin dövrdə müstəqilliyimizə qəsd edən daxili və xarici düşmənlərə qarşı mübarizə aparmaqla yanaşı, dövlət quruculuğu prosesini də davam etdirmək, ölkəni gücləndirmək vacib idi. Bütün bunları isə yalnız və yalnız böyük dövlət idarəçiliyi təcrübəsinə malik, nüfuzlu bir şəxs edə bilərdi. O, dahi şəxsiyyət Heydər Əliyev idi...


Ulu öndərin vətənpərvərliyi, eyni zamanda, müasir elm və mədəniyyətin nailiyyətlərinə söykənən maarifçilik mahiyyəti daşıyırdı. Böyük mənada digər xalqlara və ölkələrə kin-küdurətdən, ədavətdən uzaq, yalnız öz ölkəsinin, dövlətinin və cəmiyyətinin inkişafına yönəlmiş vətənpərvərlik idi.
Vətənpərvərlik hissinin formalaşdırılması milli mənlik şüurunun inkişaf etdirilməsi ilə birbaşa bağlıdır. Çünki milli mənlik şüuru milli özünəməxsusluğun bütün xüsusiyyətlərini özündə cəmləşdirir. Özünü ölkəsinin əsl vətəndaşı hesab edən hər bir şəxs əməli fəaliyyətini də məhz xalqa və Vətənə layiqli xidmət istiqamətində qurur. Buna görə də ulu öndərimiz daim Vətən və xalq mənafeyinin şəxsi maraqlardan üstün tutulmasının vacib şərt olduğunu vurğulayıb: “Milli mənlik hər bir adamın özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs milli həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir”.
Həyatı və fəaliyyəti hər birimiz üçün nümunə olan dahi şəxsiyyətin yoluna sədaqətli hər bir kəs öz fəaliyyətində məhz bu amilləri ön planda tutur, Onun göstərdiyi işıqlı yolla, Vətən yanğısı ilə doğma yurdumuza təmənnasız xidmət yolu ilə irəliləyir, həyatının mənasını məhz bunda görür.
Görkəmli ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun qeyd etdiyi kimi: “Vətənin qədrini o kimsə bilər ki, Vətən ilə onun ruhən rabitəsi olsun, Vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün... Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt Vətən deyə bilərsiniz ki, onun sahibi olasınız”.
Bəli, bu, reallıqdır ki, hər xalqa öz ölkəsinin sahibi olmaq, özünün milli dövlətini qurmaq, ən ali dəyərlərini özündə ehtiva edən bayrağını yaşadığı ölkəsinin ərazisində dalğalandırmaq xoşbəxtliyi nəsib olmur. Bu baxımdan Azərbaycan xalqı dünyanın ən xoşbəxt xalqlarından biridir. Çünki Azərbaycan xalqının bu gün müstəqil dövləti, möhtəşəm bayrağı vardır. O bayraq ki ilk dəfə böyük cəsarətlə qədim və müqəddəs Naxçıvan torpağında səmalara yüksəlib. O bayraq ki onun əzəmətlə dalğalanması üçün yüzlərlə insan baldan şirin canını fəda edib. O bayraq ki xalqımızın azadlığa bəslədiyi sevgidən qaynaqlanan əzmkar və davamlı mübarizəsi ilə çoxsaylı qurbanlar bahasına bu gün müstəqil Azərbaycan Respublikasının ərazisində dalğalanır. O bayraq ki yağı düşmənin bir il bundan əvvələdək işğalda saxladığı hərbi-strateji yüksəklik olan Lələtəpədə dalğalanmaqla düşmənə gözdağına çevrilib. O bayraq ki 2016-cı ilin aprelinədək düşmən tapdağı altında inləyən torpağımıza can verib, abadlıq, quruculuq, sevinc gətirib. O bayraq ki Cocuq Mərcanlı ilə başlayan Böyük Qayıdışın xəbərçisinə çevrilib. O bayraq ki Şuşada, Laçında, Xankəndidə dalğalanacağı günü həsrətlə gözləyir. O bayraq ki Azərbaycanın öz ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcək.
Və o bayraq ki bu gün Azərbaycanın yüzilliklərə söykənən tarixi dövlətçiliyinin qorunub yaşadıldığı, 27 illik blokadaya baxmayaraq, böyük vətənpərvərliklə tikilib ucaldılan, düşmənə gözdağına, dostun qürur mənbəyinə çevrilən Naxçıvanda ən yüksək zirvədə əzəmətlə dalğalanır.

Rauf Kəngərli

 

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4397893
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11168
13363
24531
386257
4397893

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter