26 Sentyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, kənd təsərrüfatı sahəsində aparılan iqtisadi islahatlar artıq bir neçə ildir ki, muxtar respublikada əhalinin əksər kənd təsərrüfatı məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsini təmin edib. Həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, torpaq mülkiyyətçilərinin istifadəsində olan torpaqlardan səmərəli istifadə etməklə məhsul bolluğu yaradılıb, məhsulların keyfiyyəti artıb, rəqabətə davamlılıq yüksəlib, bazarlarda yerli məhsullar üstünlük təşkil edib.
Qeyd olunub ki, muxtar respublikada ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik olan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi davam etdirilir. 1 iyul 2017-ci il tarixə muxtar respublikanın 87 kəndində 201 böyük ailə təsərrüfatı mövcud olub. Həmin təsərrüfatlarda 5997 baş mal-qara, 35000 baş xırdabuynuzlu heyvan, 8712 baş quş, 4700 arı ailəsi, 3061 hektar əkin sahəsi, 47 hektar meyvə bağı, 7,8 hektar üzüm bağı, 32 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı maşın və mexanizmləri vardır. Verilmiş kreditlərdən səmərəli istifadənin nəticəsidir ki, bu təsərrüfatlarda bütün növlər üzrə məhsul istehsalı və məhsuldarlıq göstəriciləri yüksəkdir.

Diqqətə çatdırılıb ki, əkinçilikdə, xüsusilə dənli bitkilərin məhsuldarlığının yüksəldilməsində keyfiyyətli toxum materialından istifadə əsas amillərdəndir. Hazırda muxtar respublikada 5 toxumçuluq və 1 tingçilik təsərrüfatı fəaliyyət göstərir. Ötən il həmin təsərrüfatlarda istehsal edilmiş buğda toxumları üçün onlara 150 min manat subsidiya ödənilib.
Vurğulanıb ki, ərzaq təhlükəsizliyi baxımından əhalinin sağlam qidalanmasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə qəbul edilmiş dövlət proqramlarının icrası ilə bağlı ötən dövrdə 629 hektar sahədə meyvə bağı salınıb. Bundan əlavə, dövlət proqramına uyğun olaraq “Araz” Elm-İstehsalat Birliyinin Ordubad dayaq məntəqəsində aparılmış tədqiqat işləri nəticəsində 372 meyvə sortunun genetik fondu toplanıb.
Nazir bildirib ki, kənd təsərrüfatı işlərinin mütəşəkkil keçirilməsində kənd təsərrüfatı texnikalarının sazlığı mühüm şərtlərdəndir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 227 ədədi 2017-ci ilin yanvar-iyul aylarında olmaqla, cəmi 1978 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq muxtar respublikaya gətirilib. Kənd təsərrüfatının mühüm sahəsi olan heyvandarlıqdan bəhs edən kənd təsərrüfatı naziri bildirib ki, muxtar respublikada damazlıq və süni mayalanma işlərinin yenidən qurulması, onun bazasının möhkəmləndirilməsi mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına və heyvandarlıq məhsullarının intensiv artımına səbəb olub. Ümumilikdə, 2017-ci ilin ilk 6 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 122 milyon 440 min manat olub ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.
Kənd təsərrüfatı naziri beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında verilmiş tapşırıqların icrası ilə bağlı qarşıda duran vəzifələrdən də danışıb, bu sahədə görüləcək işlər müəyyənləşdirilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev yekun vurub.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4397869
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11144
13363
24507
386233
4397869

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter