26 Sentyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Babək rayonunda keçirilən müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, son illər Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı tikinti-quruculuq tədbirlərindən Babək rayonuna da pay düşüb. Cari ilin birinci yarısında Babək Rayon İcra Hakimiyyətinin inzibati binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Binanın həyətində geniş abadlıq işləri aparılıb, gülkarlıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Payız kəndində tam orta məktəb binasının yenidən qurulması, kənd və xidmət mərkəzlərinin, su dəyirmanının tikintisi, kənddaxili yolların yenidən qurulması, yol kənarlarına suaxıdıcı kanalların çəkilişi davam etdirilir. Sərhəd kəndi olan Gərməçataqda isə tam orta məktəb binasının yenidən qurulması, kənd və xidmət mərkəzlərinin tikintisi, həmçinin kənddaxili yolların abadlaşdırılması işləri aparılır.
Rasim Hüseynov bildirib ki, ötən dövr ərzində Şıxmahmud-Xəlilli-Naxçıvan şəhər avtomobil yolunda da yenidənqurma işləri davam etdirilib. Nehrəm kəndindəki “İmamzadə” türbəsində təmir-bərpa işləri, həmçinin kəndin mərkəzində yeni salınan Bayraq Meydanının və parkın, Yarımca, Nəzərabad və Yuxarı Uzunoba kəndlərində müasir üslubda mərasim evlərinin tikintisi rayondakı irimiqyaslı quruculuq prosesindən xəbər verir.

Vurğulanıb ki, aqrar rayon olan Babəkdə kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Belə ki, rayonda 2017-ci ilin məhsulu üçün 16 min 172 hektar sahədə əkin aparılıb. Bundan başqa, 2017-ci ilin birinci yarısında “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə güzəştli şərtlərlə dövlət tərəfindən sahibkarlara 22 ədəd texnika və texnoloji avadanlıqlar lizinq yolu ilə satılıb.
Rayon ərazisində mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, məhsuldarlığı yüksəltmək məqsədilə 4 süni mayalama məntəqəsi fəaliyyət göstərir. Bəhs olunan dövrdə 760 baş iribuynuzlu malda süni mayalanma aparılıb, 450 baş cins buzov alınıb.
Sonra məruzə ətrafında çıxışlar olub.
Müşavirəyə rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov yekun vurub.

Muxtar RZAZADƏ

*   *  *

Culfa Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni İcra Hakimiyyətinin başçısı Şükür Babayev açaraq bildirib ki, 2017-ci ilin birinci yarısında rayonda bir sıra nailiyyətlər qazanılıb. Özəl sektorun inkişafına yaradılan şəraitin nəticəsidir ki, bu il Gülüstan kəndində mövcud heyvandarlıq məhsulları istehsalı sahəsinin, həmçinin quşçuluq təsərrüfatının genişləndirilməsi və təsərrüfatların səmərəli fəaliyyəti üçün yeni infrastrukturun yaradılması istiqamətində tədbirlər həyata keçirilib, 15 milyon 711 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.
Qeyd edilib ki, bəhs olunan dövrdə 6 hektar sahədə yeni yaşıllıqlar salınıb, 12 hektar mövcud yaşıllıq sahəsində meşəbərpa işləri aparılıb, ümumilikdə, 8 min 325 ədəd müxtəlif meyvə ağacı əkilib.
“Heyvanların cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 avqust tarixli Sərəncamına əsasən süni mayalanma yolu ilə alınmış hər baş buzova görə 100 manat həcmində subsidiyanın müəyyən olunması bu sahəyə olan marağı artırıb. 2017-ci ilin 6 ayında yeni doğulmuş buzov üçün 46 min 700 manat dövlət yardımı ödənilib, həmçinin sahibkarlara 47 min 100 manat həcmində kredit verilib.
İcra başçısı deyib ki, rayon iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafı tikinti-quraşdırma, abadlıq və yenidənqurma işlərinin artmasına da şərait yaradıb. Cari ilin ötən dövründə Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin inzibati və yardımçı binaların, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin vaqon təmiri sexinin tikintisi davam etdirilib, Dizə kəndində kənd və xidmət mərkəzlərinin tikintisinə başlanılıb.
Təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə görülən işlərdən, əldə olunan uğurlardan bəhs edən Şükür Babayev qeyd edib ki, cari ilin ilk 6 ayının statistik təhlili rayonda iqtisadi fəaliyyətin bütün sahələrinin inkişafını əks etdirir. İcra başçısı çıxışında yol verilən nöqsanlara da toxunaraq onların qısa müddətdə aradan qaldırılmasının vacibliyindən danışıb.
Sonra məruzə ətrafında çıxışlar olub.
Müşavirəyə Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev yekun vurub.

Hüseyn ŞƏKƏRƏLİYEV

*  *  *

“Naxçıvanqaz” İstehsalat Birliyində keçirilən iclasda birliyin direktoru Ramin İsmayılov çıxış edərək bildirib ki, bu ilin birinci yarısında əhalinin və digər istehlakçıların fasiləsiz, təhlükəsiz təbii qaz təchizatının təmin olunmasına xüsusi diqqət yetirilib. Muxtar respublika üzrə təbii qaz istehlakçılarının 1 iyul 2017-ci il tarixə ümumi sayı 87 min 481 olub. Muxtar respublikanın şəhər və rayonlarından 6 ay ərzində daxil olan müraciətlərə əsasən 283 mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb.
Bəhs edilən dövrdə qaz təsərrüfatında korroziyaya uğramış yeraltı boruların yerüstü keçidlərlə dəyişdirilməsi, evlərin, sosial obyektlərin qazlaşdırılması, yol-tikinti, yenidənqurma və abadlaşdırma işlərinin aparılması ilə əlaqədar olaraq istifadə edilən müxtəlif diametrli boruların uzunluğu 70 min 872 paqonometr olub.
Muxtar respublikanın şəhər, rayon Qaz İstismar idarələrinin qəza dispetçer xidmətlərinə istər əhali, istərsə də qeyri-əhali təbii qaz istehlakçıları tərəfindən qaz sızması, qazın təzyiqinin düşməsi, tənzimləyicilərin dayanması və digər bu kimi səbəblərə görə bu ilin birinci yarımili ərzində 8382 ədəd çağırış daxil olub. Çağırışlar vaxtında cavablandırılıb, bütün işlər təlimata uyğun yerinə yetirilərək təhlükəsiz və fasiləsiz təbii qazın nəqli bərpa olunub. Naxçıvan şəhərində 1695 smartkarttipli qaz sayğacı və mühafizə qutusu quraşdırılıb.
Bildirilib ki, bu ilin birinci yarısında qəza hallarının aradan qaldırılmasında operativliyin təmin edilməsi, yeni qaz xətləri çəkilərkən mövcud standartların tələblərinin gözlənilməsinə diqqətin artırılması, yaradılmış mal və material ehtiyatlarından səmərəli istifadə edilməsi, işlənən materialların yerinə yenilərinin alınıb gətirilməsi diqqət mərkəzində saxlanılıb.
“Naxçıvanqaz” İstehsalat Birliyi əhali qrupunun, idarə, təşkilat və müəssisələrin davamlı və dayanıqlı təbii qazla təminatı üçün qaz təchizatı sistemində texniki baxış tədbirlərini davam etdirir.
Sonra məruzə ətrafında çıxışlar olub.

 Səbuhi HÜSEYNOV

*   *   *

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda bu ilin 6 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib. İclası fondun sədri Əli Quliyev açaraq məruzə edib.
Bildirilib ki, fond verilən tapşırıqların yerinə yetirilməsi üçün muxtar respublika ərazisindəki təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi, əmək pensiyalarının düzgün təyinatı və ödənişinin aparılması, eləcə də fərdi uçot sisteminin qurulması istiqamətində 2017-ci ilin 6 ayı ərzində bir sıra işlər görüb. Bu dövrdə daxil olan vəsait nəzərdə tutulan məbləğdən 6 milyon 724 min 690 manat, yaxud 25,4 faiz çox olub.
Hesabat dövründə büdcədən maliyyələşən təşkilatlar və bu təşkilatlarda işləyənlər üzrə, dövlət büdcəsindən ayrılan subsidiya hesabına və büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə 23 milyon 17 min 690 manat məcburi dövlət sosial sığorta haqları büdcə təşkilatlarından daxil olub ki, bu da nəzərdə tutulduğundan 4 milyon 919 min 690 manat, yaxud 27,2 faiz çoxdur. Digər sığortaedənlərdən 10 milyon 181 min manat vəsait daxil olub ki, bu da nəzərdə tutulduğundan 1 milyon 805 min manat, yaxud 21,5 faiz çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda mövcud olan artım muxtar respublikada əmək pensiyaları və müavinətlərin vaxtlı-vaxtında maliyyələşdirilməsinə əlverişli şərait yaradıb. Ümumiyyətlə, bu ilin 6 ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu büdcəsinin xərcləri 66 milyon 112 min 481 manat icra olunub.
Qeyd edilib ki, “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ­ 24 aprel tarixli Sərəncamına müvafiq olaraq, muxtar respublika üzrə bu kateqoriyadan olan pensiyaçılara, ümumilikdə, 564 min 500 manat vəsait ödənilib. Fondun yerli orqanları tərəfindən 1045 nəfərə yaşa, 229 nəfərə əlilliyə, 367 nəfərə isə ailə başçısını itirməyə görə, ümumilikdə, 1641 nəfərə əmək pensiyası təyin edilib.
Məruzə ətrafında çıxışlar olub.
İclasa Dövlət Sosial Müdafiə Fondunun sədri Əli Quliyev yekun vurub.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4397874
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11149
13363
24512
386238
4397874

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter