21 Avqust 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

  

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Şərur Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında qarşıya qoyulan vəzifələrə və 2017-ci ilin altı ayında görülmüş işlərə dair müşavirə keçirilib. Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov hesabat məruzəsi ilə çıxış edib.
Qeyd olunub ki, ilin birinci yarısında qarşıya qoyulmuş başlıca vəzifələr maliyyə vəsaitlərindən səmərəli istifadə etməklə tikinti-quruculuq və abadlıq tədbirlərinin daha da genişləndirilməsinə, yeni istehsal sahələrinin yaradılmasına, bu hesaba əlavə iş yerlərinin açılmasına, təhsil, səhiyyə və mədəniyyət tədbirlərinə diqqətin artırılmasına, xidmət və infrastruktur sahələrində işin müasir tələblərə uyğun qurulmasına yönəldilib.
Bildirilib ki, altı ayda rayonda istehsal olunan sənaye məhsullarının həcmi 47 milyon 887,9 min manat, yaxud 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox olub. Sənaye müəssisələrində 3 min 229 nəfər işçi çalışıb ki, bu da əvvəlki ildə olan rəqəmi 1,2 faiz üstələyir. Bir nəfərə hesablanan orta aylıq əməkhaqqı isə 1,4 faiz artaraq 343 manat təşkil edib.
Diqqətə çatdırılıb ki, altı ayda 47 milyon 422,3 min manatlıq bitkiçilik və heyvandarlıq məhsulları istehsal olunub. Bu da ötənilki rəqəmdən 3,1 faiz çoxdur. Rayonda taxıl biçini müvəffəqiyyətlə başa çatıb, istehsal olunan məhsul 13 min 171 ton, orta məhsuldarlıq 31,8 sentner olub.

Aparılan meliorativ tədbirlər nəticəsində əlavə torpaq sahələri əkinə­yararlı hala salınıb.
Məruzəçi “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlərdən, heyvandarlığın inkişafı, ailə təsərrüfatlarının fəaliyyətlərinin genişləndirilməsi ilə bağlı qazanılan uğurlardan bəhs edib.
Rayon İcra Hakimiyyətinin başçısı cari ilin altı ayı ərzində iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən vəsait barədə məlumat verərək deyib ki, bu müddətdə sərf olunan vəsait 37 milyon 334,7 min manat, yaxud əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çox olub. Tikinti-quraşdırma işlərində istifadə olunan investisiyanın həcmi isə 0,6 faiz artaraq 35 milyon 66 min manat təşkil edib. Şərur şəhərində 1020 şagird yerlik, Çəmənli kəndində 380 şagird yerlik tam orta məktəb binaları, Çəmənli və Arpaçay kəndlərində kənd və xidmət mərkəzləri tikilib istifadəyə verilib, rayon Mərkəzi Xəstəxanasının, Dəmirçi kəndində stadionun əsaslı təmiri başa çatdırılıb. Hazırda Ərəbyengicə, Qarahəsənli və Ələkli kənd­lərində geniş quruculuq işləri görülür, Yengicə kəndindəki XVIII əsrə aid hamamın bərpası, Şərur şəhərində və ətraf kəndlərdə içməli su və kanalizasiya xətlərinin yenidən qurulması davam etdirilir.
Kamal Cəfərov informasiya və rabitə xidmətlərinin təşkili, təhsil sahəsində görülən işlərdən, Gənclər və İdman İdarəsinin həyata keçirdiyi tədbirlərdən də danışıb.
Məruzə ətrafında çıxışlar olub, rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov müşavirəyə yekun vurub.

Elman MƏMMƏDOV

*  *  *

İclasda Naxçıvan Musiqi Kollecinin direktoru Günay Əliyeva çıxış edərək bildirib ki, təhsil müəssisəsi yarandığı ilk illərdən etibarən muxtar respublikada ixtisaslı musiqiçi kadrların yetişdirilməsində başlıca funksiyanı icra edir. Hazırda kollecdə əyani şöbədə 11 ixtisas üzrə 520, qiyabi şöbədə 4 ixtisas üzrə 26 tələbə təhsil alır. İstedadlı gənclərin üzə çıxarılması, onların ifaçılıq qabiliyyətlərinin artırılması məqsədilə kollec tələbələrinin mütəmadi olaraq solo konsertləri təşkil edilir.
Qeyd olunub ki, kollecin musiqi kollektivləri keçirilən müxtəlif tədbirlərdə fəallıq göstərirlər. Belə ki, mart ayında muxtar respublika səviyyəsində keçirilən Novruz bayramı şənliyində “Naxçıvanqala” ritm qrupu, “Sazçalanlar” ansamblı, rəqs qrupu, “Muğam” üçlüyü, “Qızlar” ansamblı konsert pro­qramı ilə çıxış ediblər. Kollecdə Azərbaycanın görkəmli bəstəkarı Tofiq Quliyevin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Tofiq Quliyevin əsərlərindən ibarət müsabiqədə kollecin müxtəlif ixtisaslar üzrə tələbələri iştirak edib, uğurlu çıxışlarına görə müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar. Bu təhsil ocağında vaxtaşırı tanınmış, görkəmli şəxslərlə görüşlər təşkil olunur.
Vurğulanıb ki, Naxçıvan Musiqi Kollecində 2016-2017-ci tədris ilinin ikinci yarısında görülən işlər və həyata keçirilən tədbirlər mütəmadi olaraq pedaqoji şuranın iclaslarında müzakirə edilib.
Daha sonra kollecin Kitabxana-informasiya təminatı və orkestr alətləri və xoreoqrafiya ixtisaslarının fənn birləşmə komissiyalarının sədrləri Akif Bağırov, Fətəli Axundzadə, əyani təhsil üzrə şöbə müdiri Lamiyə Nəcəfova çıxış edərək qarşıda duran vəzifələrdən danışıblar.

 Fatma BABAYEVA

*  *  *

Müşavirədə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2017-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 29449,5 min manat və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın dəyəri bir il öncəyə nisbətən 1,5 faiz artaraq 28290,7 min manat təşkil edib.

Bu dövrdə Ordubad dəmiryol vağzalının yeni binasının və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfra­struktur İdarəsinin Ordubad Yol Sahəsinin inzibati binasının, Ordubad şəhərində içməli su və kanalizasiya sisteminin, Ordubad Su Elektrik Stansiyasının, Üstüpü kəndində yeni məktəbin, kənd və xidmət mərkəzlərinin, Ordubad şəhərin­də Rabitə evinin tikintisi davam etdirilib.
Vurğulanıb ki, Ordubad rayonunda 2017-ci ilin məhsulu üçün 3937 hektar sahədə əkin aparılıb, hazırda məhsul yığımı davam edir.
Rayonda meliorasiya və irriqasiya vəziyyətinin yaxşılaşdırılması məqsədilə mövcud nasos stansiyalarında olan nasoslar təmir olunub.
Ekoloji tarazlığın qorunmasında yaşıllaşdırma tədbirləri böyük əhəmiyyətə malikdir. Hər il olduğu kimi, bu il də belə tədbirlər yüksək səviyyədə təşkil edilib.
Qeyd olunub ki, rayonun bütün kəndləri internetlə təmin edilib. 6 ay ərzində 80 ədəd məftilli telefon xətti çəkilərək abunəçilərin sayı 8335 nəfərə,76 ədəd sürətli internet çəkilərək abunəçilərin sayı 2784 nəfərə çatdırılıb, yeni tikilmiş 17 mənzilə qaz xətti çəkilib.
Ordubad Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 6 ay ərzində 28 şəhid ailəsinə 38 min 250 manat, 1 nəfər 20 Yanvar şəhidi­ ailəsinə isə 1809 manat Prezident təqaüdü ödənişi həyata keçirilib. Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş 10 nəfər əlilə müalicə almaq məqsədilə 2228 manat məbləğində birdəfəlik müavinət ödənilib.
2017-ci ilin 6 ayı ərzində rayon Vergilər Şöbəsi tərəfindən 837,9 min manat proqnoz tapşırığa qarşı dövlət büdcəsinə 925,7 min manat vəsait ödənilməsi təmin edilib, pro­qnoz tapşırığa 110,5 faiz əməl olunub.
Bu ilin birinci yarısında rayon Məşğulluq Mərkəzinə 183 nəfər işaxtaran vətəndaş müraciət edib, qeydə alınan işaxtaranların 155 nəfəri iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub. İşaxtaran vətəndaşların məşğulluğunu təmin etmək məqsədilə 21 nəfər haqqı­ödənilən ictimai işlərə göndərilib.
Məruzə ətrafında çıxışlar olub.

Abbas SEYİD

*   *   *

Naxçıvan Dövlət Texniki Kollecində keçirilən iclası giriş sözü ilə kollecin direktoru Asəf ­Ruşanov açaraq məruzə edib.
Məruzədə qeyd edilib ki, ilin əvvəlindən fənn birləşmə sədrlərinin, qrup rəhbərlərinin, kabinet müdirlərinin iş planları, müəllimlərin mövzu təqvim planları təsdiq edilib və yarımil ərzində həmin proqramlar əsasında fəaliyyət təşkil olunub. Kollecdə fəaliyyət göstərən fənn birləşmələrinin hər birinin tərkibinə daxil olan fənlər üzrə metodik işlər müzakirə edilib.
Qeyd olunub ki, kollecin müəllimlərinin bu tədris ilində fəaliyyətləri qənaətbəxş sayıla bilər. Dərslərin əksəriyyəti kabinə şəraitin­də keçirilməklə tələbələrin əyani vəsaitlərdən istifadə etməsinə şərait yaradılıb. “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli ­Sərəncamının icrası ilə əlaqədar olaraq müvafiq ixtisaslarda təhsil alan tələbələrin təcrübə keçmələri təmin olunub, kollecdə əlamətdar günlərlə bağlı bir sıra tədbirlər keçirilib. Muxtar respublikada elektron resursların təhsildə tətbiqi üçün lazımi şərait yaradılıb. Burada yaradılan kompüter sinifləri, istifadəyə verilən elektron lövhələr elektron təhsil resurslarının tətbiqinə imkan verib. Bu ilin ilk yarısında muxtar respublikanın elm, təhsil, mədəniyyət ocaqları ilə birgə distant dərslər təşkil edilib, kollec tələbələrinin bu dərslərdə fəal iştirakı təmin olunub.
Bildirilib ki, uğurlarla yanaşı, nöqsanlar da mövcuddur. Naxçıvan Dövlət Texniki Kollecinin kollektivi göstərilən yüksək diqqət və qayğıdan bəhrələnərək bundan sonrakı fəaliyyəti dövründə intellektual səviyyəyə malik orta ixtisaslı gənc kadrların hazırlanması sahəsində işi davam etdirəcəkdir.
Sonra məruzə ətrafında çıxışlar olub.

 Nail ƏSGƏROV

*   *  *

Kəngərli rayonunda keçirilən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov məruzə ilə çıxış edib.
Bildirilib ki, Kəngərli rayonunda iqtisadi və sosial sahələrin inkişafı üzrə həyata keçirilən tədbirlər cari ilin ilk yarımilində də davam etdirilib. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-iyun aylarında Kəngərli rayonunda sənaye məhsulunun həcmi 1,1 faiz, əsas kapitala yönəldilən investisiya 1,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 2,9 faiz, nəqliyyat sektorunda yük daşınması 1,9 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 1,8 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,5 faiz, əhaliyə göstərilən pullu xidmətlər 1,8 faiz artıb.
2017-ci ilin yanvar-iyun ayları ərzində rayonda 10 milyon 879 min 500 manat həcmində sənaye məhsulu istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 1,1 faiz çoxdur.
Qeyd olunub ki, Kəngərli rayonunda 2017-ci ilin ötən dövrü ərzində tikinti sektorunda sosial sahələrin inkişafı üstünlük təşkil edib, Qıvraq qəsəbəsində 224 yerlik uşaq bağçası istifadəyə verilib, 48 mənzilli yaşayış binasının tikintisi isə davam etdirilir. Qarabağlar Türbə Kompleksində bərpa işləri, Şahtaxtı kəndindəki Şahtaxtinskilər muzeyində isə təmir işləri görülüb. 2017-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 24 milyon 826 min 300 manat investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın dəyəri bir il öncəyə nisbətən 1,6 faiz artaraq 23 milyon 654 min 700 manat təşkil edib.
Vurğulanıb ki, rayonda kənd təsərrüfatı sahələrinin inkişafı da diqqətdən kənarda qalmayıb. Rayon ərazisində 2017-ci ilin məhsulu üçün 8 min 261 hektar sahədə kənd təsərrüfatı məhsullarının əkini aparılıb. Hazırda cari ilin məhsulu üçün əkilmiş 4364 hektar sahədə taxıl biçini uğurla davam etdirilməkdədir. Bu günədək 4 min hektardan artıq zəminin taxılı biçilib, biçilmiş sahələrdə orta məhsuldarlıq 29,4 sentner təşkil edib. Rayonda istehsal olunan meyvə-tərəvəz məhsullarının rahat şəkildə satışını təşkil etmək üçün məhsul istehsalçılarının rayon mərkəzində və Naxçıvan şəhərində keçirilən kənd təsərrüfatı yarmarkalarında iştirakları təmin olunub. Bundan əlavə, 2017-ci ilin birinci yarımili ərzində yaşıllaşdırma tədbirləri davam etdirilib, 6,7 hektar sahədə meşəsalma, 7 hektar sahədə meşəbərpa işləri aparılıb, 5546 ədəd ting salınıb.
Kəngərli rayonunda həyata keçirilən məşğulluq tədbirləri haqqında məlumat verən İcra Hakimiyyətinin başçısı bildirib ki, rayonda 106 nəfər işaxtaran vətəndaş qeydə alınıb, 114 nəfər işlə təmin olunub. 1 nəfər ictimai işə, 16 nəfər peşə təlimi kurslarına göndərilib. 1 əmək yarmarkası keçirilib, 33 nəfər işlə təmin olunub.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
Müşavirəyə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov yekun vurub.

 Səbuhi HƏSƏNOV

*   *   *

Naxçıvan Tibb Kollecində keçirilən yığıncağı kollecin direktoru Sona Məmmədova açaraq bildirib ki, cari ilin ilk yarısında kollecdə müalicə, mamalıq, tibb bacısı, əczaçılıq, ortopedik stomatologiya, idman və müalicə masajı, laboratoriya diaqnostikası və hərbi feldşer ixtisasları üzrə tədris davam etdirilib. Kollecdə 8 fənn birləşməsi, 9 kabinə, 3 laboratoriya vardır. İnformasiya-kommunikasiya texnologiyalarından lazımi qaydada istifadə edilməsi, dərslərdə əyaniliyin təmin olunması məqsədilə burada 6 elektron lövhəli və 2 kompüter sinfi fəaliyyət göstərir.
2016-2017-ci tədris ilinin ikinci yarımilində kollecdə 727 tələbə təhsil alıb, onlardan 255 nəfəri məzun olub. Tələbələr müasir tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxanalarda praktik vərdişlərə yiyələnirlər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə Türkiyə Respublikasının tanınmış klinika və ali məktəbləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinə uyğun olaraq Naxçıvan Tibb Kollecinin müxtəlif ixtisaslar üzrə tələbə və müəllim heyəti Türkiyə Respublikasının Ankara şəhərində biraylıq təcrübə kursu keçib.
Vurğulanıb ki, hesabat dövründə elmi-praktik seminar və konfransların, treninqlərin keçirilməsi diqqət mərkəzində saxlanılıb.
Yığıncaqda kollecin müəllimi Vəfa Məmmədovanın hesabat məruzəsi dinlənilib, məruzə ətrafında çıxışlar olub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3839150
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1072
13316
1072
293367
3839150

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter