22 Oktyabr 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində keçirilən kollegiya iclasında nazir Natəvan Qədimova məruzə ilə çıxış edib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamının icrası ilə bağlı ötən dövr ərzində Kəngərli, Şərur, Sədərək, Ordubad rayonlarında və Naxçıvan şəhərində olmaqla, 5 “Xalq yaradıcılığı günü” keçirilib. Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin musiqi kollektivlərinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə” və “Göycə” festivallarındakı konsert proqramları maraqla qarşılanıb.
Diqqətə çatdırılıb ki, “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən muxtar respublikanın uşaq incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin rəsm müsabiqəsi” və bu münasibətlə təşkil olunan digər müsabiqənin qaliblərinin yekun konserti keçirilib.
Bildirilib ki, hesabat dövründə muzeylərin fəaliyyətlərinin günün tələbləri səviyyəsində qurulmasına diqqət artırılıb. Muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi sahəsində bir sıra işlər görülüb. Ötən dövr ərzində nazirliyin sistemində olan muzeylərə, ümumilikdə, 759 ədəd yeni eksponat daxil olub.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılıb, ümumilikdə, 231 tədbir keçirilib.
“Bəhs olunan dövrdə konsert-tamaşa müəssisələri də bir sıra işlər görüblər”, – deyən nazir bildirib ki, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında və Naxçıvan Dövlət Uşaq Teatrında bir sıra tamaşalar hazırlanıb.
Hesabat dövründə muxtar respublikanın turizm potensialının öyrənilməsi və təbliği diqqət mərkəzində saxlanılıb. Bakı şəhərində keçirilən “XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi”ndə Naxçıvan Muxtar Respublikası stendlə təmsil olunub.
Bu dövr ərzində nazirliyin təşkilatçılığı ilə keçirilmiş tədbirlər Naxçıvan Turizm İnformasiya Mərkəzinin internet saytının xəbər bölümünə və mərkəzin sosial şəbəkələrdəki səhifələrinə yerləşdirilib.
Sonra məruzə ətrafında çıxışlar olub.

Əli RZAYEV

*   *   *

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində cari ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.
İclası giriş sözü ilə komitənin sədri Vaqif Rəsulov açaraq bildirib ki, 2017-ci ilin ilk yarımilində muxtar respublikanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklərin qeydə alınması, təhlil edilərək ümumiləşdirilməsi istiqamətində statistika orqanları tərəfindən qanunvericilik üzrə müəyyən tədbirlər görülüb.
Bəhs olunan dövr ərzində şəhər və rayon Statistika idarələri ilə birlikdə 7275 təsərrüfat subyektindən 20960 sayda hesabat yığılıb. Hesabatlar komitə aparatının müvafiq şöbələri tərəfindən ümumiləşdirilərək analiz edilib, muxtar respublika üzrə iqtisadi, sosial, demoqrafik və ekoloji sahələrin vəziyyətinə dair göstəricilər əldə edilib.
Bundan əlavə, cari ilin ötən dövrü ərzində muxtar respublikanın inzibati ərazi dairələrində təsərrüfat subyektləri gəzilərək göstəricilərin aktuallaşdırılması təmin olunub.
Komitə sədri bildirib ki, ötən dövr ərzində iş planına uyğun olaraq statistik vahidlərin dövlət reyestrində qeydiyyatda olan bütün müəssisələrlə əlaqə yaradılıb, müvafiq göstəricilər dəqiqləşdirilib.
Komitə aparatının müvafiq şöbələri tərəfindən Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial sahələrini əhatə edən 22 adda təhlili məruzə, statistik bülleten və 10 adda tematik təhlili material hazırlanıb.
2017-ci ilin birinci yarımili ərzində komitə aparatının müvafiq şöbələri tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin internet saytında 2016-cı ilin yekunu və cari ilin ötən dövrü üzrə aylıq makroiqtisadi göstəricilərin, təhlil materiallarının və muxtar respublikada istifadəyə verilmiş obyektlərin fotoşəkillərinin yerləşdirilməsi işləri aparılıb.
Komitə sədri qeyd edib ki, bəhs olunan dövr ərzində kütləvi informasiya vasitələri ilə də sıx əlaqə saxlanılıb, muxtar respublikanın sosial-iqtisadi vəziyyətini əks etdi­rən tematik və kompleks materiallar dərc etdirilib.
Məruzə ətrafında çıxışlar dinlənilib.
Kollegiya iclasına komitə sədri Vaqif Rəsulov yekun vurub.

 Muxtar MƏMMƏDOV

*   *   *

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində 2017-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə dair keçirilən iclası idarənin sədri vəzifəsini icra edən Orxan Abdullayev açaraq məruzə edib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 iyul 2017-ci il tarixə muxtar respublika iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 101 milyon 825 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 5 milyon 324 min manat, uzunmüddətli kredit qoyuluşu isə 96 milyon 501 min manat təşkil edib. Kreditləşmədə əsas məqsəd aqrar sektorun inkişafı, ixraca yardım və daxili bazarı qorumaq, kiçik və orta sahibkarlığın inkişafına nail olmaqdır. Eyni zamanda muxtar respublika əhalisinə verilmiş 7 milyon 95 min manat məbləğində şəxsi istehlak kreditləri, daşınmaz əmlak alınması üçün 2 milyon 120 min manat məbləğində verilmiş ipoteka kreditləri vasitəsilə vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması ilə bərabər, real sektor da dəstəklənib. 2017-ci ilin 6 ayı ərzində bank və kredit təşkilatları tərəfindən 11 milyon 307 min manat kredit verilmişdir ki, bunun da 2 milyon 382 min manatı qısamüddətli, 8 milyon 925 min manatı isə uzunmüddətli kreditlərdir.
Vurğulanıb ki, muxtar respublikada təklif edilən faiz dərəcəsi ölkəmizin iqtisadi rayonları arasında kreditlər üzrə tətbiq olunan ən aşağı faiz dərəcələridir.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a uyğun olaraq nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilib. Artıq muxtar respublikada vətəndaşların ödəniş kartları vasitəsilə vergi və rüsumları, Dövlət Yol Polisi, pasport və şəxsiyyət vəsiqəsi alınması üçün rüsumları, gömrük rüsumları, Dövlət Sosial Müdafiə Fondu və onun yerli şöbələrinə sosial sığorta haqlarını, mobil və stasionar telefonların abunə və danışıq xərclərinin ödənilməsinin elektron ödəniş formasında aparılması təmin edilib. Əhalinin nağdsız ödənişlərə marağının artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi ilə birgə mükafatlandırma tədbirləri keçirilib, 2017-ci ilin birinci yarısında 232 nəfər şəxsə 15 min manat dəyərində müxtəlif qiymətli hədiyyələr verilib. Ödəniş sistemlərinin inkişaf etdirilməsi məqsədilə POS-terminalların quraşdırılması diqqət mərkəzində saxlanılıb, cari ilin birinci yarısında 48 ədəd POS-terminal quraşdırılaraq onların sayı 1 iyul 2017-ci il tarixə 1250 ədədə çatdırılıb. 2017-ci ilin 6 ayı ərzində POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 611 min manat artaraq 15 milyon 916 min manat olub. Vətəndaşlara müasir bank xidməti göstərilməsi məqsədilə 56-sı Naxçıvan şəhərində, 47-si isə rayon mərkəzlərində və böyük kəndtipli yaşayış mərkəzlərində olmaqla, 103 ədəd bankomatla xidmət göstərilib.
İclasda bank əmanətlərinin də əhəmiyyətinə toxunularaq bildirilib ki, 2017-ci il 1 iyul tarixə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 6 milyon 574 min manat, o cümlədən xarici valyuta ilə 2 milyon 815 min manat təşkil edir. Banklara qoyulan əmanətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 309 min manat artıb. Eyni zamanda banklara qoyulan əmanətlər üçün müddətindən və növündən asılı olaraq 2 faizdən 15 faizədək illik faiz ödənilir.
Tədbirdə gələcəkdə görüləcək işlərdən də danışılıb.
Sonra çıxışlar dinlənilib.

*   *   *

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək bildirib ki, sığorta işinin səmərəliliyinin artırılması məqsədilə cari ilin aprel ayında Dövlət Baş Sığorta Agentliyi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi ilə birgə daşınmaz əmlakın və onun istismarı zamanı mülki məsuliyyətin icbari sığortası, may ayında Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsində muxtar respublikada avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, iyun ayında isə Sədərək Rayon İcra Hakimiyyəti ilə birlikdə sığorta işinin vəziyyəti barədə müşavirələr keçirib, görülmüş işlər təhlil olunub. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta olunmayan sürücülərin icbari sığortaya cəlb olunması məqsədilə 2017-ci ilin birinci yarımilində Dövlət Sığorta Agentliyi və Dövlət Yol Polisi əməkdaşları ilə birlikdə müntəzəm reydlər keçirilib. Vətəndaşlara məxsus daşınmaz əmlakın (yaşayış evlərinin, mənzillərin) icbari sığortasının aparılması məqsədilə yerli icra nümayəndələri ilə birlikdə gündəlik təbliğat-izahetmə işləri görülüb.
Vurğulanıb ki, 2017-ci ilin ötən 6 ayında sahibkarlara məxsus daşınmaz əmla­kın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasının həyata keçirilməsi və sığorta müqavilələri bağlamayan vətəndaşların sığortaya cəlb olunması məqsədilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə maarif­ləndirici söhbətlərin aparılması davam etdirilib.
Görülmüş işlərin yekunu olaraq 2017-ci ilin ilk 6 ayında Naxçıvan Muxtar Respublikası Dövlət Baş ­Sığorta Agentliyi üzrə hüquqi və fiziki şəxslərdən sığorta tədiyələrinin toplanması həcmi 2016-cı ilin ilk yarısı ilə müqayisədə 28,8 faiz artıb. Ümumilikdə, icbari sığortalar üzrə bağlanılmış sığorta müqavilələrinin sayı 3213 ədəd çox olub.
Kənd təsərrüfatı sığortası sahəsində də görülmüş işlərdən danışan baş direktor bildirib ki, 2017-ci ilin ötən dövründə muxtar respublikanın rayonlarında yerli icra nümayəndələri ilə birlikdə kənd təsərrüfatı, xüsusilə bitkiçilik sığortasının əhəmiyyəti barədə izahat-məlumatlandırma işləri aparılıb və 650 müqavilə bağlanılıb.
Tədbirdə işdə yol verilmiş nöqsanlardan da bəhs olunub və qarşıdakı dövrdə rayon (şəhər) Dövlət Sığorta agentliklərinə sığorta tədiyələrinin toplanması işində daha səylə çalışmaq tapşırığı verilib. İclasda rayon dövlət sığorta agentliklərinin direktorları çıxış edərək görülmüş işlər haqqında məlumat veriblər.

 Əli CABBAROV

*  

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində 2017-ci ilin birinci yarımilinin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Bu münasibətlə keçirilən tədbiri cəmiyyətin direktoru Mahir Əliyev açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, 2017-ci ilin ilk 6 ayında muxtar respublikamızda qatarların hərəkətinin təhlükəsizliyi təmin edilib, bu sahədə bir sıra tədbirlər həyata keçirilib. Ötən il dekabrın 29-da fəaliyyətə başlamış Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sərnişin qatarının təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər görülür. Növbəti mərhələdə isə bu dəmir yolu xətti ilə yükdaşımaların da həyata keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, 2017-ci ilin birinci yarımilində Culfa Lokomotiv Deposunda lokomotivlər 152 min 173 kilometr yürüş edib, 15 milyon 711 min ton/kilometr yük daşınıb. Plana uyğun olaraq 4,5 min ton yük vurulması və daşınması nəzərdə tutulduğu halda, faktiki olaraq 17 min 700 ton yük daşınıb. Hesabat dövründə cəmiyyət üzrə 73 min 808 sərnişin daşınıb ki, nəticədə, plan-proqnozda nəzərdə tutulan tapşırığa 102,5 faiz əməl olunub. Bundan əlavə, Culfa İstismar Deposunda 2017-ci ilin ilk 6 ayı ərzində 64 ədəd vaqon cari, 2 ədəd sərnişin vaqonu isə depo təmiri edilib.
Mahir Əliyev bildirib ki, muxtar respublikamızda aparılan tikinti-quruculuq tədbirləri “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyindəki obyektlərin də simasını xeyli dərəcədə dəyişdirib. Bu tədbirlərin davamı olaraq hesabat dövründə Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən Ordubad dəmiryol sərnişin vağzalı və Yol Sahəsinin inzibati binalarında, Ordubad İdarəetmə Mərkəzi və Yol Sahəsinin yardımçı binalarında, yük anbarında, sərnişin və yük platformalarında və onları əhatə edən ərazidə yenidənqurma və təmir işləri aparılıb, eyni zamanda Aza və Naxçıvançay Təhlükəsizlik Komandası inzibati binalarında əsaslı təmir işləri, həmçinin Culfa stansiyasında müasir tələblərə cavab verən yeni İstismar Vaqon Deposunun tikintisi davam etdirilir.
Vurğulanıb ki, praktik biliklərin artırılması və bu sahədə kadrların hazırlanması məqsədilə cari ilin ötən dövründə Naxçıvan Dövlət Universitetinin 29, Naxçıvan Dövlət Texniki Kollecinin isə 23 tələbəsi dəmir yolunun ayrı-ayrı strukturlarında istehsalat təcrübəsi keçiblər.
İclasda işdə yol verilmiş nöqsanlara da toxunulub, qısa müddətdə onların aradan qaldırılması üçün lazımi addımların atılmasının zəruriliyi vurğulanıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
Tədbirə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev yekun vurub.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4786985
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1365
13401
95560
322045
4786985

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter