22 Oktyabr 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində bu ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.
Kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, nazirliyin əsas fəaliyyət istiqamətlərindən biri olan hüquqi maarifləndirmə və hüquqi təbliğat sahəsində həyata keçirilən tədbirlər davam etdirilib, muxtar respublikanın şəhər və rayonlarında bələdiyyə fəaliyyəti ilə bağlı bir sıra tədbirlər keçirilib.
Qeyd olunub ki, hər il olduğu kimi nazirliyin aparatında, Penitensiar Xidmətdə, cəzaçəkmə müəssisələrində, Məhkəmə Ekspertizası Mərkəzində və rayon (şəhər) məhkəmələrində icra və əmək intizamına riayət edilməsi ilə əlaqədar yoxlamalar davam etdirilib, nizam-intizamın daha da möhkəmləndirilməsi ilə bağlı tədris saatları təşkil edilib, ədliyyə qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı və etik davranış qaydalarına əməl edilməsi mövzularında seminarlar keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq may ayında Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisaslarının tələbələri nazirliyin aparatında, Penitensiar Xidmətdə, Məhkəmə Ekspertizası Mərkəzində, Naxçıvan bələdiyyəsində olublar.
Ədliyyə naziri bildirib ki, cari ilin hesabat dövründə xidmətin icraatına daxil olan işlərin sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 69 iş az olub. İcra işləri üzrə 227 borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılıb, 57 borclunun üzərinə qoyulmuş məhdudiyyət götürülüb.
Diqqətə çatdırılıb ki, Qeydiyyat və notariat şöbəsi tərəfindən bu ilin birinci yarısında qeyri-kommersiya hüquqi şəxs qeydiyyata alınmayıb, 2 qeyri-kommersiya hüquqi şəxs reyestrdən çıxarılıb. Vətəndaşlıq vəziyyəti aktları ilə bağlı təkrar şəhadətnamələrin verilməsi və sənədlərin leqallaşdırılması dövlət qeydiyyatı ilə bağlı 7300 manat rüsum dövlət büdcəsinə ödənilib. Əhaliyə göstərilən hüquqi xidmətin səviyyəsi artırılaraq muxtar respublikanın şəhər və rayon dövlət notariat kontorları tərəfindən 28976 müxtəlifməzmunlu notariat əməliyyatları aparılıb, dövlət büdcəsinə 187296,25 manat dövlət rüsumu ödənilib. Müqayisə göstərir ki, cari ilin hesabat dövründə ötən ilin müvafiq dövrünə nisbətən əməliyyat sayında 3657 fakt, dövlət rüsumunun həcmində isə 5092,25 manat artım olub. Bu müddət ərzində rayon (şəhər) Qeydiyyat şöbələri tərəfindən 5596 əməliyyat aparılıb və dövlət büdcəsinə 8320 manat dövlət rüsumu ödənilib.
Sonra məruzə ətrafında çıxışlar olub.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev yekun vurub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində ­2017-ci ilin birinci yarımilinin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Tədbiri xidmətin rəisi, baş miqrasiya xidməti müşaviri Şahin Nəbiyev açaraq məruzə ilə çıxış edib. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji inkişaf xəttinin uğurla davam etdirilməsi nəticəsində respublikamız iqtisadi inkişaf sürətinə görə dünya ölkələri içərisində öncül mövqelərdən birini tutub. Ötən illər ərzində muxtar respublikamız da sosial-iqtisadi baxımdan sürətlə inkişaf edib. İqtisadi fəallığın artması, yeni iş yerlərinin açılması, eyni zamanda miqrasiya sahəsində qanunvericiliyin sadələşdirilməsi və təhlükəsizliyin tam təmin edilməsi miqrantların axınını sürətləndirib, bu da, öz növbəsində, miqrasiya proseslərinə nəzarətin gücləndirilməsini zərurətə çevirib.
Qeyd olunub ki, hesabat dövründə xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin aşkar edilməsi istiqamətində müntəzəm tədbirlər həyata keçirilib, müəyyən edilmiş inzibati pozuntu halları ilə bağlı müvafiq qərarlar qəbul edilib. Belə ki, qeydiyyatsız olan, qanunsuz yaşayan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 174 əcnəbidən 75-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə inzibati tənbeh növü tətbiq edilib. Onların 82-si 48 saat müddətində ölkə hüdudlarından kənara çıxarılıb, 14-ü isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaqla girişlərinə müəyyən müddətə məhdudiyyət qoyulub. Bu dövr ərzində miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş, lakin inzibati məsuliyyətə cəlb etməyə imkan verən yaş həddinə çatmamış 22 əcnəbi barəsində inzibati işin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilib.
Vurğulanıb ki, 2017-ci ilin birinci yarımili ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı xidmətə, ümumilikdə, 4 min 574 müraciət daxil olub. Muxtar respublikada əcnəbilərin və vətəndaşlığı olmayanların haqqı­ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrinin verilməsi ilə bağlı işəgötürən­lər tərəfindən xidmətə 22 müraciət daxil olub. Onlardan 15-i icra edilib, 7-si isə hazır­da icra mərhələsindədir. Bundan əlavə, həmin dövrdə Miqrasiya Məlumat Mərkəzinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və Azərbaycan Respublikasının vətəndaşları tərəfindən miqrasiya sahəsində qüvvədə olan qanunvericilik, müraciətlərin icrası vəziyyəti və digər məsələlərlə bağlı 164 müraciət olub. Hər bir müraciət tam, dəqiq və operativ cavablandırılıb.
Sonra məruzə ətrafında çıxışlar olub.
Tədbirə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, baş miqrasiya xidməti müşaviri Şahin Nəbiyev yekun vurub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində keçirilən 2017-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasını nəqliyyat naziri Mirsənani Seyidov açaraq məruzə edib.
Nazir bildirib ki, ötən müddət ərzində muxtar respublikamızda nəqliyyat sektorunun inkişafı ilə bağlı verilmiş tapşırıqlarla əlaqədar qarşıda duran vəzifələr müəyyən olunub, onların həyata keçirilməsi istiqamətində səylər artırılıb. Xidmətin keyfiyyətinin artırılması məqsədilə ayda bir dəfə Naxçıvan Avtobus Parkında sərnişin daşımalarını yerinə yetirən sürücülərin və bu sahədə fəaliyyət göstərən sahibkarların iştirakı ilə ikigünlük seminar-müşavirələr təşkil edilib.
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi ­Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanının icrası istiqamətində ötən altı ay ərzində nəqliyyata aid qanunvericilik aktlarının əhali arasında təbliğatı aparılıb, daşımalarla məşğul olan hüquqi və fiziki şəxslərin maarif­ləndirilməsi işi genişləndirilib, daha müasir, beynəlxalq standartlara cavab verən avtobuslar alınaraq istifadəyə verilib.
Bildirilib ki, muxtar respublikada avtonəqliyyat vasitələri və təhlükəsiz sərnişin daşınması, marşrut qrafikinə nəzarət olunması məqsədilə yeni texnologiyaların istifadəsinə başlanılıb. Vurğulanıb ki, hazırda Naxçıvanda şəhərdaxili marşrutlarda işləyən avtobuslara və taksilərə GPS-lərin quraşdırılması işləri davam etdirilir. Ümumilikdə, bu günə qədər 44 avtonəqliyyat vasitəsinə bu sistem quraşdırılıb.
Qeyd edilib ki, ötən dövr ərzində nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq daha da genişləndirilib. Türkiyə Respublikasının “Metro” turizm şirkəti ilə bağlanmış müqaviləyə əsasən həmin ölkənin İqdır və Ərzurum şəhərlərinə və əks-istiqamətdə avtobus marşrutları açılıb. Türkiyə Respublikasının “Metro” turizm şirkəti ilə Naxçıvandan Türkiyənin müxtəlif şəhərlərinə, İran İslam Respublikasının “RaPeySaba” şirkəti ilə Naxçıvan-Urmiya istiqamətində, “Didari Seyri Giti” şirkəti ilə Naxçıvan-Təbriz-Tehran, habelə “TondPoyan” şirkəti ilə Naxçıvan-Bakı istiqamətində sərnişindaşıma xidməti göstərmək üçün müqavilələr bağlanılıb.
Hesabat dövründə muxtar respublikadakı avtovağzalların fəaliyyəti də diqqət mərkəzində saxlanılıb. Avtovağzallara baxış təşkil olunub, növbəti müddətdə görüləcək işlər müəyyənləşdirilib. Ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişaf etdirilməsi və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası davam etdirilib, taksi fəaliyyəti göstərən sürücülərin hər ay dörd dəfə qrup şəklində muzey ekskursiyaları təşkil olunub.
Nəqliyyat naziri onu da diqqətə çatdırıb ki, qanunsuz sahibkarlıqla məşğul olan avtonəqliyyat vasitələrinin müəyyən olunması üçün reydlər keçirilib. 24 nəfərlə yük və sərnişindaşıma fəaliyyətinə icazə verilməsi üçün müqavilə bağlanılıb, digərlərinin isə sənədləri cəza tədbiri görülməsi üçün aid təşkilatlara göndərilib.
İclasda məruzə ətrafında çıxışlar olub.
Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani ­Seyidov tədbirə yekun vurub.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4786939
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1319
13401
95514
321999
4786939

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter