22 Avqust 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

  

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının növbəti şura iclasında təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov 2017-ci ilin birinci yarımilində görülmüş işlər və qarşıda duran ­vəzifələrlə əlaqədar məruzə edib.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 48-ci ildönümü ərəfəsində keçirilən iclasda məruzəçi vurğulayıb ki, ulu öndərin 1969-cu ilin 14 iyulunda hakimiyyətə gəlişi Azərbaycanın tarixində yeni səhifə açdı. Qısa müddət ərzində ölkəmiz nəinki keçmiş SSRİ miqyasında, hətta bütün dünyada tanındı.
Bildirilib ki, 1969-cu ildən başlanan kompleks inkişaf dinamikası Azərbaycanın digər regionları ilə yanaşı, Naxçıvan Muxtar Respublikasını da öz əhatəsinə almışdı. 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə nisbətən xeyli geridə qalırdı və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı sıralarda qərar tuturdu. Ulu öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış qərarlar bu geriliyin aradan qaldırılması və Naxçıvanın inkişaf yoluna çıxarılmasında mühüm rol oynadı.

Təşkilatın cari ilin birinci yarımilində gördüyü işlərdən danışan Qadir İbrahimov bildirib ki, cari ildə rayonda aparılan quruculuq, yaşıllaşdırma, abadlıq tədbirlərində Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının üzvləri fəallıq göstəriblər.
Vurğulanıb ki, rayon təşkilatının tərkibində fəaliyyət göstərən 55 ərazi ilk təşkilatında partiya intizamına xüsusi diqqət yetirilib, partiya sıralarına qəbul zamanı yüksək mənəvi keyfiyyətləri, siyasi bilikləri, partiya sıralarına ulu öndərin siyasi irsinə böyük məhəbbət və inamı olan vətəndaşlar qəbul edilib.
Rayon təşkilatı cari ildə gənclərlə işi daim diqqət mərkəzində saxlayıb. Gənclər Birliyi Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi ilə birlikdə müxtəlif tədbirlər həyata keçirib.
Qeyd edilib ki, 2017-ci ilin birinci yarımilində rayon təşkilatının tərkibində keyfiyyət və kəmiyyət dəyişiklikləri baş verib, partiya intizamı daha da gücləndirilib.
Hazırda rayon təşkilatının tərkibində 5489 nəfər Yeni Azərbaycan Partiyası üzvü qeydiyyatda durur ki, onlardan 2594 nəfəri qadın, 1705 nəfəri isə gəncdir. Cari ildə Yeni Azərbaycan Partiyası sıralarına 49 nəfər qəbul edilib. Onların 27 nəfəri və yaxud 55,1 faizi qadın, 42 nəfəri və yaxud 85,7 faizi isə gənclərdir.
Diqqətə çatdırılıb ki, culfa şəhəri üzrə 37, kəndlər üzrə 18 ərazi ilk təşkilatı fəaliyyət göstərir. 16 kənd ərazi ilk təşkilatı üçün müvafiq kənd mərkəzlərində iş otaqları ayrılıb. Hazırda yeni tikilən Dizə Kənd Mərkəzində də ərazi ilk təşkilatı üçün otaqlar nəzərdə tutulub.
Müzakirələrdə təşkilatın Gənclər Birliyinin sədri Təbriz Hüseynzadə, Qadınlar Şurasının sədri Xanım Tağıyeva, Bənəniyar kənd ərazi ilk təşkilatının sədri Duvangir Əhmədov çıxış ediblər.
Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul olunub.

Hüseyn ŞƏKƏRƏLİYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3856475
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3582
14815
18397
310692
3856475

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter