11 Dekabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının iyulun 14-də Heydər Əliyev Muzeyində keçirdiyi tədbiri təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli açıb. O, ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və milli-mənəvi yüksəlişindən danışaraq bildirib ki, Azərbaycan milli şüurunun böyük himayədarı, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyev xalqı və dövləti üçün xidmət göstərməyi ömrünün başlıca qayəsi hesab edib, Vətənə, xalqa, dövlətə sədaqətlə və yorulmaz xidmətin müstəsna nümunəsini yaradıb.

Qeyd olunub ki, ümummilli liderin bütün həyatı və fəaliyyəti Naxçıvanla daim sıx bağlı olub. Belə ki, Azərbaycan KP MK-nın birinci katibi işlədiyi illərdə görkəmli dövlət xadimi dəfələrlə Naxçıvana gəlib, hər səfərində sosial-iqtisadi inkişafla bağlı məsələləri araşdıraraq, muxtar respublika sənayesi və kənd təsərrüfatının aktual problemlərini diqqət mərkəzində saxlayıb, onların təcili həlli üçün müvafiq qərarlar qəbul edib və bütün zəruri addımları atıb. Nəticədə, Naxçıvan ötən əsrin 70-80-ci illərində özünün sosial-iqtisadi inkişafında sürətli yüksəliş mərhələsini yaşayıb, qısa müddətdə intensiv inkişafa nail olub. Naxçıvan Muxtar Respublikasında sənaye məhsulu istehsalının ümumi həcmi 1970-ci ilə nisbətən 1985-ci ildə 4,6 dəfə çoxalıb. 1970-1985-ci illərdə iqtisadiyyatın bütün sahələrinin inkişafına 900 milyon manat sərmayə yatırılıb, onun orta illik həcmi 60 milyon manat təşkil edərək əvvəlki 10 ilin göstəricisindən 2,9 dəfə çox olub. Muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən 783 milyon manatlıq əsas fondlar istifadəyə verilib. Həmin illərdə muxtar respublikada tikilmiş 21 sənaye müəssisənin 16-sı iri müəssisələr idi. 1970-1985-ci illər ərzində kənd təsərrüfatının bütün əsas məhsulları üzrə əhəmiyyətli artım müşahidə olunub, əməyin fondla təchizatı 2,6 dəfə, təsərrüfatın mineral gübrələrlə təminatı 4 dəfə, əmək məhsuldarlığı 2,2 dəfə yüksəlib. Naxçıvanda su təsərrüfatı problemlərinin həllinə 119 mil­yon manat vəsait yönəldilib, 4 böyük su anbarı, 10-a yaxın sututar tikilib istifadəyə verilib, su anbarlarının ümumi sayı 22-yə çatdırılıb.

Vurğulanıb ki, 1993-cü ildə dövlət müstəqilliyimiz məhvə sürüklənəndə də ulu öndərimiz böyük xilaskarlıq missiyası ilə Azərbaycanı bütün sınaqlardan qətiyyətlə və üzüağ çıxarıb. Bu mənada, dahi şəxsiyyətin Azərbaycanın müstəqilliyi yolunda müzəffər yürüşünün başlanğıcı olan, 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb yaratdığı, siyasi fəaliyyətlə məşğul olduğu və muxtar respublikamıza başçılıq etdiyi dövr Azərbaycanın müstəqillik tarixində xüsusi mərhələ təşkil edir. Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövr muxtar respublikanın sosial­-iqtisadi potensialının qorunub saxlanılmasında, ermənilərin hərbi təcavüzünün qarşısının alınmasında və muxtariyyətin hüquqi statusunun möhkəmləndirilməsində mühüm mərhələdir. 1993-cü ilin iyununda ulu öndərin ölkə rəhbərliyinə qayıdışından sonra Naxçıvanın muxtariyyət statusu daha da möhkəmləndirilib. 1995-ci il Azərbaycan Respublikasının Konstitusiyasında Naxçıvan Azərbaycanın tərkibində muxtar dövlət elan edilib. 1998-ci ilin dekabrında isə Naxçıvan Muxtar Respublikasının Konstitusiyası qəbul olunub.
Diqqətə çatdırılıb ki, hazırda həm ölkəmizdə, həm də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ümummilli liderin dövlətçilik siyasəti uğurla davam etdirilir. Bütün XX əsr boyu, əsasən, aqrar region kimi tanınan muxtar respublika ulu öndər Heydər Əliyevin banisi olduğu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində intensiv şəkildə sənayeləşən bölgəyə çevrilib. Naxçıvan hazırda müstəqillik dövründə əldə edilmiş elmi-mədəni intibahın nailiyyətlərini özündə yaşadan region kimi həm ölkəmizdə, həm də onun sərhədlərindən kənarda nüfuz qazanıb. 2018-ci il üçün Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi bu nüfuzun təzahürüdür.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətindən bəhs edilən “Ən Böyük Azərbaycanlı” filmi nümayiş etdirilib, Heydər Əliyev Muzeyindəki eksponatlara baxış olub.
Həmin gün Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin üzvləri də Heydər Əliyev Muzeyini ziyarət edərək, ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlara baxıblar.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5626264
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
9716
18377
9716
172155
5626264

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter