11 Dekabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

“Ümidlər doğrulacaqmı?” və ya dünəndən bu günə qısa ekskurs

Muxtar respublikamızın düşdüyü blokada şəraitində yarımçıq qalmış tikililərin taleyindən söhbət açmaq bəlkə də yersiz görünür. Amma elə məsələlər var ki, onlar barədə susmaq, söz deməmək olmur. Axı bu problemlər çoxlarının hər gün üzləşdiyi çətinliklərdəndir. Güznüt kənd 8 illik məktəbinin müəllim və şagirdlərinin illərdən bəri həsrətini çəkdikləri məktəb binası. O məktəb binası ki, təməli 7-8 il bundan əvvəl qoyulub. O vaxtlar nə blokada var idi, nə də ki, material qıtlığı. Nədənsə, hansı biganəliyin ucbatındansa 464 yerlik məktəb binasının tikintisi ildən-ilə keçirildi və nəhayət indiki şəraitdə tamamilə unuduldu.
Vaxtilə köhnə, yöndəmsiz məktəb binasının yanında, idman meydançasının ərazisində yerləşəcək məktəb binasının özülü qazılanda, burada qrunt sularına qarşı borular düzüləndə, nəhayət beton bloklar hazırlananda çoxları sevindi. Məktəblilər inandı ki, nəhayət 2 min nəfərə yaxın əhalisi olan Güznüt kəndində də məktəb binası tikiləcəkdir. Amma əfsuslar olsun ki, bu sevinc, bu arzu illər uzunu şagirdlərin ürəyində qaldı.

Hazırda şagirdlər süd emalı məqsədilə tikilmiş, sonra isə tütün qurutmaq üçün istifadə edilən köhnə, yöndəmsiz binada dərs keçirlər. Binanın tavanından boylanan paslı mismarlar tütünçülərdən qalan yadigarlardandır. Məktəbə yolu düşənlər yaxşı bilir ki, bu uyğunlaşdırılmış binada dərs keçmək, uşaqlara elm öyrətmək olduqca çətindir. Darısqal döşəməsinə torpaq tökülmüş, divarları bir neçə yerdən cadarlamış qaranlıq otaqda dərs keçmək hansı səmərəni verər? Siniflər bir-birinə o qədər yaxındır ki, onların birində dərs deyən müəllimin, dərsə cavab verən şagirdin səsi o biri siniflərdə də eşidilir. Daha doğrusu, səs səsə qarışır. Darısqal dəhlizdə iki nəfərin yan-yana addımlaması qeyri-mümkündür.
Bütün bunlara dözmək olar, amma binanın uçmaq təhlükəsi var. Belə görkəmdə olan binanı təmir etmək də müşkül məsələdir. Bu vəziyyətlə əlaqədar məktəbin direktoru İ.Babayev aid təşkilatlar qarşısında dəfələrlə məsələ qaldırsa da, heç bir müsbət nəticəsi olmayıb.
Lakin bizi düşündürən odur ki, nəyə görə illərdən bəri şagirdləri narahat edən bu vacib məsələ həll edilməyib? Halbuki ötən illər ərzində məktəb binasını tikmək mümkün idi. Onda istənilən qədər tikinti materialları da var idi. Həmin material­lar məktəbin təməli qoyulan yerdə üst-üstə qalaqlanmışdı. Amma illər ötdükcə yavaş-yavaş “əridi”. İndi 10-15 beton blokdan savayı heç nə gözə dəymir.
Bizə belə gəlir ki, lap elə indiki şəraitdə də burada yeni bina tikmək mümkündür. Hörgünü yerli material­lar hesabına və yerli qüvvə ilə aparmaq olar. Heç uzağa getməyək, binanın özülündən çıxarılmış torpaqla yüz minlərlə kərpic kəsmək olar. Onsuz da indiki binaların çoxu belə kərpiclərlə hörülür. Kənddə həmin kərpiclərdən çoxlu bina tikənlər var. O ki qaldı qalan materiallara, köhnə məktəb binasının materiallarından istifadə edilə bilər.
Bütün bunları yazmaqda onu demək istəyirik ki, hər bir işə əlac tapmaq mümkündür. Atalar demişkən: “Çobanın könlü olsa...” Amma, nədənsə, əməli iş görən tapılmır. Uçmaq təhlükəsi olan sinif otaqlarında dərs keçən şagirdlər yeni məktəb binasının ümidi ilə yaşayırlar. Bəs bu ümid nə vaxt doğrulacaq?

“Şərq qapısı” qəzeti
1994-cü il 16 iyul

Güznüt kənd tam orta məktəbi bu gün müasir
binada fəaliyyət göstərir

Əvvəl belə idi: Bəs indi?

23 il əvvəl “Şərq qapısı” qəzetində dərc olunmuş bu məqalə bir kənd məktəbinin timsalında muxtar respublikamızın məktəblərinin ozamankı durumunu gözlər önünə sərir. Bəli, o zaman məktəb binası deyiləndə ilk yada düşən sınıq-salxaq qapı-pəncərələri olan sinif otaqları, qış boyu dərs zamanı tüstüləyən, belə demək mümkünsə, göz çıxaran sobalar, istismar müddətini çoxdan başa vurmuş partalar, stol və stullar, yağış yağanda gölməçəyə dönən sinif otaqları olur. Bütün bu mənzərələr klassik sovet məktəbinin dəyişməz simvolları idi. Döşəmələri neftlə silinən məktəb binalarının qazanxana iyi verməsi adi hala çevrilmişdi. Ozamankı təmir-tikinti idarələri hər yay “cari təmir” adı altında məktəbi təmir etsələr də, işlər yalnız kağız üzərində qalırdı və növbəti dərs mövsümünə “hazır olan” məktəb binasına gələn uşaqlar və müəllimlər təkrar məyus olurdular.

1997-ci ildə kənddə yeni məktəb binası istifadəyə verildi, 2003-cü ildə isə burada yenidənqurma işləri aparıldı. 2014-cü ilin 3 noyabr tarixi Güznüt sakinləri üçün əlamətdar hadisələrlə yadda qaldı, həmin gün kənddə yeni sosial obyektlər istifadəyə verildi. Onların arasında əsaslı şəkildə yenidən qurulan Güznüt kənd tam orta məktəbinin binası da var idi. Çox gözəl şəraitin yaradıldığı binanın istifadəyə verilməsi valideynlərin də, şagird və müəllimlərin də üzünü güldürdü. Çünki artıq bütün çətinliklər arxada qalmış, muxtar respublikanın müstəqillik illərindəki inkişafının bariz nümunəsi olan müasir məktəb binası uşaqların ixtiyarına verilmişdi. Həmin gün uşaqların sevincini bölüşməyə muxtar respublika rəhbəri də gəlmiş, kənd sakinlərini, eləcə də məktəbliləri təbrik etmiş, pedaqoji kollektivə öz ürək sözlərini və tövsiyələrini çatdırmışdı. Bəli, muxtar respublikanın sosial-iqtisadi inkişafı üzrə 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində əsaslı şəkildə yenidən qurulan binası olan kənd məktəbi güznütlülər üçün fəxr olunası təhsil ocağına çevrilmişdi və Naxçıvan şəhərindəki ən müasir məktəblərdən heç nə ilə geri qalmırdı.
Hazırda 324 şagird yerlik məktəbdə 3-ü elektron lövhəli olmaqla, 18 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, kompüter otağı, kitabxana, idman zalı, hərbi kabinet, şahmat sinfi və bufet var. Məktəb-valideyn münasibətlərinin düzgün qurulması nəticəsində şagirdlər tədris prosesində çətinlik çəkmir, keçilən dərsləri daha yaxşı mənimsəyirlər. Bu təhsil ocağının kompüter otağında internetə çıxışı olan 21 kompüter var. Məktəbin elektron dərsliklərlə təminatı və elektron lövhəli siniflərin istifadəyə verilməsi dərslərin virtual tədrisinə şərait yaradıb. Distant tədris mərkəzinə qoşulan məktəbdə muxtar respublikanın digər təhsil ocaqları ilə tədris mübadiləsinin aparılması, eləcə də muzeylərlə əlaqələrin qurulması təmin edilib. Məktəbin kitabxana fondunda 5 mindən artıq kitab vardır. Şagirdlərə mütaliə vərdişlərinin aşılanması onların asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
Ən qədim oyun növlərindən biri olan şahmat uşaq və yeniyetmələrin əqli inkişafına təsir edən mühüm vasitələrdən biridir. Güznüt kənd tam orta məktəbində şahmat fənninin tədrisi şagirdlərin zehni inkişafına, məntiqi düşünmə qabiliyyətlərinə əhəmiyyətli təsir göstərir. Bütün bunların nəticəsidir ki, şagirdlərin digər fənlərdən təlim göstəriciləri də nəzərəçarpacaq dərəcədə artıb.
Məktəbdə şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinə və hərbi biliklərin dərindən öyrənilməsinə də diqqət yetirilib, hərbi kabinə yaradılıb. İdman zalında müxtəlif idman növləri üzrə dərslərin tədrisi və şagirdlərin fiziki hazırlıqlarının artırılması üçün hər cür şərait mövcuddur.
Güznüt sakinləri isə övladları üçün bu şəraiti yaradanlara minnətdardırlar. Tədris ili boyu məktəbin müəllim və şagirdləri kitabxana, laboratoriya, fənn kabinələrindən səmərəli istifadə edirlər. Bu da tədrisin keyfiyyətinin yüksəlməsinə öz təsirini göstərir. Hazırda müxtəlif universitetlərə sənəd vermiş məktəb məzunlarının nəticələri təhlil edilir, gələcəkdə görüləcək işlər planlaşdırılır.

Ümidlər doğrulub, sabaha inam artıb

Bu gün ölkəmizdə Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda sabitlik və sosial-iqtisadi yüksəliş təmin olunub. Ölkəmizdə mövcud olan sabitlik bütün sahələrlə yanaşı, təhsilin də hərtərəfli inkişafı ilə səciyyələnir. Prioritet sahə olan təhsil bu gün Azərbaycan dövlətinin sosial inkişaf xəttində mühüm yer tutur. Ona görə ki, təhsilə qoyulan sərmayə, göstərilən qayğı təkcə ölkəmizin bu gününə deyil, eyni zamanda gələcəyinə xidmət edir, yüksək intellektual potensialın formalaşmasını şərtləndirir. Bu gün davamlı olaraq təhsil sahəsində islahatlar həyata keçirilməkdədir. Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli və mənəvi, ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəkdir. Çünki qazanılan bütün nailiyyətlər məhz Heydər Əliyev ideyalarından güc alır. Artıq 20 ildən çoxdur, təkcə güznütlülərin deyil, minlərlə Naxçıvan sakininin “Ümidlər doğrulacaqmı?” sualına cavab tapılıb, demək olar ki, hər bir kənd-qəsəbədə, hər bir şəhərdə ən müasir tələblərə cavab verə bilən məktəb binaları həyata vəsiqə alıb. Diqqət­çəkən məqam isə ondan ibarətdir ki, xalqı maraqlandıran bütün sualların cavabı sözdə deyil, əməldə verilib. Bu isə muxtar respublikada yaşayıb-yaradan hər bir insanın sabaha inamını artırır, bizi daha yaxşı işləməyə, ölkəmizin çiçəklənməsi naminə daha böyük fədakar­lıqlar göstərməyə sövq edir.

 Səbuhi HÜSEYNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5626366
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
9818
18377
9818
172257
5626366

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter