26 Sentyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Salam! Bu məktubu sənə sevgiylə, qürurla yazıram. İlk dəfədir ki, səndən bu qədər uzun müddətə ayrı qalıram. İlk göz ağrım, tək övladım olduğundan səni gözümdən kənara qoymazdım. Yadındadır, paytaxt şəhərə təhsil almağa getməyə qərar verdiyində müdaxilə etməsəm də, qəlbimdə incimişdim səndən. Ana ürəyidir, sonra yenə barışıb, qərarın nə olursa-olsun, dəstəkləmişdim səni.
Amma, gözümün nuru, səni kimsəyə etibar etməyən anan Vətənə etibar etdi. Həmişə özün deyirdin: Vətən anadır. Mən səni ikinci anana etibar etdim. Ona görə də gözüm arxada deyil. Əsgər anasıyam mən, sən Vətənin keşiyinə getdiyin gündən. Görürsən, necə qürurla səslənir: əsgər anası.

Sənin də gözün arxada qalmasın, mənim balam. Atan da, mən də yaxşıyıq, çox şükür. Düzdür, darıxıram, amma bu bir il təkcə sənin yox, eyni zamanda bizim üçün də sınaqdır. Övladdan, ata-anadan, həyatdan da şirindir Vətən. Atan da darıxır səninçün. Gedib-gəlib divardakı şəklinə baxır. Amma çox hiss etdirmir. Nə deyim, tanıdığın o üzdə soyuqqanlı görünən atan. Amma kənddə kimsə, – filankəsin oğlu düşmənlə üz-üzə səngərdə xidmət edir, torpaqlarımızın keşiyindədir, – deyəndə qürurlandığını görsən, özün-özünlə fəxr edərsən. Qonşumuz Zeynəb xalan da tez-tez gəlib səni soruşur. Yeri-yurdu necədir, korluq çəkmir ki? – deyir. Şükür Allaha, oğlum xeyli razılıq edir, – deyirəm, onlar da nigarançılıqdan qurtarırlar.
Əziz balam, sənin üçün çox darıxsam da, ürəyim rahatdır. Gözümün ağı-qarası bircə balamı Vətənə əsgər yola salmışam. Qorxmaz ol, mənim balam! Vətən səni bir ömür bağrına basıbsa, onun üçün bir il xidmət nədir ki? Çətin və məsuliyyətli olmaqla yanaşı, eyni zamanda şərəflidir Vətənə xidmət. Hər gün dua edirəm. Tək sənə yox, bütün əsgər balalarıma. Deyirəm, İlahi, balalarımı çətinliklər qorxutmasın. Siz tək deyilsiniz. Mənim kimi neçə-neçə ana-bacının dualarındasınız siz. Tanrı sizi qorusun, Vətənin igid, qorxmaz, cəsur oğulları. Ordumuz günü-gündən güclənir. Xalqımızın sonsuz inamı, güvəni sizə ruh yüksəkliyi verir. Elə bunlara görə də səndən nigaran deyiləm.
Bilirəm, sən Vətənin uğrunda ölməkdən qorxmursan. Televiziyada şəhidlərlə bağlı verilişlər gedəndə gözün dola-dola tutqun səslə, eyni zamanda da məğrurcasına, – şəhidlər ölmür, – deyə-deyə evdə o baş-bu başa gedirdin. Biz də bilirik, şəhidlər ölmür. Amma bu Vətənin sənin kimi güclü, mərd oğullara ehtiyacı var. Buna görə də ölümə tələsmə, yaşamağa çalış. Yaşa ki, şəhidlərimizin qisasını ala biləsən. Yaşa ki, düşmən tapdağı altında olan torpaqlarımızın xilas olunmasında sən də iştirak edə biləsən. Yaşa ki, bayrağımızın Qarabağda dalğalanacağı tarixi günə şahidlik edə biləsən.
Gözlərindən öpürəm, mənim balam. Tanrı sizi qorusun!

Hörmətlə: Həbibə BABAYEVA
Ordubad rayon Unus kənd sakini

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4404717
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
17992
13363
31355
393081
4404717

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter