24 Sentyabr 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

İslam mədəniyyətinin yaşadılması, onun daha da genişləndirilməsi bu gün sayı 2 milyarda çatan müsəlman dünyasının yüksək mənəvi dəyərlərinin qorunması üçün olduqca zəruridir. Xalqımızın qədim tarixi keçmişi ərzində islami dəyərlərə sadiqliyi, müstəqil Azərbaycan dövlətinin bu dəyərlərə sahib çıxaraq onu daha da zənginləşdirməsi yolunda atdığı addımlar bu baxımdan əhəmiyyətlidir. Bu, ölkəmizin təkcə İslam dünyası ilə deyil, bütün tərəqqi­pərvər bəşəriyyət ilə qurduğu çox uğurlu dialoqun bariz nümunəsidir. 2009-cu ildə ölkə­mizin paytaxtı Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı olması və gələn il respublikamızın digər elm və mədəniyyət mərkəzinin, beş min ildən çox tarixə malik Naxçıvan şəhərinin bu missiyanı yerinə yetirməyə hazırlaşması Azərbaycanın İslam dünyasında nə qədər vacib bir məkan olduğunu bir daha sübut edir.
“İslam Mədəniyyəti Paytaxtı” bütün İslam aləmini əhatə edən genişmiqyaslı bir layihədir. Hər il Asiya, ərəb ölkələri və Afrika qitəsi regionları üzrə bir şəhərin İslam mədəniyyətinin paytaxtı seçilməsi onların islami dəyərlərə və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrdən qaynaqlanır. 2005-ci ildə İslam dünyasının mərkəzi Məkkə şəhərinin paytaxt elan olunması ilə başlayan bu layihədə yer alan müsəlman ölkələrinin şəhərləri arasında ölkəmizin paytaxtı ilə yanaşı, Naxçıvan şəhərinin də yer alması bir sıra cəhətlərinə görə olduqca diqqətçəkicidir. Belə ki, çox az sayda ölkənin iki şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsi, bu mənada, respublikamızın bu coğrafiyadakı nüfuzundan xəbər verir. Çünki Azərbaycan xalqı İslamın ali dəyərlərinə qəlbən bağlılığı, heç bir çətin sınaq qarşısında inancından dönməməsi, dünyaya örnək olan tolerantlığı və qonaq­pərvərliyi ilə daim seçilib. Azərbaycanlı din və elm xadimlərinin, mütəfəkkir, şair, yazıçı, aşıq və memarların irs qoyduğu əsərlərdə açıq görünən insana sevgi, qadına hörmət, qocaya və uşağa nəvaziş kimi dərin humanist duyğular İslam mədəniyyəti ilə həm­ahəng səslənən ən dəyərli çağırışlardır. Müstəqil Azərbaycan Respublikasının hər bir qarışında sivil cəmiyyət quruculuğu istiqamətində həyata keçirilən bütün işlərdə sosial ədalət və humanizm prinsiplərinin ön planda tutulması, insan hüquq və azadlıqlarına verilən diqqət ölkəmizə təkcə İslam dünyasında deyil, eləcə də beynəlxalq aləmdə böyük nüfuz qazandırıb. Azərbaycan təkcə müsəlmanlar üçün deyil, digər inanc sahiblərinin də rahat yaşadığı nadir ölkədir. Respublikamız İslam tarixində mühüm rol oynamış tarixi şəxsiyyət­lərə, onların adını daşıyan ziyarətgahlara və digər müqəddəs yerlərə son dərəcə həssas münasibət göstərilən bir məkan kimi bütün müsəlmanlar tərəfindən sevilir.

“Qoca Şərqin qapısı” adlandırılan muxtar respublikamızın paytaxtı Naxçıvan da İslam dünyasının tanınmış şəhərlərindəndir. 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilən zaman məhz Azərbaycanın bu qədim diyarının İslam mədəniyyətinin çox­əsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rolu əsas götürülüb. Naxçıvan şəhərinin təkcə ölkəmizin deyil, bütün Şərq-İslam aləminin dövlətçilik və fəlsəfi düşüncə mərkəzi kimi qazandığı şöhrət də bu məsələdə öz həlledici rolunu oynayıb.
2018-ci ildə İslam mədəniyyətinin paytaxtı olacaq Naxçıvanda nəzərdə tutulan işlərin ən yüksək səviyyədə yerinə yetirilməsi üçün ölkə başçısı cənab İlham Əliyevin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Təşkilat Komitəsinin yaradılması, ötən il komitənin ilk iclasında Tədbirlər Planının layihəsinin müzakirə olunması bu mühüm tədbirin muxtar respublikamız, ölkəmiz və eləcə də bütün İslam aləmi üçün yaddaqalan bir səviyyədə keçiriləcəyinə zəmanət verir.
İslam mədəniyyətinin paytaxtı kimi dünyanın Naxçıvandan, onun timsalında doğma Azərbaycanımızdan nümunə götürə­cəyi bir çox yüksək mənəvi dəyərlər vardır. Əminliklə deyə bilərik ki, Naxçıvana gələn hər bir qonaq, hər bir din xadimi burada insan amilinə verilən diqqətə heyran qalacaq.
Şübhəsiz, təlatümlü tarixi dövrlərdən keçmiş, yadelli işğalçılara qarşı sinə gərmiş Naxçıvanın bugünkü iqtisadi-mədəni nailiyyətləri ilə yerində tanış olmaq, blokada vəziyyətinə baxmayaraq, burada qazanılmış hərtərəfli uğurların sirrinə agah ola bilmək üçün səyyahlar gözəl imkanlar qazanacaqlar. Qonaqlar biləcəklər ki, Naxçıvandakı dünyaca məşhur müqəddəs ziyarət məkanlarının ən sərt rejimlər dövründə belə, unudulmaması, müstəqillik dövrümüzdə onların qorunub, bərpa edilərək gələcək nəsillərə çatdırılması məqsədilə görülmüş əməlisaleh işlər bu gün qazandığımız uğurların bir hissəsini təşkil edir. Müsəlman dünyası və elə bütün dünya görəcək ki, bu savabı qazanan hər bir naxçıvanlı ən çətin günündə yenə də Rəbbinə sığınaraq, Yaradanın xalqımıza əta etdiyi liderinin ətrafında sıx birləşib, bu ulu mədəniyyəti hamılıqla necə qoruyub saxlaya biliblər! Savab qazanmağın tək yolunun şəfqət, sədaqət və birlik olduğunu sınamış qədim və müasir Naxçıvan, beləcə, bu gün müsəlman dünyasının düşdüyü çalxantılardan, bəşəriyyəti narahat edən böhranlardan qorunmağın yolunu göstərən inanc dolu bir məmləkət kimi yenidən tanınacaq. Bu, hamının asayiş və hörmət içində yaşayıb, öz gələcəyini birgə qurduğu, məscidlərindən azan səsi, evlərindən uşaq gülüşü eşidilən qədim və müasir Naxçıvanın dünyaya səsi olacaq.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4367620
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
7121
16121
102177
355984
4367620

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter