23 İyul 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

İyul 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Həyatımızın bütün sahələrində muxtar respublikamızda bərqərar olunmuş dinamik sosial-iqtisadi inkişafın bəhrələrini görmək mümkündür. Region sakinlərinin layiq olduğu səviyyədə yaşamasına yönəldilmiş tədbirlərin reallaşdırılması, dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə hüquqi xidmətlərin göstərilməsi istiqamətində görülən işlər də həmin tədbirlərin tərkib hissəsidir və insanlar tərəfindən rəğbətlə qarşılanır. Bunun ifadəsi kimi 2015-ci il martın 7-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində yaradılan səyyar xidmətin fəaliyyəti hər bir naxçıvanlı tərəfindən yüksək qiymətləndirilir.
Nazirliyin əməkdaşı, polis kapitanı Seymur Tağıyevin sözlərinə görə, səyyar xidmət üçün nazirliyə “Hyundai” markalı avtomobil alınıb. Avtomobil xidmət sahələrinə uyğun olaraq səyyar xidmətin göstərilməsi üçün kompüter, POS-terminal, fotoaparat, elektron məsafəölçən və digər avadanlıqlarla təchiz edilib. Səyyar xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, ov silahlarının qeydiyyata alınması üzrə hüquqi xidmətlər göstərilir. Avtomobildə quraşdırılan müasir avadanlıqlar ümumvətəndaş pasportlarının, şəxsiyyət və sürücülük vəsiqələrinin yerlərdə vətəndaşlara verilməsinə imkan yaradıb.

2015-ci il ərzində səyyar xidmətə 6320 müraciət olub. Onlardan 5123-ü şəxsiyyət vəsiqəsi, 1155-i sürücülük vəsiqəsi, 29-u ümumvətəndaş pasportu, 2-si ov silahlarının qeydə alınması, 11-i məhkumluq arayışı almaq üçün mü­raciətlərdir.
Xidmət 2016-cı ili də uğurla başa çatdırıb. Belə ki, bəhs olunan dövrdə səyyar xidmətə 6062 müraciət edilib. Onlardan 4627-si şəxsiyyət vəsiqəsi, 1386-sı sürücülük vəsiqəsi, 5-i ümumvətəndaş pasportu, 44-ü məhkumluq arayışı almaq üçün olunan müraciətlərdir.
Səyyar xidmət 2017-ci ilin ötən 6 ayı ərzində 2 dəfə Şərur, Sədərək, Ordubad, Culfa, Babək, Şahbuz və Kəngərli rayonlarında olub. Üçüncü dəfədir ki, xidmət muxtar respublikanın rayonlarında fəaliyyətini davam etdirir. Bu dövrdə xidmətə 2676 müraciət edilib. Onlardan 1971-i şəxsiyyət vəsiqəsi, 688-i sürücülük vəsiqəsi, 16-sı məhkumluq arayışı, 1-i ümumvətəndaş pasportu almaq üçün olunan müraciətlərdir.
Səyyar xidmət dünən Babək rayonunun Payız kəndində olub.

 Muxtar MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3415423
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2994
13196
91044
332036
3415423

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter