23 Noyabr 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Ötən ayın mənzərəsini məhz belə ifadə etmək olar


Heç kəsə sirr deyil ki, hər bir ölkənin, məkanın xoşbəxt gələcəyini bu gün həyata keçirilən praqmatik siyasət müəyyənləşdirir. Çünki yalnız belə idarəetmə məsələlərə konstruktiv yanaşmanı təmin edərək, siyasi və iqtisadi gələcəyimizi uğurlu şəkildə modelləşdirə bilər.

Bu baxımdan Naxçıvan Muxtar Respublikasında reallaşdırılan, keçmişimiz, bu günümüz və gələcəyimiz arasında bütövlük yaradan inkişaf strategiyası xüsusilə diqqəti cəlb edir. Muxtar respublikada həyata keçirilən islahatlar bu gün bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb, ötən illər ərzində makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılıb. Əldə olunan nəticələr seçilən düzgün siyasi xəttin bəhrəsi olmaqla yanaşı, həm də rəhbər faktorunun real siyasi fəaliyyətdə təsdiqidir. Bu gün ulu öndər Heydər Əliyevin ideyalarına sadiqlik əsasında həyata keçirilən islahatlar Naxçıvanın gələcək inkişafına təminat verir. Bu siyasətin tərkib hissəsi kimi, gələcəyimiz olan uşaqlara göstərilən böyük diqqət və qayğı həm də kadr potensialımızın müasir dövrün tələbləri səviyyəsində formalaşmasına şərait yaradır. 

İyunun 1-də – Uşaqları Beynəlxalq Müdafiə Günündə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən festivalda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu barədə deyib: “Ulu öndərimizin Azərbaycan gənclərinə və uşaqlara böyük diqqət və qayğısının bəhrələri bu gün müstəqil dövlətimizdə aydın görünür. Bu diqqətin nəticəsidir ki, Azərbaycanda uşaq hüquqları etibarlı şəkildə qorunur. Uşaqların sağlam mühitdə böyümələri üçün bütün tədbirlər görülür. Dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan yeganə ölkədir ki, müharibə şəraitində olmasına baxmayaraq sosial sahəyə, ana və uşaq hüquqlarının qorunmasına diqqət göstərilir, dövlət proqramları qəbul edilir. Uşaqların istedadlarının üzə çıxarılması, biliklərinin artırılması dövlət orqanlarının həyata keçirməli olduğu əsas tədbirlər sırasındadır. Bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdən biri də “Ölkəmizi tanıyaq” layihəsidir”.
Bu gün respublikamızda, o cümlədən qədim diyarda reallaşdırılan dövlət uşaq siyasətinin mahiyyətini, əhəmiyyətini daha yaxşı anlamaq üçün dünyanın bəzi ölkələrində yaşayan uşaqların acınacaqlı həyat tərzinə, onların başına gətirilən faciələrə nəzər salmaq kifayətdir. Bu mənada, bugünkü mövcud sabitlik və inkişaf bizim ən böyük sərvətimiz hesab oluna bilər. Bundan gələcəyimiz olan uşaqlara da böyük pay düşür.
Bu gün muxtar respublikada uşaqların inkişafı, onların cəmiyyətin layiqli üzvü kimi yetişməsi diqqətdə saxlanılır. Ötən müddət ərzində uşaqların təhsili sahəsində mühüm işlər görülüb, şəhər, qəsəbə və kənd­lərimizdə ümumtəhsil məktəbləri istifadəyə verilib, onların maddi-texniki bazası gücləndirilib. Məktəblərimizdə informasiya texnologiyalarının son nailiyyətləri olan avadanlıqlar quraşdırılıb. Bu gün muxtar respublikada məhdud fiziki imkanlı uşaqların da təhsilə cəlb olunması və reabilitasiyası diqqət mərkəzindədir. Bu məqsədlə dövlət proqramının qəbul edilməsi və uğurlu icrası uşaqlara göstərilən dövlət qayğısının ifadəsidir.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən festivalda Ali Məclis Sədrinin təhsil, idman, musiqi, rəsm və tətbiqi sənət sahələrində nailiyyətlərinə görə fərqlənən uşaqlara hədiyyələr təqdim etməsi də gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğının növbəti nümunəsidir.
Muxtar respublikanın sosial-iqtisadi inkişafı, təbii sərvətləri, turizm potensialı, təbii şəfa ocaqları, qabaqcıl təhsil müəssisələri, regional nəqliyyat imkanları bu gün bir sıra ölkələrin diqqətini cəlb edir, onu beynəlxalq cazibə mərkəzinə çevirir. Muxtar respublikaya səfər edən nüfuzlu ölkələrin diplomatları da bu məqamları xüsusi qeyd edir, uzun illər blokada şəraitində yaşasa da, böyük inkişafa nail olan Naxçıvanda görülən işlərə heyranlıqlarını ifadə edir, muxtar respublika ilə ölkələrinin çoxşaxəli əlaqələrinin inkişafında maraqlı olduqlarını vurğulayırlar.
İyunun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Onno Kervers ilə görüşüb. Ali Məclisin Sədri Niderland Krallığının ölkəmizdəki səfirlərinin 2012-ci ildən etibarən muxtar respublikaya mütəmadi səfər etdiklərini və bunun nəticəsi olaraq Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Niderland Krallığı arasında iqtisadi-ticarət əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. Hazır­da bu əlaqələrin davam etdirildiyini bildirən Ali Məclisin Sədri kənd təsərrüfatı texnikalarının, tibbi avadanlıqların və dərman vasitələrinin alınması sahəsindəki əməkdaşlıqdan danışıb.
İyunun 14-də Ali Məclisin Sədri Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev ilə görüşüb. Qonağı salamlayan Ali Məclisin Sədri Azərbaycan və Qazaxıstan xalqlarının eyni kökə malik olduğunu və ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafına mühüm əhəmiyyət verdiyini xatırladan Ali Məclisin Sədri hər iki ölkə Prezidenti tərəfindən dostluq münasibətlərinin davam etdirildiyini bildirib.
Muxtar respublikamızda hərbi, iqtisadi, enerji, ərzaq, ekoloji, kiber və informasiya təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır, həmin istiqamətlərdə fəaliyyət göstərən dövlət qurumları öz səylərini əsirgəmirlər. Təhlükəsizliyimizin təminində xüsusi rol oynayan Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti bu gün hərtərəfli dövlət qayğısı ilə əhatə olunub, xidmətin müvafiq strukturları üçün lazımi iş şəraiti yaradılıb. Bu sahədə görülən işlərin davamı olaraq iyunun 2-də Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Təyinatlılar Şöbəsinin inzibati binası və təlim mərkəzi istifadəyə verilib.
Ali Məclisin Sədri açılış mərasimində iştirak edib, açılışı bildirən lenti kəsib, şəxsi heyəti salamlayıb, Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Təyinatlılar Şöbəsinə alınan yeni texniki avadanlıqlara baxıb.
Hər bir cəmiyyətdə milli və mənəvi dəyərlərin qorunması həmin cəmiyyətin inkişafı ilə mütləq şəkildə əlaqəlidir. Azərbaycan xalqı da tarixən öz milli, əxlaqi və mədəni dəyərləri ilə böyük inkişaf yolu keçib. Qədim Naxçıvan diyarı isə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tarixən milli və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında mühüm rol oynayıb.
İyunun 14-də keçirilən iftar mərasimində çıxış edən Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Dini dəyərlər hər bir cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlər formalaşdırır” fikrini xatırladaraq deyib: “Azərbaycan xalqı əsrlərboyu zəngin dini-mənəvi dəyərlər sistemi yaratmış, bəşər mədəniyyətinə böyük töhfələr vermişdir. Ramazan ayı da milli-mənəvi həmrəyliyin və humanizmin təntənəsini nümayiş etdirən ən ali dini dəyərimizdən biridir. Müqəddəs “Qurani-Kərim”in insanlara çatdırıldığı bu ayın ən böyük fəziləti sülhə, əmin-amanlığa və savab işlərə çağırışdır”.
Ali Məclisin Sədri müqəddəs Ramazan ayında niyyətlərin və duaların qəbul olunmasını arzulayıb.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ağciyər və Psixi Xəstəliklər dispanserlərində, Naxçıvan Muxtar Respublikası Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində, eləcə də Hərbi hospitalda müalicə alan xəstələr üçün də iftar süfrələri açılıb.
Ordu quruculuğu, onun döyüş və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində ümummilli liderimiz Heydər Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü işlər bu gün uğurla davam etdirilir. Bu gün Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrin maddi-texniki təminatı və hazırlıq səviyyəsi günün tələbləri nəzərə alınaraq gücləndirilib. Yüksək döyüş hazırlığına görə dünyanın qabaqcıl ölkələrinin ordularından heç də geri qalmayan Əlahiddə Ümumqoşun Ordu doğma yurdumuzun təhlükəsizliyinin qarantına çevrilib. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyunun 12-dən etibarən Naxçıvanda keçirilən iki ölkənin Silahlı Qüvvələrinin birgə əməliyyat taktiki təlimləri ordumuzun qüdrətini bir daha nümayiş etdirdi.
İyunun 15-də – Milli Qurtuluş Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqada komandiri, general-mayor Ərcan İlhan birgə əməliyyat taktiki təlimi izləyiblər.
Təlimə cəlb edilmiş birləşmə və hissələr qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirərək hədəf və maketlərin 90 faizindən çoxunu məhv edib və düşmən üzərində qələbə çalıblar.
Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına daxil olmuş yeni silah, texniki avadanlıqlar və pilotsuz uçuş aparatlarına baxıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov əsgər, zabit və tədbir iştirakçılarını Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin başa çatması və Azərbaycan xalqının Milli Qurtuluş bayramı münasibətilə təbrik edib. Ali Məclisin Sədri deyib: “Bu gün müstəqil Azərbaycanda ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Ölkə Prezidentinin rəhbərliyi ilə ordumuz inkişaf edərək ən müasir səviyyəyə gəlib çatmışdır. Ən yeni silah və texnika ilə təminat, vətənpərvər və peşəkar şəxsi heyət, hərbi qulluqçulara davamlı qayğı Azərbaycan Ordusunun reallıqlarıdır. Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu və birləşmələri də mühüm təşkilatlanma yolu keçərək daha da möhkəmlənmişdir”.
Ali Məclisin Sədri hərbi təlimin bütün iştirakçılarını və təşkilatçılarını tapşırıqların uğurlu icrası münasibətilə təbrik edib, şəxsi heyətlərə təşəkkürünü bildirib, təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıb.
Hər bir ölkə üçün ordu quruculuğu prosesində milli hərbi kadrların hazırlanması mühüm əhəmiyyətə malik sahə kimi daim prioritet təşkil edir. Respublikamızda bu sahəyə xüsusi önəm verilir, Vətənə, dövlətə, dövlətçiliyə sədaqətli, yüksək mənəvi-psixoloji hazırlığa malik peşəkar hərbçi kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılır. Heydər Əliyev adına Hərbi Liseyin timsalında bunu daha aydın görmək mümkündür. Muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə lisey qısa zamanda böyük inkişaf yolu keçib, burada nümunəvi hərbi tədris şəhərciyi yaradılıb, kursantların təhsili, sağlamlığı və fiziki tərbiyəsi üçün lazım olan bütün tədbirlər görülüb. Builki məzunlar da nəzərə alınmaqla ötən dövr ərzində təhsil ocağını 2353 kursant bitirib. Hazırda onlardan 1300-dən çoxu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edir. Bu, ulu öndərimizin adını daşıyan hərbi təhsil müəssisəsinin müstəqil dövlətimizdə ordu quruculuğuna mühüm töhfəsidir.
İyunun 22-də Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının 2017-ci il buraxılışı münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Ali Məclisin Sədri Heydər Əliyev adına Hərbi Lisey kursantlarının 17-ci buraxılışı – məzun günü münasibətilə liseyin kursant, zabit və müəllimlərini, valideynləri təbrik edib.
Sonra Ali Məclisin Sədri liseyin əlaçı kursantlarına attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb.
Ali Məclisin Sədri yeməkxanada olub, kursantların qidalanması ilə maraqlanıb, valideynlərlə görüşüb.

 

Reallıqdır ki, tarixdə şəxsiyyət mühüm rola malikdir. Şəxsiyyəti olmayan xalq, region heç vaxt inkişaf edə bilməz. Tarixi şəxsiyyətlərin həyatda qoyduğu iz, keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün nümunə, yaşadığı dövrün inkişaf salnaməsidir. Onların xoşbəxtliyi, səadəti Vətənə xidmətdədir. Bir Şumer dastanında belə insanlar barədə deyilir: “Onlar tarix yazmırlar ki, tarixdə qalsınlar. Onlar tarix yaradırlar ki, tarixi yaşatsınlar”. Naxçıvanın ötən illər ərzində yazılan və yaradılan tarixi də məhz belə işıqlı ideyalara söykənir. 2017-ci ilin iyun ayı da bu tarixdə özünün layiqli yerini alıb.

Rauf KƏNGƏRLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5321212
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5796
18695
60786
369418
5321212

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter