24 Sentyabr 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda əhaliyə göstərilən xidmətlərin, vətəndaşların müraciətlərinə baxılması işinin innovativ yeniliklər və müasir texnologiyalar əsasında səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Göstərilən dövlət qayğısı nəticəsində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində avtomatlaşdırılmış infrastruktur və texnoloji baza qurulub, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi nəticəsində daşınmaz ­əmlakın qeydiyyatı ilə bağlı proseslərin elektronlaşdırılması təmin edilib.
Komitədə daşınmaz əmlak və torpaq məsələləri ilə bağlı müraciətlərin operativ cavablandırılması və hüquqi yardım göstərilməsi məqsədilə 2016-cı ilin oktyabr ayından etibarən 545-77-39 nömrəli telefon vasitəsilə zənglərin qəbul edilərək cavablandırılması üçün iş otağı və mütəxəssis ayrılıb.
Komitəyə telefon müraciət xidməti vasitəsilə edilən bütün müraciətlər qeydiyyata alınır. Bu zaman müraciət edən şəxsin soyadı, adı, atasının adı, ünvanı, əlaqə nömrəsi, müraciətin qısa məzmunu, müraciətin edildiyi vaxt qeyd olunur. Müraciət edən şəxs bu məlumatları verməkdən imtina etdikdə və ya yalan məlumat verdiyi aşkar edildikdə onun müraciəti qeydiyyata alınmır, cavablandırılmır və müraciət edən şəxsə bu barədə dərhal məlumat verilir.

Telefon müraciət xidməti vasitəsilə daxil olan şifahi müraciətlərin birbaşa cavablandırılması mümkün olmadıqda, müraciət araşdırmaya qəbul edilərək sonradan cavablandırılması məqsədilə müraciət vərəqəsi tərtib edilir və ­aidiyyəti üzrə təqdim olunur.
Müraciət edən şəxsin şifahi müraciətində qaldırılan məsələ qanunla qorunan məlumatlara aid edildikdə, müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir. Müraciətin şifahi cavablandırılması mümkün olmadıqda, yazılı şəkildə təqdim edilməsi təklif olunur. Telefon müraciət xidməti vasitəsilə edilən müraciətdə qaldırılan məsələnin komitənin səlahiyyətinə aid olmadığı aşkar edilərsə, müraciət edən şəxs aidiyyəti ünvana ­istiqamətləndirilir.
Ötən dövr ərzində telefon müraciət xidməti vasitəsilə komitəyə edilən müraciətlər daha çox daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı hüquqi yardımın göstərilməsi, yerlərdə səyyar qaydada göstərilən xidmətlər, komitədə vətəndaşların qəbulu və texniki sənədlərin hazırlanması ilə bağlı ­olmuşdur.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi bundan sonra da vətəndaşların müraciət hüququnun maneəsiz həyata keçirilməsinə şəraitin yaradılması və müraciətlərin cavablandırılması zamanı qanunvericiliyin tələblərinə ciddi riayət olunması üçün səylərini artıracaq.

Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4367576
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
7077
16121
102133
355940
4367576

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter