26 Sentyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Bu günlərdə külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısının alınmasında iştirak edən dörd gömrükçü mükafatlandırılıb.
Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən tədbirdə çıxış edən komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov muxtar respublikada gömrük orqanlarının fəaliyyəti üçün yaradılan hərtərəfli şəraitdən danışıb. Qeyd olunub ki, gömrük orqanlarında ən müasir rentgen-nəzarət qurğularının və digər texniki nəzarət vasitələrinin mövcud olması, kinoloji xidmətin səmərəli təşkili, əməliyyat axtarış fəaliyyətinin genişləndirilməsi imkan verir ki, muxtar respublikamıza bütün istiqamətlərdə gələn sərnişinlərə, mal və nəqliyyat vasitələrinə gömrük baxışı dolğun şəkildə həyata keçirilə bilsin. Bu günlərdə X-Ray tipli rentgen-nəzarət qurğusunun köməyilə aşkarlanan külli miqdarda narkotik qaçaqmalçılığı faktı da dövlətimiz tərəfindən bu istiqamətdə görülən işlərin məntiqi nəticəsidir.

Narkotik qaçaqmalçılığı faktının aşkarlanmasında əməyi olan gömrükçüləri təbrik edən komitə sədri onlara “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” Azərbaycan Respublikasının yubiley medalını təqdim edib. Qeyd edək ki, gömrük orqanlarında öz vəzifələrini nümunəvi şəkildə yerinə yetirdiyinə və xidmətdə yüksək nəticələr əldə etdiklərinə görə bu medalla təltif olunan gömrükçülərə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin fəxri fərmanları da təqdim edilib.
Xatırladaq ki, külli miqdarda narkotik qaçaqmalçılığı faktı iyun ayının 18-də Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Şahtaxtı gömrük sərhəd-keçid məntəqəsində qeydə alınıb. Belə ki, 1967-ci il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı Cəlal Böyükaslanın idarə etdiyi 07 MCK 92 dövlət nömrə nişanlı “Volvo” markalı yük maşınına gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsində 180 bükümdə qablaşdırılaraq gizlədilmiş, ümumi çəkisi 93,6 kq narkotik vasitə – heroin aşkar edilərək götürülüb.
Narkotik yüklü avtonəqliyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedəcəyi müəyyən olunub. Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4404702
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
17977
13363
31340
393066
4404702

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter