24 Sentyabr 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

18 iyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü münasibətilə Naxçıvan şəhərindəki Gənclər Mərkəzində muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bilik yarışı keçirilib. Tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov açaraq Azərbaycanın dünyada müstəqil, hüquqi, demokratik dövlət kimi tanınmasının, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd olunub ki, görkəmli dövlət xadiminin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” ölkə­mizdə insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyini daha da artırıb. Bu sahəyə qayğının ifadəsi kimi ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli “Azərbaycan Respublikasında İnsan Hüquqları Gününün təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Muxtar respublikada da bununla bağlı müxtəlif tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxış edərək belə tədbirlərin gənclərin hüquqi biliklərinin artırılmasında mühüm rol oynayacağını bildiriblər.
İştirakçılar yarışın şərtləri barədə ətraflı məlumatlandırıldıqdan sonra bilik yarışmasına start verilib.
Yarışda Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun, həmçinin Naxçıvan Dövlət Texniki, Naxçıvan Tibb və Naxçıvan Musiqi kolleclərinin tələbələri iştirak ediblər. İki turdan ibarət bilik yarışında tələbələr komanda şəklində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası konstitusiyalarına, həmçinin muxtariyyətin tarixi və hüquqi aspektlərinə dair suallar üzrə biliklərini sınayıblar.
İki saata yaxın davam edən bilik yarışında ali təhsil müəssisələri tələbələri arasında Naxçıvan Dövlət Universitetinin “İstiqlal” komandası birinci, “Naxçıvan” Universitetinin “Vətən” komandası ikinci, Naxçıvan Müəllimlər İnstitutunun “Möminə xatın” komandası isə üçüncü yerə layiq görülüblər.
Orta ixtisas təhsili müəssisələri tələbələri arasında isə Naxçıvan Tibb Kollecinin “Loğman” komandası birinci, Naxçıvan Dövlət Texniki Kollecinin “Əlincə” komandası ikinci, Naxçıvan Musiqi Kollecinin “Buta” komandası üçüncü yeri tutublar.
Sonda qalib gəlmiş və fərqlənən komandalar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun diplomları və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəxri fərmanları ilə təltif olunublar.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4367337
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
6838
16121
101894
355701
4367337

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter