24 Avqust 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

  

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Xəbər verdiyimiz kimi, Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev iyunun 14-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. İki gün davam edən səfəri çərçivəsində səfir muxtar respublikanın istehsal və təhsil müəssisələri ilə tanış olub.
Diplomat əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib. Burada qonağa məlumat verilib ki, muzeyin fondunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 4 min 600-dən çox eksponat toplanıb. Ulu öndər tərəfindən qəbul edilən qərar və sərəncamlar, imzalanan protokol və müqavilələr, ümummilli liderə göndərilmiş məktub və teleqramlar mənalı ömür yolunun müxtəlif anlarını özündə əks etdirməklə, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə də dolğun təsəvvür yaradır.
Naxçıvan Biznes Mərkəzinə gələn Beybit İsabayevə bildirilib ki, burada muxtar respublikanın 96 istehsal və xidmət müəssisəsi tərəfindən istehsal edilən məhsullar nümayiş olunur. Bu gün muxtar respublikada 367 növdə məhsul istehsal edilir. Bu məhsulların 121 növü ərzaq, 246 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə daxili imkanlar hesabına ödənilir. Bütün bunlar – iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi özəl sekto­run inkişaf etməsinə yaradılan şəraitin bəhrəsidir.

Sərgidə 900-dən çox müxtəlif adda məhsul nümayiş etdirilir. Muxtar respublikamızdakı iri özəl sektor təmsilçiləri ilə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının məhsulları da burada öz yerini tutmuşdur.
Milli dəyərlərimizin mühüm nümunələri olan xalçaçılıq, dekorativ-tətbiqi sənət, dulusçuluq, rəssamlıq və ağac üzərində oyma işləri səfirin diqqətini cəlb edib. Bildirilib ki, mərkəzin nəzdində xalq yaradıcı­lığı emalatxanası və iki satış mağazası fəaliyyət göstərir.
Qazaxıstanlı səfir Beybit İsabayev Naxçıvan Dövlət Universitetində də olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb, universitetin strukturu, maddi-texniki bazası, professor-müəllim heyəti, ali təhsil ocağındakı mövcud fakültə və ixtisaslar haqqında ətraflı məlumat verib.
Rektor qeyd edib ki, dünyanın 50-dən artıq ölkəsinin 80-dən çox universiteti ilə beynəlxalq əməkdaşlığa malik olan, bir sıra beynəlxalq layihələrdə uğurla təmsil olunan ali təhsil ocağında dünya universitetləri ilə virtual əməkdaşlıq, beynəlxalq videokonfranslarda iştirak etmək üçün də geniş imkanlar var. Tələbə mobilliyinin inkişafı nəticəsində bu ali məktəbin bakalavr və doktorantları öz təhsillərini Türkiyə, İspaniya, Fransa, Cənubi Koreya, Rusiya, Rumıniya və digər Avropa ölkələrinin ali məktəblərində uğurla davam etdirirlər.
İyunun 15-də Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.
Diplomat “Şərq qapısı” qəzetinə müsahibəsində səfər təəssüratları barədə danışaraq deyib:
– Bu, mənim Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri kimi Naxçıvan Muxtar Respublikasına ilk səfərimdir. Naxçıvan şəhərinin təmizliyi, gözəlliyi, insanların gülərüz və qonaqpərvərliyi məni valeh etdi. Burada bir sıra yüksək səviyyəli görüşlər keçirdim. Naxçıvanın iqtisadiyyatı, eləcə də kənd təsərrüfatının yüksək inkişafı haqqında ətraflı məlumat aldım. Sözün açığı, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikada olan istehsal sahələri, fabrik və zavodların mövcudluğu, enerji idxalatçısından ixracatçısına çevrildiyini, Naxçıvanın hərtərəfli inkişafını görmək dost və qardaş ölkənin nümayəndəsi kimi məni çox sevindirdi.
Bu gün Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər yüksək səviyyədədir. Düşünürəm ki, Qazaxıstanla Naxçıvan Muxtar Respublikası arasında bir çox sahələrdə, o cümlədən iqtisadiyyat və təhsil sahəsində uğurlu əməkdaşlıq əlaqələri qurulmalıdır. Bu əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3898220
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11849
17653
60142
352437
3898220

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter