26 Sentyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında Milli Qurtuluş Günü münasibətilə keçirilən elmi-praktik konfransı giriş sözü ilə partiyanın rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev açaraq qeyd edib ki, dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli liderimiz Heydər Əliyev bütün həyatını canından çox sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr edib. Böyük öndər xalqımıza həm də zəngin maddi və mənəvi dəyərləri olan, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətini əmanət edib. Qədirbilən xalqımız Onun Azərbaycanın xoşbəxt gələcəyi naminə gördüyü işləri heç vaxt unutmayacaqdır.
Tədbirdə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı idarə heyətinin üzvü Ünbülbanu Musayeva, rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru İmran Əliyev, partiya fəalı Sevda Seyidova çıxış edərək bildiriblər ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra siyasi müdrikliyi, polad iradəsi və yüksək səviyyədə idarəetmə bacarığı sayəsində qarşıya çıxan bütün maneələri dəf edib,

Azərbaycan xalqını bəlalardan qurtarıb. Dahi şəxsiyyət müasir dünyanın ziddiyyətli və ədalətsiz reallıqlarına dərindən bələd olan bir siyasi xadim kimi, ilk növbədə, beynəlxalq müstəvidə əlaqələrin qurulmasına, beləliklə də, dünya dövlətlərinin diqqətini təbii ehtiyatlarla zəngin olan Azərbaycana yönəldə bilib. Onun hakimiyyətə gəlişi ilə Azərbaycanda yeni bir tarixi mərhələnin əsası qoyulub: ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, ictimai münasibətlər sistemi təkmil bir strategiya əsasında inkişaf edib, iqtisadi tənəzzülə son qoyulub, strateji inkişaf xətti müəyyənləşdirilib. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin sosial­-iqtisadi dayaqlarını möhkəmləndirib və respublikanın ümumi inkişafını təmin edib.
Çıxışlarda vurğulanıb ki, bugünkü müstəqil, güclü Azərbaycan dövləti Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin yadigarıdır. Bu böyük şəxsiyyətin ölkə­mizin qüdrətlənməsinə, xalqımızın rifah halının daha da yaxşılaşdırılmasına yönəlmiş siyasəti bu gün dövlət başçımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.

Elman MƏMMƏDOV

*  *  *

Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan başlanan yol” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov bildirib ki, ziddiyyətli ictimai-siyasi proseslərə biganə qalmayan ulu öndər Heydər Əliyev hələ Naxçıvanda fəaliyyət göstərdiyi müddətdə əsl vətənpərvərlik, liderlik qabiliyyəti ilə dövlət müstəqilliyinin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak edirdi. Respublikamızda geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyəti, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə atıldı. 1993-cü ilin iyununda – son dərəcə mürəkkəb bir dövrdə xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev ictimai-siyasi sabitliyi təmin etməklə, vətəndaş qarşıdurmasını aradan qaldırmaqla, respublikanı parçalanmaq təhlükəsindən hifz etməklə, sözün əsl mənasında, milli qurtuluşu təmin etdi. 15 iyun günü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Arif Qasımov vurğulayıb ki, ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ölkəmizin çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olub. Məhz bu qayıdış sayəsində Azərbaycan üçün çoxdan hazırlanan məkrli planların qarşısına möhkəm sipər çəkildi, siyasi varlığımıza doğru uzanan xain əllər kəsildi, dövlətimizin müstəqilliyi əbədi, dönməz, sarsılmaz oldu. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində bütün problemlər aradan qaldırıldı, müstəqil Azərbaycan inkişaf etdi, möhkəmləndi və demokratik, dünyəvi bir dövlətə çevrildi. Təşkilatın sədri ümummilli liderin siyasi kursunun bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirildiyini, bu siyasətin xalqımıza parlaq, firavan gələcək bəxş etdiyini bildirib.
Tədbirdə çıxış edən partiya fəalları ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıblar.
Sonda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub, rayon məktəbliləri tərəfindən Milli Qurtuluş Gününə həsr edilən şeirlər bədii qiraət edilib.

Sərxan İSMAYILOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4399043
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
12318
13363
25681
387407
4399043

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter