18 Avqust 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan Müəllimlər İnstitutunda keçirilən tədbiri giriş sözü ilə institutun rektoru, AMEA-nın müxbir üzvü Oruc Həsənli açıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2016-cı il 17 mart tarixli Sərəncamı ilə yüksək poliqrafik səviyyədə nəşr olunan atlas böyük əhəmiyyətə malikdir. Yeni nəşrdə muxtar respublikamızın ərazisində gözlənilə bilən təbii, texnogen səciyyəli fövqəladə hallar, aqroiqlim təhlükələri və sosial-bioloji risklər haqqında elmi məlumatlar verilib. Atlas həm də normativ-metodik və tənzimləmə funksiyasına malikdir.
Müzakirədə Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın redaksiya heyəti sədrinin müavini Şamı Abdullayev çıxış edərək bildirib ki, atlasın hazırlanması zamanı əhalinin mülki müdafiəsi, ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan Respublikasının qanunvericilik aktlarına, qüvvədə olan nizamnamələrə və təlimatlara istinad edilib. Yeni nəşr təbii fəlakətlərin, qəza və faciələrin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, əhalinin və işçilərin fövqəladə hallardan qorunmasına öz töhfəsini verəcək.

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri, “Naxçıvan Muxtar Respublikası fövqəladə hallar atlası”nın redaksiya heyətinin üzvü Hafiz Yaqubov diqqətə çatdırıb ki, atlasın nəşri təbii resurslardan səmərəli istifadə, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, o cümlədən qaz kəmərlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin həll edilməsi məqsədi daşıyır. Yeni nəşrdə dərc olunan materiallardan müxtəlif təbii fəlakətlərin, texnogen qəzaların qarşısının alınması, nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin praktik olaraq planlaşdırılması və həyata keçirilməsində istifadə edilə bilər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov, Naxçıvan Müəllimlər İnstitutunun fövqəladə hallar komissiyasının sədri Yaqub Məmmədov, Naxçıvan Müəllimlər İnstitutunun hərbi rəhbəri və mülki müdafiə üzrə baş müəllimi Əvəz İsmayılov çıxış ediblər.

Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3809879
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14554
14451
73991
264096
3809879

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter