23 Noyabr 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Ermənilər tarixboyu Azərbaycanın dilbər guşələrindən olan Laçını “Qarabağın qara qapısı” adlandırıblar. Onlar heç xəyallarına gətirə bilməzdilər ki, nə vaxtsa bu yerlərin əhalisini dədə-baba torpaqlarından didərgin sala biləcəklər. Çünki hələ 1905-ci, 1918-1920-ci illərdə Xosrov və Sultan bəy qardaşlarının rəhbərliyi altında bu yurdun qəhrəman oğulları Qarabağda, Laçında erməni təcavüzkarlarına ağır zərbələr vurub, xüsusi qəhrəmanlıqlar göstərib, uzun müddət ermənilərin çirkin niyyətlərinin həyata keçirilməsinin qarşısını alıblar. Ona görə də bu rayon həmişə ermənilərin yaddaşında qorxulu və sehrli məkan kimi qalıb. Düz 25  il əvvəl bu gün – 1992-ci il may ayının 18-də Laçının ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin növbəti qurbanına çevrilməsi həmin dövrdə hakimiyyətdə olanların səriştəsizliyi və xəyanətkarlığı üzündən baş verib. Laçın Azərbaycanda siyasi böhranın, hakimiyyətsizliyin, AXC-Müsavat cütlüyünün vəzifə hərisliyinin qurbanı olub.

 Ermənistan silahlı qüvvələri Laçın rayonunun bir şəhərini, bir qəsəbəsini, 125 kəndini, 1835 kvadratkilometrlik ərazisini işğal edib. Bu qəsbkarlıq nəticəsində rayon ərazisindəki 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələrimiz erməni vandalizminə məruz qalaraq dağıdılıb. 13 min 745 yaşayış evi, 48 sə­naye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat müəssisəsi və digər obyektlər bütün əmlakı ilə birlikdə talan və məhv edilib. 72 min hektarlıq yaylaq sahəsi, 34 min hektar nadir və zəngin meşə zolağı olan Laçın rayonunda ictimai və şəxsi təsərrüfatlardakı 25 min baş iribuynuzlu heyvan və 200 min başdan artıq davar, minlərlə arı ailəsi, əhalinin bütün varidatı işğal zonasında qalaraq qarət edilib. Müxtəlif rəngli mərmər, kobalt, bazalt, civə, qızıl, dəmir, uran, qranit yataqları, mineral bulaqlar, yeraltı və yerüstü sərvətlərimiz bu gün də dünya ictimaiyyətinin gözü qarşısında talan edilir. Bütövlükdə, odövrkü qiymətlərlə rayona dəymiş ziyanın miqdarı 7 milyard ABŞ dollarından çoxdur. Bu rəqəm ötən 25 il ərzində ikiyə qatlanıb. Çünki Laçının iqtisadi və turizm potensialı çox yüksəkdir. 

Təbii ki, bu itkilərimiz içərisində ən ağırı və əvəzolunmazı işğal zamanı rayon sakinlərindən 238 nəfərin ermənilər tərəfindən ağır işgəncələrə və insanlığa yaraşmayan üsullarla öldürülməsi, 66 nəfərin itkin düşməsi, 120 nəfərin əlil və şikəst olması, yüzlərlə uşağın bir valideynini, o cümlədən 31 uşağın isə hər iki valideynini itirməsidir. Ancaq hadisələrdən 25 il ötməsinə baxmayaraq, itkin düşmüş və girov götürülmüş 66 nəfərin taleyi bu gün də məlum deyil.
İşğal nəticəsində 58 mindən çox rayon sakini respublikanın 59 rayon və şəhərində 800-dən çox yaşayış məntəqəsinə səpələnib. Həmin illərdə ev-eşiklərini itirmiş məcburi köçkünlər yeraltı qazma, daxma, çadır və vaqonlarda, yararsız binalarda ağır vəziyyətdə yaşamağa düçar olublar.

Böyük xilaskar gəlməsəydi...

Bu gün hər kəs qəbul edir ki, əgər ümummilli lider Heydər Əliyev həmin illərdə hakimiyyətdə olsaydı, Laçın da digər rayonlarımız kimi erməni işğalına məruz qalmazdı. Bu da həqiqətdir ki, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyev xalqımızın çağırışı ilə yenidən hakimiyyətə gəlməsəydi, Azərbaycan adlı dövlət dünya xəritəsindən silinəcək, nəinki laçınlılar, hətta respublika əhalisinin böyük bir qismi yurdsuz-yuvasızlar kimi qonşu ölkələrə səpələnəcəkdilər. Bu gün Azərbaycanın dövlət müstəqilliyindən, Azərbaycan xalqının varlığından da danışmaq mümkün olmayacaqdı. Çünki həmin illərdə ölkəmiz məqsədli şəkildə elə bir informasiya blokadasına salınmışdı ki, bəzən burada baş verən hər hansı bir hadisənin dünyaya çatdırılması imkanları, demək olar ki, yox dərəcəsində idi. Dünyanın məsələyə biganə münasibətini də nəzərə alsaq, onda hansı dəhşətli bir aqibətdən xilas olunduğumuzu daha aydın şəkildə təsəvvür edə bilərik.
Ümummilli liderimiz hakimiyyətə gələndən sonra bütün bunlara son qoyub. Həyata keçirilən qətiyyətli siyasət nəticəsində informasiya blokadası aradan qaldırılıb, qüdrətli ordu yaradılıb, müstəqilliyimiz, varlığımız xilas edilib. Ötən 25 ildə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdikləri bir sıra tədbirlər yurdlarından didərgin düşmüş laçınlıların problemlərinin həllinə şərait yaradıb.

Laçın tarixi Azərbaycan torpağıdır

Tarixçilərin ümumi qənaəti belədir ki, qədim Azərbaycan yurdu olan Laçında məskunlaşmanın tarixi eramızdan əvvəl II-I minillikdən başlayır. Laçın rayonunun Mirik kəndi ərazisindəki Qaranlıq kaha, Bayqara mağaraları, Hoçaz kəndindəki mağara-məbəd bu qədim tarixin nişanələridir.
Maraqlı məqam ondan ibarətdir ki, Qobustan və Gəmiqayadan sonra məhz Laçın ərazisində qədim qaya təsvirləri, daş üzərində süjet xarakterli oymalar aşkara çıxarılıb. Bütün bunlar isə, təbii ki, protoazərbaycanlıların qədim mədəni inkişafının müxtəlif bölgələrimizdə meydana çıxan ortaq təzahürləridir.
Rayon ərazisindəki IX əsrə aid Ağoğlan qəsri, XI əsrə aid Dəmrovlu Pir Məbədi, XII əsrin abidəsi olan Malik-Əjdər türbəsi, XV əsrin yadigarı Uşaq qalası, XVII əsrin nişanələrini saxlayan Kar günbəz, orta əsrlərin yadigarları olan birtağlı və ikitağlı körpülər, su dəyirmanları və sair kimi tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir.
Çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon kimi təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olmuş bu ərazinin ilk adı türk “Abdal” tayfasının adından götürülüb. 1924-cü ilə qədər indiki Laçın rayonu məhz “Abdallar” adlanıb. Bu ad “Ağ Hun” tayfasının adını əks etdirir. Əsasında “Abdal” tayfasının adı olan etnotoponimlərə başqırdlarda, qaraqalpaqlarda, qazaxlarda və türkmənlərdə rast gəlinir. Hələ VI əsrdə suriyalı tarixçi Zaxari Ritor Şimali Qafqazda Hun əyalətində yaşayan müxtəlif tayfalar arasında türkdilli “Abdal” tayfasının da adını çəkib, alban tarixçisi Musa Kalankatlı Albaniyada yaşayan “Abdal” tayfasının adını qeyd edib. “Abdal” adına ölkəmizin digər əraziləri ilə yanaşı, Ordubad rayonu ərazisində də rast gəlinir.
1924-cü ildən şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzinə çevrilib. Şəhərin adı görkəmli Azərbaycan yazıçısı Tağı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılıb. “Laçın” sözü “məğrurluq” mənasını bildirir.
Tarixçilər onu da vurğulayırlar ki, ermənilərin bu ərazidə məskunlaşması 1828-ci il Rusiya-İran müharibəsindən sonraya təsadüf edir. Həmin ildən Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlanılıb. O zaman bu torpaqlara səfil, ac-yalavac gələn ermənilər 1905-1907 və 1918-1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində türk-müsəlman əhaliyə qarşı qanlı qırğınlar törədib və nəticədə, təxminən, yarım milyon müsəlman həlak olub.
Hələ sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi zaman ermənilərin Qarabağ ərazilərinə əsassız iddialarını bilən, bu əzəli Azərbaycan torpaqlarının inkişafına və tərəqqisinə çalışan ulu öndər Heydər Əliyev Laçın haqqında 1971-ci ildə dağ rayonlarının iqtisadiyyatını yüksəltmək üçün qərar qəbul edib, qısa zaman kəsiyində Laçının sürətli inkişafına nail olunub. İstər iqtisadi cəhətdən, istərsə də abadlıq-qu­ruculuq sahəsində dağ rayonları sırasında o zaman Laçın birinci yerdə dururdu.

Şanlı Azərbaycan bayrağının Laçında dalğalanacağı gün uzaqda deyil

Azərbaycanın, azərbaycanlıların bir xalq kimi tarixdə yaşamasının əsas səbəblərindən biri də bu torpağın övladlarının həmişə Vətənə bağlı olması, Vətən uğrunda mübarizəni davam etdirməsidir. Mutant canlılara bənzəyən ermənilər anlamalıdırlar ki, vətənpərvər azərbaycanlılar Laçının işğalı faktı ilə heç vaxt barışmayacaq, bu diyarın düşməndən azad edilməsi üçün tarixi missiyanı yerinə yetirəcəklər. Çünki Laçın millət fədailəri üçün böyük əhəmiyyət kəsb edən strateji yurd yerimizdir və məqamında həmin yurdun həqiqi sahiblərinə qaytarılması üçün bütün imkanlar səfərbər ediləcəkdir.
Bu gün münaqişənin nizama salınması prosesində Azərbaycan Prezidenti İlham Əliyev humanizm prinsiplərini üstün tutaraq, ilk növbədə, münaqişənin sülh yolu ilə həllinə çalışır. Lakin ölkə başçısı Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını dəfələrlə bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün bütün vasitələrdən istifadə olunacağını da qətiyyətlə vurğulayır. Ordumuzun ötən ilin aprel ayında qazandığı böyük zəfər düşmən tapdağı altındakı torpaqlarımızın azad olunacağına inamı daha da artırıb. Biz əminik ki, Azərbaycan Ordusunun Cocuq Mərcanlıdan başlayan zəfər yürüşü çox yaxın zamanda Laçın şəhərini də əhatə edəcəkdir.

 Rauf KƏNGƏRLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5319860
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4444
18695
59434
368066
5319860

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter