18 Avqust 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Keçmişə qısa ekskurs

Müstəqilliyimizin ən çiçəkli, ən əlvan dövrünü yaşadığımız bu günlərdə haqqında danışacağımız yaşayış yeri təkcə Kəngərli rayonunun deyil, həm də muxtar respublikamızın ən qədim yaşayış məskənlərindən biri olan Şahtaxtı kəndidir. Bu kəndlə bağlı istər muxtar respublika, istərsə də ölkə miqyasında fəaliyyət göstərən mətbuat orqanlarında, tarixi-elmi mənbələrdə xeyli məlumat verilib. Əvvəllər “Qarahasar” adlanan bu qədim yurd yerində aparılan arxeoloji qazıntıların nəticələrinə əsasən belə elmi qənaətə gəlinib ki, bu ərazidə eramızdan əvvəl VI-IV minilliklərdə yaşayış olub, eradan əvvəl II min­illikdə isə ətrafı qala divarları ilə əhatə edilən bir yaşayış yerinə çevrilib. Bu, belə deməyə əsas verir ki, o dövrlərdə Şahtaxtı kəndi Cənubi Qafqazda strateji əhəmiyyətə malik bir bölgə olub və daim ciddi şəkildə qorunması böyük əhəmiyyət daşıyıb. Bunu ətrafının qala divarları ilə qorunması faktları da təsdiq edir ki, Qarahasar, yəni Şahtaxtı nə qədər böyük tarixi keçmişə, əlverişli mövqeyə malik olub. Qala divarlarının rayonun Qarabağlar kəndinə qədər uzandığı haqda məlumatlar var. Bu da Qarahasar və Qarabağların bir-birindən ayrı yaşayış yeri olduğu yox, vahid bir yaşayış yeri ola biləcəyi qənaətini yaradır. Qeyd etmək lazımdır ki, XVII əsrdə yaşamış görkəmli türk səyyahı Övliya Çələbi bu ərazilərdə 50 minə yaxın əhalinin yaşaması haqda məlumat verib. Bütün bunlar buranın qədim Azərbaycanın mədəni mərkəzlərindən biri olduğunu sübut edir.

Qarahasarla bağlı digər maraqlı bir nüans isə bu ərazinin sonralar “Şahtaxtı” adlanmasıdır. Tarixi qaynaqlarda bununla bağlı müxtəlif məlumatlar da var. Bu məsələnin aydınlaşdırılması üçün bir sıra elmi araşdırmalar aparılmaqdadır. Eyni zamanda xalq arasında müxtəlif rəvayətlər də mövcuddur. Bu qədim yaşayış yerinin Şahtaxtı adlandırılmasının tarixini 1501-ci ildə Şah İsmayıl Xətainin Şərur döyüşündən sonra bu ərazilərdə bir müddət qalması ilə əlaqələndirənlər var. Amma şahla bağlı olan “Şah bağı”, “Şah arxı” kimi toponimlər ərazidə daim məskunlaşan bir şahın olduğunu təsdiqləyən faktlardır. Bu yurd yerinin Şahtaxtı adlandırılması ilə bağlı ən əsaslı fikirlərin müəllifi rus hərbi tədqiqatçısı Konstantin Nikolayeviç Smirnovdur.

Müasir Şahtaxtı...

Şahtaxtı kəndi müstəqillik illərində, sözün həqiqi mənasında, əsl intibah dövrü yaşamaqdadır. Müstəqilliyimizin quruculuq töhfələrindən bu kənd də xeyli bəhrələnib.
Muxtar respublikamızın əksər kənd yaşayış məntəqələrində olduğu kimi, Şahtaxtı kəndində də kompleks quruculuq tədbirləri həyata keçirilib. 2010-cu ilin dekabr ayında bu yaşayış məntəqəsində yeni sosial obyektlər – kənd mərkəzi, həkim ambu­latoriyası, ticarət mərkəzi tikilib, Qıvraq qəsəbəsi ilə kəndi, eyni zamanda Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsini birləşdirən 5 kilometr uzunluğunda yol yenidən qurularaq istifadəyə verilib. Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Şahtaxtı dünyada məşhur Azərbaycan kənd­lərindən biri kimi tanınır. Bu kənd ona görə tanınır ki, böyük şəxsiyyətlər yetişdirib. Həmin şəxsiyyətlərin Azərbaycan dövlətçiliyinin qorunmasındakı xidmətləri, muxtar respublikamızın ictimai-siyasi həyatında yaxından iştirakı, ölkəmizdən kənarda siyasi fəaliyyətləri Şahtaxtını məşhurlaşdırıb. Onların bir hissəsi Şahtaxtinskilər soyadını daşıyır. Ona görə də Şahtaxtı kəndinin abadlaşdırılması, onun əvvəlki şöhrətinə uyğun görkəm alması üçün müəyyən tədbirlər görülüb... Dövlət belə tədbirləri həyata keçirməklə kənd sakinlərinə problemlərini vaxtında həll etmək üçün şərait yaradıb, onlara qayğı göstərib. Şahtaxtı kəndində yaşayanlar bu qayğıdan səmərəli istifadə edərək həyat səviyyələrini yaxşılaşdırmaq üçün fəal olmalıdırlar”.
Bu gün kənddə iqtisadiyyat inkişaf etdirilir, əhalinin rifah halı gündən-günə yaxşılaşır. Əkinçilik Şahtaxtıda kənd sakinlərinin əsas məşğuliyyət sahəsinə çevrilib. Əkin sahələrinin su təminatı problemi Arpaçay sol sahil kanalı və Araz çayı üzərində quraşdırılmış su nasosları vasitəsilə həll edilib. Muxtar respublikamızda meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi ilə bağlı müvafiq dövlət proqramının icrasına uyğun olaraq yaşayış məntəqəsində yeni meyvə bağları salınıb. Heyvandarlığın inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılır. Sosial problemlərin həll edilməsində də müsbət nəticələr əldə olunub. Kənd sakinlərinin içməli su, qaz, elektrik enerjisi ilə təminatında heç bir çətinlik olmadığı kimi, rabitə xidmətindən də razılıq edilir. Kənddə əhalinin yaşayış səviyyəsinin yüksəlməsi yeni minik avtomobillərinin sayının artmasında, fərdi evlərin tikintisində özünü bir daha büruzə verir.
Bəli, Şahtaxtı kəndi muxtar respublikamızın qədim və maraqlı tarixə, mühüm strateji əraziyə malik yurd yerlərindən biridir. Yüz illər boyu karvan ticarətinə şahidlik etmiş, mədəni və iqtisadi əlaqələrin inkişafına böyük töhfə vermiş bu kənd tarixi missiyasını bu gün də uğurla davam etdirir. Fərqli olan isə bu tarixilik üzərində müasirliyin təntənəsidir.
Ancaq bu inkişaf heç də asan başa gəlməyib. Müstəqilliyimizin ilk illərində bir çox yaşayış yeri kimi, bu kənddə də əhali acınacaqlı vəziyyətdə yaşayıb və ağır günlər keçirib, bəziləri müxtəlif yerlərə köç edib. Bu günləri yaxşı xatırlayan kənd sakinlərindən biri də İbrahim İmanovdur. Şahtaxtının sayılıb-­seçilən ağsaqqallarından biri olan İbrahim İmanov uzun illər Şahtaxtı kənd tam orta məktəbində müəllimlik edib. Hazırda təqaüddədir. Onunla həmin dövr barədə xeyli söhbət etdik:
– İbrahim müəllim, bu günün Şahtaxtı kəndi ilə 90-cı illərin əvvəllərini müqayisə etmək olarmı?
– Xeyr, 90-cı illərin əvvəllərində çox ağır həyat tərzi keçirirdik. Kənddə aclıq hökm sürürdü. Hakim dairələrin özbaşınalığı bu kənddən də yan keçməmişdi. Mən o dövrdə məktəbdə müəllim işləyirdim. Təhsilə maraq azalmışdı, şagirdlər dərslik tapa bilmirdilər. Bir dərslikdən 3-4 nəfər istifadə edirdi. Dərsliklər indiki kimi dövlət tərəfindən pulsuz verilmirdi. Gərək pulla alaydın. Onu da tapa bilsəydin. Qış aylarında isə şagirdlərin böyük bir hissəsi məktəbə gəlmir, dərslərdə iştirak etmirdi. Çünki ­siniflər çox soyuq olurdu. Neft sobalarının tüstüsü dərs keçməyi çox çətinləşdirirdi. Müəllimlərin əməkhaqları çox aşağı idi. Aldığımız məvacib ailəmizin biraylıq ərzağını almağa belə, yetmirdi, digər ehtiyaclar qalsın bir tərəfə.
İbrahim müəllim söyləyir ki, bu yaxınlarda yolum məktəbə düşmüşdü. Mənim üçün doğma olan bu ünvana tez-tez gedirəm. Bu dəfə nəvəmin dərsləri ilə maraqlanmaq üçün getmişdim. Məktəbdə gördüklərim məni həddindən artıq heyrətləndirdi. İndiki dövrdə məktəbdə işləmədiyim üçün çox təəssüflənirəm. Yeni təmir olunmuş məktəb şahtaxtlılara dövlətimizin böyük qayğısının ifadəsidir. Burada müasir informasiya-kommunikasiya sistemləri quraşdırılıb, elektron lövhəli siniflər, gözəl kabinələr, laboratoriyalar yaradılıb. Vallah, əksəriyyətimizin evində məktəbdə quraşdırılmış istilik sistemi kimi sistem yoxdur. Dövlətimizin təhsil sahəsinə bu qədər diqqət və qayğısı məni çox duyğulandırır. Müəllimlərin də əməkhaqları bir neçə dəfə artırılıb, sosial təminatları yaxşılaşdırılıb.
Doğrudan da, bu gün Şahtaxtı kəndində görülən işlər göz oxşayır. Əvvəllər mövcud olan köhnə tikililəri indi yeni təmirli məktəb binası, gözəl kənd mərkəzi, sakinlərə tibbi xidmət göstərən həkim ambulatoriyası, xidmət mərkəzi əvəz edib. Kənd əhalisi məişət tələbatlarını ödəmək üçün artıq rayon mərkəzinə, Naxçıvan və Şərur şəhərlərinə getməyə ehtiyac duymur. Görülən işlər, sadəcə, bununla bitmir. Kəndin içərilərinə doğru getdikcə buradakı dəyişiklikləri də görmək mümkündür. Hər yer səliqə-sahmanlıdır. Bunu görəndə əvvəllər hər addımbaşı rast gəldiyimiz xoşagəlməz mənzərələr bir anlığa göz önündə canlanır. Demək olar ki, kənd sakinlərinin rahatlığı üçün hər bir iş görülüb. Kənddə əhalinin su ehtiyacının qarşılanması üçün bu yaxınlarda 40 mənzili içməli su ilə təmin edə biləcək su xəttinin çəkilməsini qeyd etmək yerinə düşər. Əvvəllər buradan köçüb gedənlər artıq geri qayıdırlar.

Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən biridir. Onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamız isə bu inkişafın önündə gedir. Ən ucqar yaşayış yerlərimiz belə, çiçəklənir, gözəlləşir. Daimi iş yerləri açılır. Fərdi təsərrüfatla məşğul olanlara qayğı göstərilir. Dövlətimizin həyata keçirdiyi uğurlu siyasətin nəticələrini Şahtaxtıda da görmək olar. Artıq hər bir Şahtaxtı sakini gələcəyə inamla baxa bilir.

Anar QASIMOV
Akademik Zərifə Əliyeva adına
Şahtaxtı kənd tam orta məktəbinin müəllimi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3809902
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14577
14451
74014
264119
3809902

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter