23 Noyabr 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Şərur rayonu

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonuna yüksək qiymət verərək deyib: “Mən arzu edirəm ki, siz gələcəkdə öz işlərinizi daha da yaxşılaşdırasınız. Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar, sizlər varsınız. Arzu edirəm ki, buranı daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatınızı daha da inkişaf etdirəsiniz”.
Ulu öndər Azərbaycanda hakimiyyətdə olduğu illərdə Şərurun da inkişafına böyük diqqət yetirir, burada məqsədyönlü quruculuq tədbirlərinin həyata keçirilməsini, müxtəlif sahələrdə islahatlar aparılmasını zəruri sayırdı. Rayonda ittifaq əhəmiyyətli konserv, dəmir-beton konstruksiyaları, çörək zavodları, üzümün ilkin emalı müəssisəsinin işə salınması məhz görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə bölgəyə böyük qayğısının ifadəsi kimi indi də şərurlular tərəfindən minnətdarlıqla xatırlanır.

Elə o dövrdə rayonda 150 milyon kubmetr tutuma malik Arpaçay Su Anbarı, bu anbardan qidalanan sağ və sol sahil kanalları istismara verilib, mədəniyyət sarayı, mərkəzi xəstəxana, rabitə evi, dəmiryol vağzalı, yeni kitabxanalar, klublar, sahə xəstəxanaları, məktəblər tikilib. Aralıq kəndindən qidalanan dairəvi su kəməri vasitəsilə təkcə Şərur rayonunun deyil, Naxçıvan şəhərinin sakinləri və Babək rayonunun bir hissəsi ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunub. Rayon mərkəzində hündürmərtəbəli yaşayış binaları inşa edilib, kənd­lərin sosial-iqtisadi inkişafı diqqət mərkəzində saxlanılıb. Rayonda aqrar sahə sürətli inkişaf yoluna qədəm qoyub. Bunun nəticəsidir ki, adıçəkilən dövrdə bölgədə üzüm istehsalı 100 min tonu ötüb, taxıl, tütün, meyvə, tərəvəz, heyvandarlıq məhsulları istehsalı dəfələrlə artıb.
Ölkəmizin müstəqillik dövründə rayonun inkişafı da dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır.
Heç şübhəsiz ki, hələ neçə əsrlərboyu dahi şəxsiyyətin aydın, parlaq ideyaları Azərbaycan Respublikasının müstəqilliyinin əbədi, sarsılmaz olmasına, hərtərəfli inkişafına, dövlətimizin dünya birliyində mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Bu gün fəxrlə demək olar ki, ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan onun siyasətinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu və hərtərəfli inkişaf yolunda irəliləyir.
Xalqımızın ümummilli lideri, bütün zamanların ən böyük azərbaycanlısı Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü muxtar respublikamızın hər yerində olduğu kimi, Şərur rayonunda da geniş şəkildə qeyd olunub. Mayın 10-da rayon ictimaiyyətinin nümayəndələri dahi rəhbərin İcra Hakimiyyətinin qarşısındakı əzəmətli abidəsi önünə gəlib, ümummilli liderə, onun əbədiyaşar siyasətinə sadiq olduqlarını bir daha nümayiş etdirib, abidə önünə tər güllər düzüblər.

Elman MƏMMƏDOV

Babək rayonu

 Babək rayonu ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci il oktyabrın 23-də yaradılıb. Muxtar respublikamızın ən böyük bölgələrindən biri olan Babək rayonu məhz dahi şəxsiyyətin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərinin, ölkəmizin dağ və sərhəd rayonlarının daha da möhkəmləndirilməsi siyasətinin məntiqi nəticəsi kimi həyata vəsiqə alıb. Rayona xalq qəhrəmanı Babəkin adının verilməsi isə ulu öndərin siyasi iradəsi və qətiyyəti ilə yanaşı, həm də milli-tarixi ənənələrə böyük bağlılığının və sevgisinin nəticəsi idi. 

Naxçıvan Muxtar Respublikasının digər rayonları kimi, Babək rayonu da son illərdə böyük inkişaf yolu keçib, rayonun yaşayış məntəqələri abadlaşdırılıb, yeni yollar salınıb, onlarla müxtəlif profilli obyektlər tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Həyata keçirilən tədbirlər nəticəsində rayon muxtar respublikanın aqrar və sənaye məhsullarının istehsalında mühüm yerə sahib olub, burada digər sahələrin də inkişafına nail olunub. Görülən işlərin Heydər Əliyev ideyalarına sadiqlikdən qaynaqlandığını dərk edən rayon sakinləri mayın 10-da ümummilli liderimizin anadan olmasının 94-cü ildönümünü yüksək əhval-ruhiyyə ilə qeyd ediblər. Rayon mərkəzindəki Heydər Əliyev prospektində ulu öndərimizin əzəmətlə ucalan abidəsi önünə yüzlərlə insan toplaşaraq dahi şəxsiyyətə öz sevgilərini bir daha nümayiş etdirib, abidə önünə gül dəstələri qoyublar.

 Səbuhi HƏSƏNOV

Ordubad rayonu 

Mayın 10-da ulu öndərimizin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonunun sakinləri xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin Ordubad şəhərindəki büstü önünə gələrək dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidə önünə gül dəstələri qoyublar.
Ulu öndərimizin büstünü ziyarət zamanı həmsöhbət olduğumuz rayon sakinləri bildirdilər ki, ümummilli liderimizin rayon üçün yadigarları saymaqla qurtaran deyil. Rayonun hərtərəfli inkişafı görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə diqqətdə saxlanılıb. Zəngin fauna və floraya, tarixi-mədəni abidələrə malik olan Ordubad şəhərinin əvvəlcə qoruq, sonra rayon ərazisinin yasaqlıq elan edilməsi, müstəqillik illərində burada milli park yaradılması, yeni istehsal müəssisələrinin işə salınması dahi şəxsiyyətin bu bölgəyə böyük qayğısının ifadəsi kimi indi də yaddaşlarda yaşayır.
Ulu öndərimizin böyük diqqət göstərdiyi Ordubad bu gün tarixiliyini saxlamaqla ən abad və füsunkar bir yurd yerinə çevrilib. Bütün bunlar dahi rəhbərimizin dövlətçilik ideyalarına sədaqətin bəhrələridir. Odur ki, xalqımızın ümummilli liderinin xatirəsi rayon sakinləri tərəfindən daim minnətdarlıqla yad edilir, ulu öndərimizin adı həmişə əziz tutulur.
Rayon ziyalısı Sahilə Abdullayeva deyir ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunub. Onun həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Xalqın sevimlisi olan bu şəxsiyyət hər bir azərbaycanlının yaddaşında yaşayır.

 Fatma BABAYEVA

Culfa rayonu

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Culfa rayonunda da böyük bayram əhval-ruhiyyəsi ilə qeyd olunub.
Rayon bu gün özünün hərtərəfli inkişaf dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə burada bütün sahələrin inkişafı diqqətdə saxlanılıb. Ötən əsrin sonlarında dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanda torpaq islahatlarına ilk dəfə Culfa rayonunun kəndlərində başlanılıb, kəndli əkib-becərdiyi torpağın sahibinə çevrilib. İqtisadi, sosial, mədəni sahələrdə atılan addımlar son illərdə rayonun hərtərəfli inkişafına geniş imkanlar açıb. Bu yeni inkişaf mərhələsində Culfanın kənd yaşayış məntəqələrinin böyük əksəriyyətində kompleks quruculuq işləri aparılıb, onlarla məktəb binası, səhiyyə ocağı, mədəniyyət obyekti tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Kənd yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzi olan Culfa şəhəri də quruculuq və abadlıq tədbirlərindən öz nəsibini alaraq daha da gözəlləşib. Sakinlər onlara bu xoş günləri bəxş edən ümummilli liderimizin misilsiz xidmətlərini unutmurlar.
Mayın 10-da rayon sakinləri dahi şəxsiyyətin anadan olmasının 94-cü ildönümündə ulu öndərimizin Culfa şəhərindəki büstü önünə gələrək görkəmli dövlət xadiminin əziz xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.

 Nail ƏSGƏROV

Kəngərli rayonu 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2004-cü il martın 19-da Kəngərli rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. Yeni rayonun yaradılması yüzlərlə yeni iş yerinin açılmasına, bölgə iqtisadiyyatının güclənməsinə, ailələrin məskunlaşmasına şərait yaradıb.
Tarixi bir adı özündə yaşadan Kəngərli rayonu qısa müddət ərzində muxtar respublikanın digər rayonlarının inkişaf səviyyəsinə çatıb. Xüsusilə qeyd olunmalıdır ki, Kəngərli rayonunun bütün yaşayış məntəqələrində kompleks quruculuq tədbirləri aparılıb, bölgənin kəndləri müasirliyə qovuşub. Bütün bunlar muxtar respublikada sədaqətlə davam etdirilən ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinin uğurlu bəhrələridir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Kəngərli rayonunda da geniş qeyd edilib. Həmin gün xalqımızın böyük oğlunun rayon mərkəzindəki abidəsi yüzlərlə insanın axın etdiyi məkana çevrilib. Rayon ictimaiyyəti, bölgənin müxtəlif idarə, müəssisə kollektivləri ulu öndər Heydər Əliyevin əzəmətli abidəsini ziyarət etməklə, dahi şəxsiyyətə olan hörmət və ehtiramlarını bir daha nümayiş etdiriblər.
Tədbirdə bir neçə bölgə sakini ilə həmsöhbət olduq. Rayon ziyalısı Yusif İmanov bildirdi ki, ümummilli liderin ideyalarının muxtar respublikada həyata keçirilməsi bütün bölgələrimiz kimi, Kəngərli rayonunu da gözəlliklər diyarına çevirib. Tarix üçün çox qısa bir dövrü əhatə etsə də, ötən illər ərzində burada mühüm infrastruktur layihələri həyata keçirilib, Kəngərlinin sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib. Rayon mərkəzində tikilən müasir inzibati binalar, mədəniyyət və istirahət parkı, gözəl memarlıq qurulu­şuna malik mədəniyyət evi Kəngərlinin simasına xüsusi yaraşıq verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ötən dövr ərzində Kəngərli rayonunda görülmüş işləri yüksək dəyərləndirib, rayona səfərləri çərçivəsində bir sıra quruculuq ünvanlarının açılışında iştirak edib. Fəxrlə demək olar ki, Kəngərli rayonu muxtar respublikamızın ən gənc rayonu olmasına baxmayaraq, qısa müddət ərzində böyük inkişaf yolu keçib. Regionda həyata keçirilən quruculuq tədbirlərindən öz payını alan bu qədim yurd yeri indi müasirliyi, sosial-iqtisadi uğurları ilə gələcəyə doğru inamla addımlayır.

Gülcamal TAHİROVA

Şahbuz rayonu

Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü muxtar respublikamızın hər yerində olduğu kimi, Şahbuz rayonunda da geniş qeyd olunub.
Rayon ictimaiyyətinin nümayəndələri ulu öndərin Şahbuz şəhərinin mərkəzində ucaldılmış büstü önünə tər gül dəstələri düzüb, görkəmli dövlət xadiminə bir daha öz dərin ehtiramlarını ifadə ediblər.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Şahbuz rayonunun da iqtisadiyyatı inkişaf etdirilib, tikinti, quruculuq və abadlıq tədbirləri geniş vüsət alıb, əhalinin maddi rifah halı yüksəldilib. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində ucqar dağlıq rayon olan Şahbuzda Şərab, Badamlı Mineral Sular, Avtomobil Təmiri zavodları, Naxçıvan şəhərindəki Radio Zavodun və Alt Trikotaj Fabrikinin Şahbuz filialları fəaliyyət göstərib. O dövrdə rayonda dərman bitkiləri, dəri, meyvə, süd emalı və yun tədarükü məntəqələrinin də yaradılması əhali məşğulluğunun artırılması və həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradıb. Bütün bunlar şahbuzluların yaşayışına təsir edib.
Ulu öndərin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı dövründə Şahbuz rayonunda da genişmiqyaslı quruculuq işlərinə başlanılıb. Həyata keçirilən abadlıq işləri nəticəsində simasını büsbütün dəyişən rayon təkcə muxtar respublikamızın deyil, ölkəmizin ən gözəl bölgələrindən birinə çevrilib. Şahbuz qəsəbəsinə şəhər statusu verilib və daha da genişlənib. Rayon ərazisində yaradılmış Şahbuz Dövlət Təbiət Qoruğu, Heydər Əliyev Su Anbarı, şahbuzluları firavan həyata qovuşduran müasir yollar, çox sayda yeni təhsil və səhiyyə ocaqları, sosial xidmət obyektləri və istehsal müəssisələri ulu öndər Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi siyasətin bəhrələridir. Dahi rəhbərin xalqımız qarşısındakı misilsiz xidmətləri qədirbilən şahbuzlular tərəfindən də minnətdarlıqla xatırlanır.

 Əli CABBAROV

Sədərək rayonu

Dünən Sədərək rayonunda rayon ictimaiyyətinin nümayəndələri Heydər­abad qəsəbəsinin mərkəzində ucalan ulu öndərin büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər.

XX əsrin 90-cı illərinin əvvəllərində Ermənistan tərəfindən hücumlara məruz qalan Sədərək rayonu bu gün hərtərəfli dövlət qayğısı ilə əhatə olunub.
Naxçıvanın qala qapısı sayılan bu bölgədə 1990-1993-cü illərdə ağır döyüşlər gedib. O zaman buradakı vəziyyətlə bilavasitə tanış olan ümummilli lider Heydər Əliyev bu təcavüzün və işğalın qarşısının alınması üçün öz siyasi nüfuzu, zəngin dövlətçilik və idarəetmə təcrübəsi sayəsində dünyanın diqqətini burada baş verən hadisələrə yönəldib.
Rayon sakinlərindən Teymur Quliyev, İsmayıl İsmayılbəyli, Pərvanə Rəhimova və başqaları ilə həmsöhbət olduq. Onlar bildirdilər ki, dahi rəhbərimizin muxtar respublikanın bu bölgəsinin müdafiəsi yolunda xidmətlərini hər bir sədərəkli böyük minnətdarlıqla xatırlayır. Ulu öndərimizin Azərbaycana rəhbərliyinin birinci dövründə yaradılan Heydərabad qəsəbəsi ötən əsrin 90-cı illərində erməni təcavüzü nəticəsində tamamilə dağıdılaraq yaşayış üçün yararsız hala salınmışdı. Lakin son illər ərzində qəsəbədə aparılan quruculuq işləri nəticəsində bura yeni görkəm alıb, sakinlərin yaşayışı üçün hərtərəfli şərait yaradılıb. Rayon sakinləri yaşadıqları yurd yerinin nümunəvi vəziyyətdə saxlanılması və daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəmir, Heydərabadı Azərbaycanın ən nümunəvi qəsəbəsi kimi qoruyub saxlayırlar.

Sərxan İSMAYILOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5321327
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5911
18695
60901
369533
5321327

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter