23 İyul 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

İyul 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Tarix, şəxsiyyət və xalq anlayışları arasında belə bir qızıl asılılıq aksiomu mövcuddur: tarixi məhz dahi şəxsiyyətlər öz işıqlı əməlləri ilə yazır və tarixdə yaşayırlar. Nadir şəxsiyyət və dühanın tarixi məhvərindən dəyişə bilməsi üçün isə tarixi zərurətin yaranması mütləqdir, labüddür. Hər hansı bir xalqın var oluşu isə bilavasitə onun lider yetirə bilməsinə, o lideri müəyyən tarixi situasiyalarda qoruyaraq ətrafında birləşə bilməsinə bağlıdır. Xalqın müqəddəratını düzgün həll etmək iqtidarında olan dühalar elə xalqın ömrü qədər də əbədiyyət qazanır, bütünlükdə, bəşər tarixində iz qoya bilirlər. Azərbaycan xalqının ümummilli lideri, Azərbaycanın əbədilik rəmzi olan dahi Heydər Əliyev kimi...

Görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyev yeganə dahi şəxsiyyətdir ki, bir-birindən fərqli üç mürəkkəb siyasi-tarixi mərhələdə: sovet rejimi zamanı (1969-1986), keçid dövrü (1987-1990) və müstəqillik illərində (1991-2003) eyni siyasi qətiyyətlə möhtəşəm siyasi uğurlara imza atmışdır. Ümummilli lider Heydər Əliyev siyasi müdriklik və düha ilə hələ totalitar sovet rejimi dövründə Azərbaycan xalqının müstəqil dövlətçilik konsepsiyasını formalaşdırmış, sonralar isə ilk tarixi fürsətdə elə özü də bu mühüm siyasi konsepsiyanı həyata keçirmişdir. Düz 35 illik bir epoxanın aparıcı şəxsiyyəti, nəhəng siması olan dahi öndərin böyük siyasətdə qət etdiyi çətin və şərəfli yol, siyasi iradə və obyektiv mövqe, atdığı qətiyyətli addımlar, Azərbaycan xalqı və dövlətçiliyinə bəxş etdiyi töhfələr əsl məktəbdir. Heydər Əliyev siyasi məktəbi...

1923-cü il mayın 10-da Azərbaycanın qədim Naxçıvan diyarında dünyaya göz açan, gənc­liyindən öz dərin zəkası və fitri istedadı ilə seçilən, sovet dövlət təhlükəsizlik orqanlarında çalışmaqla siyasi yetkinlik qazanan, dövlət idarəçiliyi sirlərinə yiyələnən ulu öndər Heydər Əliyevin 1969-cu il iyul ayının 14-dən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi fəaliyyət göstərdiyi dövr, iqtisadi-siyasi tənəzzül içində olan Sovet Azərbaycanı üçün dirçəliş dövrü kimi tarixə düşmüşdür. Belə ki, dahi rəhbər yetmişinci illərin əvvəllərində sənaye və kənd təsərrüfatının inkişafına əsaslı təkan verəcək çox mühüm qərarlar qəbul etmiş, bunun nəticəsində 250-dən çox yeni sənaye müəssisəsi işə salınmış, respublikada istehsal olunan 350 adda məhsulun dünyanın 65 ölkəsinə ixracına başlanmış, 14 il ərzində 1048 sənaye obyekti tikilmiş, yeni iş yerlərinin açılması ilə əhalinin sosial rifah halı yaxşılaşdırılmışdır.
Bu dövrdə elm, təhsil, səhiyyə və mədəniyyət inkişaf etdirilmiş, xalqın və ölkənin gələcəyinə hesablanmış kadr siyasəti sayəsində müxtəlif sahələr üzrə güclü kadr potensialı yaradılmışdır. Sonralar Azərbaycanda müstəqil dövlətçilik uğrunda mübarizədə həlledici rol oynayan vətənpərvər nəslin, milli ziyalılar ordusunun formalaşması məhz dahi Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindəndir. Azərbaycanın bugünkü hərbi uğurları, milli hərbi kadrların formalaşması ümummilli lider Heydər Əliyevin qeyri-adi cəsarəti, şəxsi təşəbbüsü ilə 1971-ci ildə Azərbaycanda ilk hərbi məktəbin, Cəmşid Naxçıvanski adına hərbi təhsil ocağının yaradılması ilə bağlıdır.
Başlıcası isə ümummilli liderin sovet hakimiyyəti illərindəki siyasi fəaliyyəti milli şüurun oyanmasına, azadlıq ideyalarının pərvəriş tapmasına xidmət etmişdir. Bu dahi şəxsiyyətin milli kadrların formalaşdırılması istiqamətində apardığı çoxcəhətli işlər, həyata keçirdiyi məqsədyönlü dövlət siyasəti xalqımızın gələcək müstəqilliyə hazırlanmasına hədəflənmişdir. Ulu öndərimiz böyük cəsarətlə milli mənsubiyyətimizə, ana dilimizə, soykökümüzə, bütün milli və mənəvi dəyərlərimizə sahib çıxmış, tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ edən milli ziyalılığın hamisi, müdafiəçisi olmaqla onları milli təfəkkürü formalaşdırmağa, milli özünüdərkə və oyanışa xidmət etməyə sövq etmişdir.
Ümummilli lider 1982-1987-ci illərdə Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək dövlət vəzifələrində fəaliyyət göstərəndə də Azərbaycanın mənafeyi naminə çalışmış, ittifaq büdcəsinin maliyyə imkanlarının respublikamızın inkişafına yönəldilməsinə nail olmuşdur.
Xalqımızın böyük oğlu 1987-ci ilin ok­tyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir. Azərbaycana edilmiş hərbi təcavüzdən – 1990-cı ilin 20 Yanvar faciəsindən sonra sovet rəhbərliyini kəskin şəkildə ittiham edən ulu öndərə qarşı böyük təzyiqlər başlandı. Moskvadan Bakıya – canı, varlığı qədər sevdiyi doğma Azərbaycanına dönən, ağır gündə xalqı ilə bir yerdə olmaq istəyən ulu öndər burada da totalitar rejimin və onun yerli əlaltılarının xəyanətkar hərəkətləri ilə üzləşdi. Bütün bunlara baxmayaraq, O, 1990-cı il iyun ayının 20-də Bakıya, iki gün sonra isə doğma Naxçıvana gəlmiş, burada böyük izdiham, sevgi və coşqu ilə qarşılanmışdır.
Ümummilli liderin Naxçıvana dönüşü tarixi zərurət idi. Çünki XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində bütün Azərbaycanda, xüsusilə də Naxçıvanda mürəkkəb ictimai-siyasi şərait hökm sürürdü: sovet imperiyası rəhbərliyi Azərbaycanın maraqlarına zidd siyasətindən əl çəkmir, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar tüğyan edir, Naxçıvan sosial-iqtisadi tənəzzül, ictimai-siyasi anarxiya, işğal təhlükəsi altında yaşayırdı. Azərbaycanla nəqliyyat-kommunikasiya əlaqələri kəsiləndən sonra iqtisadi və siyasi böhran içində boğulan, erməni təcavüzü qarşısında əliyalın və köməksiz vəziyyətdə qoyulan Naxçıvanı xilas edə biləcək yeganə rəhbər məhz görkəmli dövlət xadimi Heydər Əliyev ola bilərdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Moskvadan Naxçıvana qayıdış o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, Vətənə qayıdış idi. Böyük siyasətə yenidən və fəal şəkildə, ardıcıl, qətiyyətli qayıdış idi”.
30 sentyabr 1990-cı ildə keçirilən seçkilərdə ulu öndər yekdilliklə Azərbaycan SSR-in və Naxçıvan MSSR-in deputatı seçilmişdir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndərin sədrliyi ilə keçirilən ilk sessiyasında təkcə Naxçıvan üçün deyil, ümumən, Azərbaycan üçün son dərəcə böyük əhəmiyyətə malik olan taleyüklü qərarlar qəbul edilmişdir. Sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmış, Naxçıvan MSSR Ali Soveti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılmışdır. Milli istiqlal rəmzi olan üçrəngli bayrağımız ilk dəfə bu sessiyanın tarixi qərarı ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmiş, həmin bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırılmışdı. Naxçıvan Muxtar Respublikası Аli Məclisinin ilk sessiyasında Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən mühüm məsələlər – 1990-cı il 20 Yanvar faciəsi və Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilmişdi.
Muxtar respublikanın əsl xilas və tərəqqisinin yalnız ümummilli liderimizin dühası sayəsində mümkün olduğunu çox yaxşı bilən Naxçıvan əhalisinin təkidli tələbi ilə 1991-ci ilin 3 sen­tyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilən görkəmli dövlət xadimi Naxçıvanı xalqımızın demokratiya və müstəqillik uğrunda mübarizə mərkəzinə çevirmişdi. Bu gün 700 minə yaxın siyasi həmfikri öz ətrafında birləşdirən, iqtidar partiyası kimi liderliyi qoruyub saxlayan Yeni Azərbaycan Partiyasının təsis edilməsi, az vaxt ərzində böyük nüfuz qazanması da ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrünün bəhrəsidir. 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması ilə bağlı qərarla bu gün ölkəmizi 50 milyonluq azərbaycanlının vahid Vətəninə çevirən milli həmrəylik ideologiyasının təməli də həmin dövrdə qoyulmuşdur. Rus qoşun hissələri muxtar respublikadan çıxarılmış, Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin təşkili ilə Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlər görülmüş, ölkəmizdə ilk dəfə Naxçıvanda nizami ordu hissələri yaradılmışdır. Ulu öndər 1992-ci ildə tarixi Moskva və Qars müqavilələrini gündəmə gətirməklə Ermənistanın təcavüzkar siyasətini, Naxçıvanın muxtariyyət statusunu, əzəli Azərbaycan torpağı kimi toxunulmazlığını beynəlxalq miqyasda bir daha təsdiqləmiş, ağır blokada şəraitində olan muxtar respublika iqtisadi böhrandan çıxarılmışdır. Dahi öndərin Naxçıvandakı siyasi fəaliyyəti ərzində ərazinin erməni işğalından müdafiəsi, milli şüurun dirçəlişi, milli dövlət strukturlarının formalaşması kimi mühüm tarixi nailiyyətlər əldə olunmuş, xalqla həmrəyliyin təntənəsi öz təsdiqini tapmışdır. Azərbaycanın müstəqillik yolu 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referenduma “Yox!” deməklə məhz Naxçıvandan başlanmışdır. Müstəqilliyin başlanğıc illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Azərbaycanın əsl dövlətçilik məktəbi funksiyasını həyata keçirmişdir. Bu böyük tarixi şəxsiyyət, siyasi xadim Naxçıvanı qoruduğu kimi, Naxçıvan da öz dahi oğlunu tarixin ən sərt sınağında qədirbilənliklə qoruyub yenidən Azərbaycana bəxş etmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Ulu öndərin Azərbaycan tarixində rolu əvəzsizdir. Şəxsiyyətlərin tarixdə rolu haqqında çoxlu kitablar, elmi əsərlər yazılmışdır. Ulu öndərin həyat və fəaliyyəti, onun siyasəti şəxsiyyətlərin tarixdə rolu haqqında kifayət qədər geniş material verir. Bu böyük şəxsiyyətin rolu o qədər əhəmiyyətli və dəyərlidir ki, bu gün müstəqil Azərbaycan dövləti ulu öndərin siyasəti, cəsarəti, uzaqgörənliyi sayəsində inkişaf edir, yaşayır”.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə Bakıya qayıdışı elə bir tarixi dövrə təsadüf edirdi ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalı, cəmiyyətin parçalanması, vətəndaş qarşıdurması Azərbaycanı dövlət müstəqilliyini itirmək kimi sonu görünməyən bir uçurum qarşısında qoymuşdu. Ölkəni bu vəziyyətdən yalnız siyasi təcrübəyə, diplomatik qabiliyyətə malik rəhbər xilas edə bilərdi. 1993-cü ilin 15 iyununda Milli Məclisin Sədri, həmin ilin 3 oktyabrında xalqın böyük dəstəyi ilə ölkə Prezidenti seçilən görkəmli dövlət xadimi on il ərzində əsrlərə bərabər işlər görmüş, müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi böyük tarixi missiyanı uğurla həyata keçirmişdir.
Məhz Heydər Əliyev dühası Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini, o cümlədən Azərbaycanın iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin bütün siyasi uğurlarının əsasını təşkil edən, onu 50 milyonluq dünya azərbaycanlılarının ümummilli lideri səviyyəsinə yüksəldən milli dövlətçilik təlimi, Azərbaycançılıq məfkurəsidir. Azərbaycançılıq məfkurəsini yüksək dövlətçilik təlimi səviyyəsinə məhz Heydər Əliyev gətirmişdir.
Müstəqil Azərbaycan dövlətinin qazandığı tarixi nailiyyətlər, böyük zəfərlər ümummilli lider Heydər Əliyev dühasının təntənəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev beynəlxalq müstəvidə, eləcə də ölkə reallıqları çərçivəsində ümummilli liderin yolunu uğurla davam və inkişaf etdirməklə möhtəşəm nailiyyətlər ortaya qoymaqdadır. Neft və qeyri-neft sektorunun inkişafı, aqrar islahatların aparılması, insan amilinin yüksək dəyərləndirilməsi, elm, təhsil, mədəniyyət, səhiyyə, texnologiya kimi ən müxtəlif sahələrdə mühüm uğurların qazanılması bunu bir daha sübut edir. Ümummilli liderin həmişə­yaşar siyasi kursu yeni dövrün, dünyəvi proseslərin reallıqları kontekstində bu gün uğurla inkişaf etdirilir.
Azərbaycanımızın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası da bu gün öz intibah dövrünü yaşayır. Qədim diyarımız uzun illərin blokada şəraitinə baxmayaraq, hərtərəfli inkişaf yolundadır. Yenidənqurma, tikinti, abadlıq işlərinin aparılması, çoxsaylı sosial obyektlərin və istehsal müəssisələrinin istifadəyə verilməsi, yeni iş yerlərinin açılması, əhalinin rifah halının yüksəldilməsi, əldə olunan nailiyyətlər muxtar respublikamızın möhtəşəm inkişaf və yüksəlişinin parlaq təzahürü olmaqla ulu öndər Heydər Əliyev ideyalarına tükənməz sədaqətin təntənəsidir.
Xalqımızın ümummilli lideri, görkəmli siyasi xadim Heydər Əliyevin arzuladığı kimi, Azərbaycan bu gün dünyaya Günəş kimi doğmaqdadır. Bu Günəşin nüvəsi, əbədi enerji mənbəyi isə dahi şəxsiyyətin həmişəyaşar ideyalarıdır. Ümummilli liderin parlaq dühası, uzaq gələcəyə hədəflənmiş müdrik siyasəti bundan sonra da müstəqil Azərbaycanımızın bu gününə və gələcəyinə nur saçacaqdır.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3415625
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3196
13196
91246
332238
3415625

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter