24 Sentyabr 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Bu münasibətlə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı “Ümummilli lider və Yeni Azərbaycan Partiyası” mövzusunda elmi-praktik konfrans keçirib.
Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov “Ulu öndər Heydər Əliyev və Yeni Azərbaycan Partiyası” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan xalqının ümummilli lideri müasir tariximizə dahi xilaskar, böyük qurucu kimi daxil olub. 25 il bundan əvvəl Azərbaycanı böyük təhlükələrdən xilas etmək üçün ulu öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv tarixi zərurət idi. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış Azərbaycan ziyalısının ümummilli liderə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətin “Səs” qəzetində dərc olunması partiyanın təşkili istiqamətində ilk tarixi addım idi. Ulu öndər müraciətə cavabında ölkəmizin qarşısında duran təxirəsalınmaz vəzifələri müəyyənləşdirərək Yeni Azərbaycan Partiyasının yaradılmasının zəruriliyini bildirdi və onun fəaliyyətində iştiraka hazır olduğunu bəyan etdi. Bu, sadə xalq kütlələrində ruh yüksəkliyi yaratsa da, həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan qüvvələr dahi şəxsiyyətin rəhbərliyi ilə yeni bir siyasi təsisatın yaranmasının əleyhinə idilər. Lakin ümummilli liderin hakimiyyətə qayıdışı artıq qarşısıalınmaz tarixi zərurət və yekdil sosial sifariş idi. Ozamankı iqtidarın gücü yalnız partiyanın təsis konfransının Bakıda keçirilməsinin qarşısını almağa çatdı. 1992-ci il noyabrın 21-də Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında ölkənin ayrı-ayrı bölgələrindən cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən 550 nəfərdən artıq nümayəndənin iştirakı ilə təsis konfransı keçirildi. Konfransda dahi rəhbər Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçildi, təşkilatın Nizamnaməsi və Proqramı qəbul edildi. Tarixi zərurət və yekdil sosial sifariş, güclü lider və zəngin dövlətçilik təcrübəsi, uzaq hədəflərə hesablanmış siyasi-ideoloji baza qısa müddətdə Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsini, əsas milli, kütləvi partiyaya çevrilməsini şərtləndirdi.

Qeyd olunub ki, 1993-cü ildən bəri Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin inkişafını uğurla təmin edən hakim partiyadır. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev bu partiyanın üzvü olmağı milli dövlətçiliyə xidmət nümunəsi kimi qiymətləndirərək deyirdi: “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir”.
Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Hüseyn Həşimli “Ümummilli lider Heydər Əliyevin vətənpərvərlik təlimi və Yeni Azərbaycan Partiyası”, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının üzvü Aytən Məmmədova “Ulu öndər Heydər Əliyev və Azərbaycan qadını”, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli “Ümummilli lider Heydər Əliyevin siyasi fəlsəfəsi və Yeni Azərbaycan Partiyası” mövzularında çıxış ediblər.
Çıxışlarda bildirilib ki, görkəmli dövlət xadiminin hakimiyyət fəlsəfəsinin əsasını Azərbaycan xalqının tarixən formalaşmış azadlıq idealı və müstəqilliyini qorumaq əzmi təşkil edir. Dahi rəhbər həmişə belə bir ideyanı aşılamağa çalışmışdır ki, millətin tarixi inkişafının səviyyəsi xalqın siyasi iradəsindən və dövlət başçısının insani keyfiyyətlərindən asılıdır. Ulu öndər özünün siyasət fəlsəfəsinin mühüm tərkib hissəsi olaraq milli müstəqilliyi möhkəmləndirmək və inkişaf etdirmək strategiyasını zamanın buna ehtiyac duyduğu bir məqamda işləyib hazırlamış və bu strategiyanın siyasi təşkilatı olaraq 1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaratmışdır. Dahi şəxsiyyətin hakimiyyət fəlsəfəsinin obyektiv elmi və siyasi prinsipləri Azərbaycanın bugünkü və gələcək müstəqilliyinin möhkəm əsaslarının yaradıl­masında mükəmməl ideoloji zəmin rolunu oynayıb.
Konfransda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş slaydlar və “Azərbaycan qədər əbədi” filmi nümayiş etdirilib.

 Səbuhi HƏSƏNOV

*  *  *

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının keçirdiyi tədbiri giriş sözü ilə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev açaraq qeyd edib ki, xalqımızın iftixarı, hələ sağlığında ikən bütün dünya azərbaycanlılarının ümummilli liderinə və inam mənbəyinə çevrilmiş ulu öndər Heydər Əliyevin ideyaları və əməlləri qəlbimizdə yaşayır və daim yaşayacaqdır. Müstəqil Azərbaycan dövlətçiliyinin banisi olan ulu öndərin xalqımız və ölkəmiz üçün gördüyü işlər əsrlər keçsə də, tarixi dəyərini itirməyəcək. Görkəmli dövlət xadiminin siyasi-mənəvi irsi təkcə xalqımızın deyil, bəşəriyyətin zəngin xəzinəsinə çevrilib. Məhz bu amilləri nəzərə alsaq, müasir Azərbaycan tarixini ümummilli lider Heydər Əliyevin çoxsahəli zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil.
Tədbirdə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı İdarə Heyətinin üzvü Vaqif Cabbarov, Yengicə kənd tam orta məktəbinin direktoru Elmira Rzayeva və kənd ərazi ilk partiya təşkilatının sədri Vaqif Cavadov çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, ulu öndər Heydər Əliyev Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi düşüb. Ümummilli lider Azərbaycançılıq ideyasının müasir dövrümüzdə yaradıcısı olub, Vətənin müstəqilliyi, yüksəlişi, xalqın milli və mənəvi tərəqqisi, Azərbaycan səhiyyəsinin, təhsilinin inkişafı, qadınların və gənclərin ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatında fəal iştirakının təminatçısı kimi möhtəşəm işlər həyata keçirib. Ölkəmizdə iqtisadiyyatın, mədəniyyətin, incəsənətin, ədəbiyyatın, idmanın inkişafı, dövlət gənclər siyasətinin təməli də onun adı ilə bağlıdır.
Vurğulanıb ki, muxtar respublikamız ümummilli liderimiz Heydər Əliyev ideyalarının işığında özünün yeniləşən inkişaf mərhələsindədir. Bu gün Naxçıvan geniş quruculuq meydanını xatırladır. İqtisadi yüksəliş, çoxşaxəli dinamik inkişaf aydan-aya, ildən-ilə Azərbaycanımızın bu qədim diyarına yeniliklər gətirir. Təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində yeni islahatlar həyata keçirilir, bu islahatların nəticəsi olaraq hər il yeni məktəb, xəstəxana binaları, mədəniyyət müəssisələri, həkim ambulatoriyaları və tibb məntəqələri, geniş idman qurğuları istifadəyə verilir. Dövlət gənclər və qadın siyasəti öz uğurlu nəticələrini göstərir. Bütün bunlar Naxçıvanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu siyasətin davam etdirilməsi, bu yola sədaqətin əyani təsdiqidir.
Tədbirdə şagirdlər ümummilli liderə həsr olunmuş şeirləri bədii qiraət edib, Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunan bir neçə gəncə üzvlük vəsiqələri təqdim edilib.

Elman MƏMMƏDOV

*  *  *

Naxçıvan Müəllimlər İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransın plenar iclasında institutun elmi işlər üzrə prorektoru, professor Yaqub Məmmədov çıxış edərək ulu öndərimizin təhsilin inkişafı sahəsində gördüyü işlərdən, qazanılan uğurlardan, muxtar respublikada son illərdə yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi ilə bağlı əldə edilən nailiyyətlərdən danışıb. O bildirib ki, Azərbaycan təhsilinin inkişafı görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizə rəhbərliyinin hər iki dövründə təhsilin müasir tələblər səviyyəsində qurulmasına böyük önəm verib. “Təhsil millətin gələcəyidir”, – deyən görkəmli dövlət xadimi təhsildə yeni uğurlar qazanmaq üçün həmişə müasir metodların, yeni texnologiyaların, dünya təcrübəsinin tətbiqini diqqətdə saxlamağı tövsiyə edirdi. Odur ki, bu gün Azərbaycan təhsilində əldə olunmuş nailiyyətlərə görə xalqımız məhz ümummilli lider Heydər Əliyevə borcludur.
Sonra ali təhsil ocağının tədris işləri üzrə prorektoru, professor Akif İmanlının “Dilimizin status məsələsi və Heydər Əliyev qətiyyəti”, institutun Humanitar və təsviri incəsənət kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Ələkbər Cabbarlının “Azərbaycanda multikulturalizm ənənəsinin formalaşmasında və inkişafında Heydər Əliyev siyasətinin rolu”, Şərur rayon Zeyvə kənd tam orta məktəbinin rus dili müəllimi Fərmayıl Əsgərovun “Məktəbəqədər dövrdə uşaqlara yanaşma tərzi”, Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin müəllimi İlhamə Quliyevanın “Riyaziyyat fənninin tədrisində kəmiyyətlər və kəmiyyət vahidlərinin öyrədilməsi texnologiyaları” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə qeyd edilib ki, bu gün də uğurla davam etdirilən ulu öndər Heydər Əliyevin təhsil siyasəti məktəblərdə təlim şəraitinin yaxşılaşmasına, tədrisin keyfiyyətinin yüksəlməsinə və müəllimlərin pedaqoji ustalığının artmasına səbəb olub, ulu öndərimizin bu sahənin inkişafı ilə bağlı sərəncamları təhsil sahəsində gedən proseslərdə istiqamətverici rol oynayıb.
Sonra konfrans öz işini dörd bölmə üzrə iclaslarla davam etdirib. Bölmə iclaslarında ölkənin, eləcə də muxtar respublikanın ali, orta ixtisas və ümumtəhsil müəssisələrində çalışan qabaqcıl pedaqoqların məruzələri dinlənilib.

Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4367446
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
6947
16121
102003
355810
4367446

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter