23 İyul 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

İyul 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Muxtar respublika gömrük orqanları tərəfindən narkotik vasitələrin, psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsinə, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarına qarşı mübarizə tədbirləri davam etdirilir. Hazırda bununla bağlı iki fakt qeydə alınıb.
Belə ki, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi olan Türkiyə Respublikası vətəndaşı İran İslam Respublikasına gedərək oradan özünə məlum olan mənbədən əldə etdiyi 119 ədəd “Tramadol” adlı güclü təsir edən maddəni gizlətməklə Naxçıvan Muxtar Respublikası ərazisinə gətirmək istəyib. Culfa Gömrük İdarəsinin əməkdaşlarına əvvəlcədən daxil olmuş məlumat əsasında saxlanılan şəxs öz ifadəsində istifadə zamanı keyləşdirici təsir göstərən bu dərmanlara qarşı onda aludəçilik yarandığını deyib.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə cinayət işi başlanılıb. Qeyd edək ki, qanunvericilikdə güclü təsirə malik maddələrin gömrük nəzarətindən kənar və ya gizli keçirilməsinə görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə çərçivəsində digər bir fakt isə İran İslam Respublikası ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına gələn nəqliyyat vasitəsinə rentgen-nəzarət qurğusuyla həyata keçirilən gömrük baxışı zamanı qeydə alınıb. Belə ki, Azərbaycan Respublikası vətəndaşı olan Naxçıvan şəhər sakininin idarə etdiyi nəqliyyat vasitəsinin arxa sol divarında üzlüyün altında gizlədilərək gömrük nəzarətinə bəyan edilməyən 5 min ədəd siqaret aşkarlanaraq ­götürülüb.
Faktla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati icraat başlanılıb. Qeyd edək ki, malların gömrük nəzarətindən az miqdarda (dörd min manatadək olan məbləğdə) gizlədilməklə keçirilməsinə görə inzibati xətanın bila­vasitə obyekti olan malların müsadirə edilməsi, yaxud həmin malların dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimələnməsi nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3415513
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3084
13196
91134
332126
3415513

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter