25 May 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

May 2017
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Ulu öndər Heydər Əliyevin möhtəşəm ömür yolu və çoxşaxəli, misilsiz fəaliyyəti Vətənə və xalqa fədakar xidmətin ideal nümunəsi olduğu kimi, nəzəri irsi də neçə-neçə nəsillərin yolunu işıqlandırmağa qadir olan mükəmməl təlimdir.   

Bu fikirlər Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Ümummilli lider Heydər Əliyevin dövlətçilik təlimi günümüzdə” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib.
Konfransda muzeyin direktoru Ramil Orucəliyev “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda multikultural dəyərlərin inkişafı” mövzusunda məruzə ilə çıxış edib.
Bildirilib ki, ulu öndərimizin fəaliyyətində və təlimində multikultural dəyərlərə münasibət, müxtəlif xalqların mədəniyyətinə, dini etiqadına ehtiramla yanaşmaq, Şərq və Qərb sivilizasiyalarının qarşılıqlı əlaqələrinə obyektiv baxış özünəməxsus yer tutur. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür”, – deyən dahi rəhbər respublikamızda yaşayan hər bir xalqın, hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunması işinə də diqqət və qayğı göstərib. Məhz ümummilli liderimizin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarına hörmət təmin edilib.

“Ulu öndər Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda çıxış edən Naxçıvan Dövlət Universitetinin Ümumi tarix kafedrasının dosenti Ələkbər Cabbarov ümummilli lider Heydər Əliyevin Azərbaycanın mədəniyyəti və mənəvi həyatının inkişafındakı misilsiz xidmətlərindən bəhs edib.
Bildirilib ki, ulu öndər siyasi fəaliyyətin mənasını yalnız və yalnız Azərbaycanın tərəqqisini təmin etməkdə, xalqın mədəni, mənəvi və intellektual yüksəlişinə nail olmaqda görürdü. Milli dəyərlərimizi, gözəl adət-ənənələrimizi qoruyub inkişaf etdirmək, gənc nəslə sevdirmək, onlara sədaqət hissləri aşılamaq dahi rəhbərin ən böyük arzularından biri idi. Milli və mənəvi dəyərlərimizdən biri olan ana dilimizin nüfuzunu qaldırmaq, ona işləklik qazandırmaq məqsədilə ümummilli liderimiz hələ sovet dövründə Azərbaycan dilinin ölkəmizdə dövlət dili kimi rəsmiləşdirilməsinə nail oldu. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi həmin dövr üçün mühüm hadisə idi.
“Naxçıvan” Universitetinin İdarə­etmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın xarici siyasət strategiyası” mövzusunda məruzəsində vurğulayıb ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də uğurlar əldə edilməsində ulu öndərin misilsiz xidmətləri olub. Müstəqilliyimizin ilk illərində ölkəmizin parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda yenidən hakimiyyətə gələn ulu öndər dühası və dərin zəkası ilə respublikamızı ağır və böhranlı vəziyyətdən xilas edib. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqlar nəzərə alınaraq ölkə­mizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edilib. Bu dövrdən başlayaraq həyata keçirilən xarici siyasətimiz məhz ümummilli liderin adı və onun fəaliyyəti ilə sıx bağlıdır.
Qeyd olunub ki, əsası dahi şəxsiyyət tərəfindən qoyulan Azərbaycanın xarici siyasəti ölkənin milli təhlükəsizliyinin etibarlı təminatıdır. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam ­etdirilir.
Çıxışlardan sonra konfrans iştirakçıları “O, Heydər Əliyev idi” filminə baxıb, Heydər Əliyev Muzeyinin ekspozisiyası ilə tanış olublar.

Tural AĞAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2455730
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11318
15224
57295
395293
2455730

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter