22 Avqust 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

  

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı Qıvraq qəsəbəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Əbədiyaşar lider” mövzusunda tədbir keçirmişdir.
Təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva tədbirdə çıxış edərək bildirmişdir ki, Azərbaycanın dövlətçilik tarixində ən şanlı və parlaq səhifələr ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərə təsadüf edir. 1969-1982-ci illərdə ulu öndərin apardığı uğurlu islahatlar nəticəsində Azərbaycan keçmiş itti­faq respublikaları arasında birinci sıralarda yer alıb. Əslində, müstəqil Azərbaycanın indiki iqtisadi inkişafı, sosial tərəqqisi və ictimai-siyasi sabitliyin davamlılığı həmin illərdə ümummilli lider tərəfindən müəyyən edilmiş kompleks islahatlar strategiyasının, düşünülmüş uzunmüddətli siyasi kursun davamıdır.
Qeyd olunmuşdur ki, 1993-cü ildə xalqa sədaqətlə rəhbərlik edən əsl liderin olmaması, dövlətçilik institutlarının səbatsızlığı ucbatından ölkə, sözün əsl mənasında, kortəbii axara düşmüşdü. Ulu öndərin dövlətçilik qətiyyəti və iradəsi nəticəsində qısa vaxtda bu vəziyyətə son qoyuldu, vətəndaş qarşıdurması aradan qaldırıldı, ictimai-siyasi sabitlik yaradıldı. Bundan sonra qarşıya qoyulan əsas məqsədlərdən biri xarici investorları ölkəyə cəlb edib iqtisadiyyatı dirçəltmək, yeni müəssisələr yaratmaq idi. Böyük öndər ölkənin iqtisadi inkişafını dövlətin əsas vəzifəsi elan etdi, 1994-cü ilin sen­tyabr ayında Azərbaycan və region üçün iqtisadi və geosiyasi əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi” imzalandı. Bununla Azərbaycanın həm iqtisadi, həm siyasi, həm də mədəni həyatında yeni dövr başlandı.

Diqqətə çatdırılıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevi xalqın ümummilli lideri zirvəsinə yüksəldən keyfiyyətlərdən başlıcası vətəninə qırılmaz tellərlə bağlı olması idi. Dahi şəxsiyyət bütün ömrünü xalqının rifahının yaxşılaşdırılmasına, Azərbaycanın beynəlxalq aləmdə tanınmasına, nüfuzunun artmasına sərf etdi. Güclü, yenilməz və qüdrətli bir dövlət qurdu.
Vurğulanmışdır ki, görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi inkişaf xətti hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan güclü iqtisadiyyatı və beynəlxalq nüfuzu ilə artıq dünya dövlətləri sırasında layiqli yerini tutmuşdur. Ümummilli liderin ideyaları Naxçıvan Muxtar Respublikasını da hərtərəfli inkişafa qovuşdurmuşdur. Dahi şəxsiyyətin xalqımızın tərəqqisi naminə irəli sürdüyü inkişaf konsepsiyası, irimiqyaslı proqramlar muxtar respublikada uğurla həyata keçirilir.
Bütün bunlar bir daha göstərir ki, Heydər Əliyev yolunun alternativi yoxdur. Azərbaycan xalqının hələ neçə-neçə nəsli Heydər Əliyev ideyalarından, onun böyük dövlətçilik məktəbindən ölkəmizin inkişafı və rifahı naminə faydalanacaqdır.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı İdarə Heyətinin üzvü İsmayıl Hüseynquliyev, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Gənclər Birliyinin sədri Süleyman Süleymanov çıxış etmişlər.
Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri verilmişdir. Tədbirin sonunda məktəblilər ulu öndərə həsr olunmuş şeirləri bədii qiraət etmiş, ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı videomaterial nümayiş olunmuşdur.

Babək İSMAYILOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3865095
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
12202
14815
27017
319312
3865095

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter