24 Sentyabr 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Mayın 3-də Naxçıvan Dövlət Televiziyasına və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xidməti avtomobillər təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək deyib ki, Ali Məclis Sədrinin diqqət və qayğısı ilə Naxçıvan Dövlət Tele­viziyası və Radiosu böyük inkişaf yolu keçib. Son 20 ildə teleradio müstəqil kanalda yayımlanmağa başlayıb, televiziyanın maddi-texniki bazası xeyli möhkəmləndirilib. Dövlət televiziyasının və radiosunun efir vaxtı 18 saatadək artırılıb, teleradionun internet üzərindən yayımı təşkil edilib. Yaradılan şərait muxtar respublikanın iqtisadi inkişafını, sosial mədəni tərəqqisini və turizm potensialını bütün dünyada təbliğ etməyə imkan verir. Bu gün təqdim olunan “Toyota” markalı avtomobil televiziyanın maddi-texniki bazasını daha da gücləndirməklə yanaşı, həm də səyyari çəkiliş imkanlarını artıracaqdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli Naxçıvan teleradiosunun hərtərəfli inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə kollektiv adından dərin minnətdarlığını bildirib.
Məlumat verilib ki, “Toyota” markalı avtomobil yüksək texniki imkanlara malikdir. Avtomobildən səyyari çəkilişlərdə və televiziya avadanlıqlarının daşınmasında istifadə ediləcəkdir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə də yerli istehsal olan “NAZ-Lifan-620” markalı 4 xidməti avtomobil təqdim olunub.
Qeyd olunub ki, avtomobillər xidmətin fəaliyyətinin güclənməsinə və işlərin daha rahat təşkilinə imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik Elxan Əliyev avtomobillərin təqdimatına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə kollektiv adından minnətdarlıq ediblər.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4367445
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
6946
16121
102002
355809
4367445

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter