26 May 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

May 2017
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Mayın 2-də Heydər Əliyev Muzeyində “Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirilib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən konfrans ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunub.
Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyev “Ulu öndər Heydər Əliyev və Azərbaycanda dövlət gənclər siyasəti” mövzusunda çıxış edib. Bildirib ki, dövlət gənclər siyasəti dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlam düşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlayıb.
Qeyd olunub ki, bu gün ölkəmizdə dövlət gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində gənclərin hərtərəfli inkişafı təmin olunub, onlar cəmiyyətin fəal təbəqəsinə çevrilib.

“Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə gənclər siyasəti” mövzusunda çıxış edən Heydər Əliyev Muzeyinin direktoru, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədr müavini Ramil Orucəliyev qeyd edib ki, ulu öndər hələ keçmiş Sovetlər Birliyi dövründə Azərbaycan gəncliyinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirib, milli dəyərlərə və tarixi-mədəni irsə bağlı gənc nəslin formalaşdırılmasına böyük diqqət göstərib. O dövrdə gənclərin təhsili sahəsində həyata keçirilən tədbirlər, onların ixtisaslı kadr kimi yetişdirilməsi ölkəmizin gələcək müstəqilliyinə hesablanmışdı.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin üzvü, “Naxçıvan” Universitetinin tələbəsi Validə İsmayıllı “Ulu öndər Heydər Əliyevin dövlətçilik təlimində gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi” mövzusunda çıxışında deyib ki, ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə gənc nəslin hərbi-vətənpərvərlik hisslərinin formalaşması və inkişafı ön planda olub. Hələ Sovetlər Birliyi dövründə azərbaycanlı gənclərin ittifaqın ali hərbi təhsil müəssisələrinə göndərilməsi və onların müxtəlif hərbi ixtisaslara yiyələnərək sonralar müstəqil Azərbaycanda ordu quruculuğu prosesinə cəlb olunması görkəmli dövlət xadiminin uzaqgörən siyasətinin nəticəsi idi. Ulu öndərin müdrikliyi və uzaqgörənliyi sayəsində bu gün ölkəmizdə qüdrətli milli ordu yaradılıb. Ümummilli liderin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu gün də gənc hərbçi kadrların yetişdirilməsini prioritet məsələ kimi diqqət mərkəzində saxlayır.
“Heydər Əliyev və mənəvi dəyərlərimiz” adlı filmin nümayişindən sonra Yeni Azərbaycan Partiyasına üzv qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib, muzeyin ekspozisiyasına baxış olub.

 Səbuhi Həsənov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2478780
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
17631
16737
80345
418343
2478780

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter