27 İyun 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi­ haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunmuşdur. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.
Aprelin 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Dövlət Bayrağı Muzeyində olmuşlar. Məlumat verilmişdir ki, Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılmışdır. 2014-cü il noyabrın 17-dən fəaliyyətə başlayan muzeydə hazırda 160 eksponat nümayiş etdirilir ki, bu eksponatların böyük əksəriyyətini Naxçıvanda müxtəlif dövrlərdə qəbul edilmiş bayraqlar və dövlət atributları təşkil edir.

Qeyd olunmuşdur ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilmiş üçrəngli bayrağımız ikinci dəfə ulu öndər Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırılmışdır. Muzeydə həmin illərdə qəbul olunmuş tarixi qərarlar, Azərbaycan Respublikasının Dövlət Bayrağı və digər dövlət atributları haqqında ətraflı məlumatlar yerləşdirilmişdir.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 17 noyabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 17-si “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilir.
Ziyarətçilərə ekspozisiyadakı qədim dövlətlərin bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan zərbxanalarında kəsilmiş sikkələr, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş dövlət rəmzləri və konstitusiyaları haqqında ətraflı məlumat verilmişdir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi Heydər Əliyev Muzeyində, Ali Məhkəmənin əməkdaşları Bəhruz Kəngərli Muzeyində, Daxili İşlər Nazirliyinin kollektivi Nəbatat bağında, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun kollektivi Cəlil Məmmədquluzadənin ev-muzeyində, Ədliyyə Nazirliyinin əməkdaşları Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksində, Fövqəladə Hallar Nazirliyinin kollektivi Xatirə Muzeyində olmuşlar. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının kollektivi Cəmşid Naxçıvanskinin ev-muzeyini, Maliyyə Nazirliyinin əməkdaşları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini, Vergilər Nazirliyinin kollektivi Naxçıvan Dövlət Xalça Muzeyini, İqtisadiyyat Nazirliyinin əməkdaşları “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyini, Nəqliyyat Nazirliyinin kollektivi “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaş­ları Ədəbiyyat Muzeyini, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyini ziyarət etmişlər.
Şəhər və rayon icra hakimiyyətlərinin, eləcə də muxtar respublika mərkəzi icra hakimiyyəti orqanlarının şəhər və rayonlardakı idarə, müəssisə və təşkilatlarının əməkdaşları da müvafiq olaraq rayon mərkəzlərində fəaliyyət göstərən Tarix-Diyarşünaslıq və digər muzeyləri ziyarət etmişlər.

 Səbuhi Həsənov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3031031
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11096
15326
26422
466498
3031031

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter