23 Noyabr 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Türkiyənin karadenizgazete.com.tr saytının əməkdaşı Əli Kurt muxtar respublikada səfərdə olmuşdur. O, ölkəsinə qayıtdıqdan sonra Naxçıvan haqqında məqalə yazmışdır. “Naxçıvanda 24 saat!” sərlövhəli məqalə karadenizgazete.com.tr saytında yerləşdirilmişdir. Müəllif məqalədə Naxçıvana səfərindən və burada gördüklərindən məmnunluqla bəhs etmişdir. Həmin məqaləni oxuculara təqdim edirik.


Naxçıvanda 24 saat

Bir neçə həftə əvvəl ikigünlük də olsa, Naxçıvana səfər etmək fürsətim oldu. Avtomobillə, təxminən, 9 saat yol getdikdən sonra Türkiyənin Dilucu sərhəd qapısına, oradan isə Naxçıvan Muxtar Respublikasının Sədərək gömrük-keçid məntəqəsinə çatdıq. Sədərək gömrük-keçid məntəqəsində çox sıxlıq olmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasının müvafiq orqanlarının buradakı nümayəndələrinin bizə göstərdiyi xoş münasibət və qonaqpərvərlik diqqətimdən yayınmadı. Muxtar respublikaya daxil olmaq üçün lazım olan bütün işlər ardıcıl və sürətlə yerinə yetirildikdən sonra gömrük işçilərinin ilk xəbərdarlığı “Yol hərəkəti qaydalarına riayət edin!” oldu. Biz də bu xəbərdarlığı nəzərə alaraq yolumuza davam etdik.

Naxçıvan Azərbaycanın tərkibində muxtar respublikadır. Bu gözəl diyarda səhər yeməyini yedikdən sonra gəzintiyə çıxdıq, təbii ki, yol hərəkəti qaydalarına riayət edərək. Naxçıvan şəhərinin bütün küçə və prospektlərində piyadalar üçün xüsusi keçidlər vardır. Piyada ayağını həmin keçidin olduğu avtomobil yoluna qoyduğu zaman bütün maşınların sürücüləri ona yol verir. Şəhərdəki prospektlər olduqca genişdir. Binalarda qədim və müasir arxitekturanın izlərini görmək mümkündür. Bir sözlə, Naxçıvan insana rahatlıq bəxş edən bir diyardır.
Dil problemi yaşamadığımız Naxçıvanda küçədə, bazarda gəzərkən özümüzü heç də xarici ölkə vətəndaşı kimi hiss etmədik. Bütün dükanlarda Türkiyə istehsalı olan malları görmək mümkündür. İnsanların bir-birinə olan hörməti də görməyə dəyər. Qanunlara hər kəsin dəqiqliklə riayət etdiyi diyara sabitlik, inkişaf hakimdir. Qısacası, burada çaxnaşma yoxdur. Naxçıvandakı adət-ənənələr bizim adət-ənənələrimizə çox yaxındır, əslində, demək olar ki, eynidir.
Ziyarət etdiyimiz Duzdağ mağarasını da görməyə dəyər. Astma-bronxit kimi çətin sağalan xəstəliklərlə birlikdə allergik xəstəliklərin müalicəsi üçün tunelin içində fizioterapiya mərkəzi yaradılıb. Burada müalicə mərkəzi fəaliyyət göstərsə də, bütün ziyarətçilərə açıqdır və tunelə daxil olanlardan heç bir ödəniş tələb olunmur. Ətrafda başqa bir müəssisə də yoxdur. Bu mərkəz gəlir əldə etmək üçün yaradılmayıb. Yəni tamamilə humanist məqsədlərlə, insanlara, onların sağlamlığının bərpasına dəstək vermək məqsədilə yaradılıb.
Naxçıvan şəhər mərkəzindən, təxminən, 20 kilometr məsafədə yerləşən, hər kəsin müqəddəs məkan kimi qəbul etdiyi, duaların qəbul olunduğu Əshabi-Kəhf mağarasına doğru yola çıxdıq. Bu mağaradan dünyanın bir neçə ölkəsində olduğuna inanılır. Ancaq inama görə, “Qurani-Kərim”də işarə edilən müqəddəs yer məhz Naxçıvandadır. Burada da ziyarətə gələnlər heç bir ödəniş etmir.
Naxçıvanda hər şey təbiidir, eynilə insanları kimi. Burada bir-iki gün içərisində qazandığımız dostlarla birlikdə iranlılarla da tanış olmaq fürsətimiz oldu. İkigünlük səyahətimizdə iqtisadi və sosial aspektlərini tam olaraq araşdıra bilmədiyim qardaş ölkəmiz Azərbaycanın Naxçıvan Muxtar Respublikasına səfər etmək, oradakı gözəllikləri görmək lazımdır. Buradan Naxçıvana ehtiramımı bildirirəm.

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5319934
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4518
18695
59508
368140
5319934

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter