29 Aprel 2017, Şənbə

ARXİV

Aprel 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Bu ilin birinci rübündə görülən işlərə həsr olunan iclası Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov açaraq partiyanın xalqımızın və ölkəmizin həyatında mühüm rolu olduğunu, yarandığı vaxtdan bu günə kimi siyasi mübarizələrlə dolu şərəfli bir yol keçdiyini bildirib. O, müstəqillik tarixinin uğurlarının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq qeyd edib ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyası kimi müstəqil ölkəmizin inkişafında mühüm rol oynayıb.
Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı partiya sıralarının genişləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirib. Bəhs edilən dövrdə rayonda partiya üzvlərinin ümumi sayı 1485 nəfərə çatıb. Onların 279 nəfərini qadınlar, 378 nəfərini gənclər təşkil edir. Bu ilin birinci rübündə partiya sıralarına 15 nəfər qoşulub ki, bunlardan 14-ü gənc, 5-i qadındır.

Təşkilat öz işini partiyanın Pro­qram və Nizamnaməsinin tələblərinə uyğun qurmağa səy göstərərək rayonun ictimai-siyasi həyatında fəal iştirak edib. Bu dövr ərzində əlamətdar və tarixi günlərlə əlaqədar tədbirlərin keçirilməsinə diqqət artırılıb.
Partiya üzvlüyünə qəbulun daim diqqətdə saxlanıldığını nəzərə çatdıran Arif Qasımov vurğulayıb ki, məqsəd gənclər arasında ideya-siyasi işi gücləndirməklə, nümunəvi və bacarıqlı gənclərin partiya sıralarına daha fəal cəlbinə nail olmaqdır. Bu məqsədlə təşkilatın şura və idarə heyəti üzvləri yerlərdə olur, ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları ilə görüşür, söhbətlər aparırlar. Rayonda tikilən kənd mərkəzlərində partiyanın ərazi ilk təşkilatları üçün hər cür şəraiti olan iş otaqlarının ayrılması bu təşkilatların fəaliyyətinə geniş imkanlar yaradır.
Yığıncaqda Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva, Gənclər Birliyinin sədri Polad Rzazadə, Yeni Azərbaycan Partiyası Sədərək kənd ərazi ilk təşkilatının sədri Ceyhun Əlizadə çıxış ediblər.

Sərxan İSMAYILOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2031047
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14347
19173
106232
451025
2031047

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter