27 İyun 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab aprelin 18-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın istehsal, təhsil, mədəniyyət müəssisələri ilə tanış olub.
Əvvəlcə Almaniyanın səfiri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olub.
Səfir Mixael Kindsqrab Naxçıvan Biznes Mərkəzinə gələrək muxtar respublikada istehsal olunan məhsullardan ibarət guşələrə baxıb. Məlumat verilib ki, mərkəzin əsas fəaliyyət sahəsi sa­hibkarların maarifləndirilməsi, iş adamlarına ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar, dünya və ölkə iqtisadiyyatındakı yeniliklər, sahibkarların yeni iş təcrübələri, marketinq fəaliyyəti, reklam işi, dünya maliyyə sistemindəki vəziyyət və dəyişikliklər barədə məlumat verməkdir.

Vurğulanıb ki, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi hesabına hazırda muxtar respublikada 367 növdə məhsul istehsal olunur. Bu məhsulların 121 növü ərzaq, 246 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tama­milə daxili imkanlar hesabına ödənilir. Bütün bunlar iqtisadiyyatın şaxələndirilməsinə və sahibkarlara dövlət dəstəyinin gücləndirilməsinə, özəl sektorun inkişaf etməsinə yaradılan şəraitin bəhrəsidir.
Diqqətə çatdırılıb ki, mərkəzdə muxtar respublikada istehsal olunan 900-dən çox müxtəlif məhsullar nümayiş etdirilir. Böyük şirkətlərlə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının məhsulları da burada yer alıb. Mərkəzdə milli dəyərlərimizin mühüm nümunələri olan xalçaçı­lıq, dekorativ-tətbiqi sənət, dulusçuluq, rəssamlıq və ağac üzərində oyma işləri də sərgilənir.
Naxçıvan Avtomobil Zavodunda olarkən qonağa məlumat verilib ki, zavod 2010-cu ildən fəaliyyətdədir. Burada Almaniyadan, İtaliyadan və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. İstehsal prosesi konveyer üsulu ilə təşkil edilib. Zavod Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. Respublikada sifarişlərin artması nəzərə alınaraq, zavod model sırasını genişləndirir. Hazırda zavodda 14 modeldə “NAZ-Lifan” avtomobili istehsal olunur.
Duzdağ Fizioterapiya Mərkəzinə gələn səfir Mixael Kindsqraba məlumat verilib ki, mərkəz 1979-cu il dekabrın 29-dan 50 çarpayılıq xəstəxana kimi ya­radılıb, hazırda Naxçıvan duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin edilib. Duzdağ Fizioterapiya Mərkəzinin digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə tez adaptasiya olunurlar.
Qeyd edilib ki, dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Son illərdə ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3027779
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
7844
15326
23170
463246
3027779

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter