18 Avqust 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvanın orta əsr tarixinin mühüm aspektləri illərdir ki, aşkar olunmuş numizmatik kəşflər və arxeoloji xəzinələrdə əks olunmuşdur. Orta əsrlərə aid Naxçıvanqala, Ərəzin yaşayış məskəni və Naxçıvan xanlarının zərbxanaları Azərbaycanın yerli iqtisadiyyatı və İpək Yolu ticarət marşrutunun inkişafında mühüm rol oynayan nadir mədəni abidələrdəndir.
Naxçıvanqala Naxçıvan şəhərində müdafiə divarları ilə möhkəmləndirilmiş istehkam kompleksidir. Hökmdar və feodal hakiminin əsas iqamətgahı olan qalada saray, xəzinə, inzibati və təsərrüfat binaları yerləşirdi. Qala müdafiə istehkamı kimi XVII əsrə qədər mövcud olmuş və Səfəvi-Osmanlı müharibələri zamanı güclü dağıntıya məruz qalmışdır.
Orta əsrlərdən bəri Azərbaycanın Naxçıvan bölgəsi mühüm ticarət mərkəzi olmuş, ərazi qızıl-gümüş pulların hazırlanması və zərb edilməsi mərkəzi kimi tanınmışdır. Fransız alimlərinin araşdırmaları və tarixi mənbələrə əsasən bugünkü Naxçıvan şəhərinin şimal hissəsi mühüm ticarət və sənətkarlıq mərkəzi olmuşdur. İran və Gürcüstanın müxtəlif şəhərləri, Bolqarıstan və Qara dəniz limanları, Kiçik Asiya şəhərləri ilə ticarət əlaqələrinin möhkəmləndirilməsi məqsədilə burada mühüm ticarət müqavilələri razılaşdırılaraq icra edilmişdir. Əmtəə istehsalının artımı və ticarətin inkişaf etməsi Naxçıvanda pul dövriyyəsi və pul istehsalı prosesinə də təsir etmişdir. Naxçıvana xas xüsusiyyətləri üzərində əks etdirən numizmatik materiallardan məlum olur ki, Böyük İpək Yolu üzərində yerləşən Naxçıvan Şərq və Qərb ticarət əlaqələrində strateji rol oynamış və XI-XII əsrlərdə regional ticarət əlaqələrinin daha da yaxşı inkişafına köməklik etmişdir.

Naxçıvan nekropolları bizim eradan əvvəl IV-II əsrlərə aiddir və bu fakt da təsdiq edir ki, Azərbaycanın Naxçıvan bölgəsi qədim geostrateji maraqlar üçün strateji əhəmiyyətə malik olmuşdur.
XII əsrdə Atabəylər dövründə mis dirhəm və sikkələrin artımı müşahidə olunmuşdur. Naxçıvan zərbxanası Səfəvilər dövründə daha gərgin fəaliyyət göstərmiş, burada İsmayıl (1501-24), I Təhmasib (1524-76), II İsmayıl (1576-77), Məhəmməd Xudabəndənin (1578-87) adlarından yeni sikkələr, həmçinin Məhəmmədi, I Abbas və onun xəlifələrinin adından gümüş və mis sikkələr zərb olunmuşdur. Naxçıvan zərbxanası xanlıqlar dövründə də fəaliyyətini davam etdirmiş və adsız gümüş sikkələr zərb etmişdir.
Culfa rayonunda eyniadlı kəndin qərbində Naxçıvan-Ərəfsə avtomobil yolunun sağ tərəfində orta əsrlərə aid Ərəzin yaşayış yeri yerləşir. “Ərəzin” toponimi eramızdan əvvəl IX əsrə aid urartuluların mixi yazılı abidələrində xatırlanır. Urartuluların Culfa ərazisinə basqınları və Arsini şəhər əhalisinin onlara müqavimət göstərmələri tarixi mənbələrdə qeyd edilir. Bəzi tədqiqatçılar “Arsini” toponiminin indiki Ərəzin olduğu fikrini irəli sürürlər. Yaşayış yerinin ərazisi şimal-şərqdə və cənub-qərbdə quru çay vadisi ilə məhdudlaşır. 1989-cu ildə aparılan tikinti işləri zamanı abidənin bir hissəsi dağıdılmışdır. Yaşayış yerinin mərkəzi hissəsi 360 kvadratmetr sahədə qismən salamat qalmışdır. 1991-ci ildə ərazidə kəşfiyyat xarakterli tədqiqat işləri aparılarkən oradan yerüstü materiallar (əmək alətlərinin qırıqları, çəhrayı rəngli şirli və şirsiz saxsı qab parçaları, bişmiş kərpic, istehsal tullantıları və sair) aşkar olunmuşdur. Abidənin bu hissəsində mədəni təbəqə 2 metr qalınlığında saxlanılmışdır. Dağıdılmış hissələrdə qara rəngli kül dolu ocaq yerlərinə təsadüf olunmuşdur. Tapıntılar arasında misdən hazırlanmış bir ədəd qarmaq vardır.
Culfa rayonu və ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasının digər arxeoloji abidələri bəşəriyyət tarixi üçün mühüm olan nadir xəzinələri təmsil edir və beynəlxalq ziyarətçilər üçün turistik mərkəz hesab olunur. Bu səbəbdən də YUNESKO rəhbərliyi Naxçıvanın arxeoloji xəzinələrini diqqətlə nəzərə almalıdır.

Peter TASE
11.04.2017
Amerika Birləşmiş Ştatlarının
“Foreign Policy News” qəzeti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3809848
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14523
14451
73960
264065
3809848

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter