25 İyun 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Silahlı Qüvvələrimiz Azərbaycanın müstəqilliyinin, təhlükəsizliyinin qarantıdır. Bu gün ordumuzda döyüş ruhu yüksəlib, güclü maddi-texniki baza yaradılıb.
Bu fikirlər Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində keçirilən gənclərin hərbi xidmətə yola salınması mərasimində səsləndirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Naxçıvan Şəhər Təşkilatının sədri Firudin Süleymanov və Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov çıxış edərək hərbi xidmətə yola salınan gənclərə uğurlar arzulayıblar. Bildirilib ki, gənclərimiz yaxşı xidmət etməli, xidmət dövründə hərbi texnikanın sirlərinə yiyələnməli və Ali Baş Komanda­nın əmri olarsa, istənilən anda düşmənə layiqli cavab verməyə hər zaman hazır olmalıdırlar.

Valideynlər adından çıxış edən gənc əsgər babası, Azərbaycan Vətən müharibəsi veteranı Vilayət Niftəliyev nəvəsini hərbi xidmətə yola saldığı üçün fəxr etdiyini bildirib, çağırışçı gənclərə uğurlar arzulayıb. O deyib ki, bugünkü qüdrətli ordumuz müstəqil dövlətimizin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Bir il əvvəl, tarixə Azərbaycan Silahlı Qüvvələrinin aprel zəfəri kimi yazılmış, xalqımıza qalibiyyətin sevincini yaşadan, məhz böyük şəxsiyyətin gərgin səyləri nəticəsində yaradılan, ötən illər ərzində gücləndirilən ordumuz bu gün daha da böyük zəfərlərə imza atmaq qüdrətindədir.
Çağırışçılar adından çıxış edən Bilal Əhmədov Vətənin keşiyində ayıq-sayıq dayanacaqlarına, komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtında və layiqincə yerinə yetirəcəklərinə söz verib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik Elxan Əliyev bildirib ki, “Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikasının Prezidenti 2017-ci il 10 mart tarixdə Sərəncam imzalayıb. O, bu gün ordumuza göstərilən dövlət qayğısından danışıb, hərbi xidmətə yola salınan bütün çağırışçıları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Xidmət rəisi deyib ki, ordumuzun ötən il qazandığı zəfərin ildönümünün qeyd edildiyi bir vaxtda hərbi xidmətə yola düşmək gənc­lərimiz üçün ikiqat bayramdır. Bu gün mobil və yüksək döyüş hazırlığına malik olan Silahlı Qüvvələrimiz regionun ən güclü ordusu hesab edilir. General, zabit və əsgərlərimiz aprel döyüşlərində bunu təkcə düşmənimiz olan işğalçı Ermənistan ordusuna deyil, bütün dünyaya nümayiş etdirdilər. Belə bir orduda xidmət etmək şərəfi sizə nəsib olduğu üçün məsuliyyətiniz ikiqat artır.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Həmin gün Babək rayonunda da gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib.

 Səbuhi Hüseynov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3001493
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11658
14562
113773
436960
3001493

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter