11 Dekabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən bələdiyyələrə metodik köməkliklər göstərilməsi məqsədilə maarifləndirmə tədbirlərinə başlanılıb. İlk belə tədbir Ordubad rayonunun Sabirkəndində keçirilib. Kənd mərkəzində təşkil olunan tədbirdə Ordubad rayonunda fəaliyyət göstərən bələdiyyələrin sədrləri və səlahiyyətli nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə nazirliyin şöbə rəisi Səttar Zamanov açıb. Muxtar respublikada fəaliyyət göstərən bələdiyyələrə göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, rayonda bələdiyyələrin normal fəaliyyəti üçün hər cür şərait yaradılıb, bu qurumların əksəriyyəti yeni binalarda yerləşdirilib. Bunun müqabilində bələdiyyə üzvləri məsuliyyətlərini dərindən dərk etməli, fəallıq göstərməlidirlər.
Nazirliyin əməkdaşlarından Xəyal Eyvazov “Bələdiyyələrin fəaliyyətində qanunvericilikdən irəli gələn vəzifələrin yerinə yetirilməsi”, Ayaz Məhərrəmov “Bələdiyyə orqanlarında vətəndaşların müraciətləri barədə münasibətləri tənzimləyən qanunvericilik” mövzularında çıxış ediblər.

Məruzələrdə vurğulanıb ki, ölkəmizin digər regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bələdiyyələrin cəmiyyətdə özünə layiqli yer tutması üçün hər cür şərait yaradılıb. Bələdiyyələrin qanunvericiliyin tələblərinə əməl etmələri baxımından onlara metodik köməklik göstərilməsi məqsədilə, habelə hüquqi maarifləndirmə tədbirlərinin əhəmiyyəti nəzərə alınaraq Ədliyyə Nazirliyi tərəfindən bütün rayonlarda mütəmadi olaraq seminar-müşavirə keçirilir.
Tədbirdə bələdiyyələrə “Bələdiyyə büdcəsinin planlaşdırılması: şəffaflıq və hesabatlılıq” adlı metodik vəsait paylanılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Belə tədbirlərin muxtar respublikanın digər rayon (şəhər) bələdiyyələri üçün keçirilməsi nəzərdə tutulur.


Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin
mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5626509
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
9961
18377
9961
172400
5626509

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter