20 Oktyabr 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Məişətdə və istehsalatda baş verən yanğın hadisələrinin böyük əksəriyyəti elektrik qurğularının istismarı, elektrik avadanlıqları və cihazlarının istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi səbəbindən baş verir. Artıq yüklənmə, qısaqapanma, izolyasiyanın pozulması, naqillərin müvafiq texniki qaydalara uyğun çəkilməməsi, montaj işlərindəki səhvlər və sair yanğınların baş verməsinə şərait yaradır. Məişətdə və istehsalatda elektrik qurğularının istismarı, elektrik avadanlıqları və cihazlarının istifadəsi zamanı yanğın təhlükəsindən uzaq olmaq üçün bir sıra qaydalara əməl olunması vacibdir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi bütün bunları nəzərə alaraq elektrik cihazları və elektrik təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi qaydalarına istehlakçılar, idarə, müəssisə, təşkilat rəhbərləri və vətəndaşlarımız tərəfindən əməl olunmasını tövsiyə edir.
Qeyd etmək lazımdır ki, bütün elektrik qurğularının quraşdırılması və onun istehlakçılar tərəfindən istismarı müvafiq qayda və normativ sənədlərə, təlimatlara uyğun həyata keçirilməlidir.

Elektrik mühərrikləri, idarəetmə aparatları, nəzarət-ölçü cihazları və mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri) müvafiq qaydaların tələblərinə uyğun olaraq seçilib quraşdırılmalı, eləcə də artıq yüklənmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməlidirlər. İşin sonunda təyinatından asılı olmayaraq, nəzarət edilməyən bütün otaqlarda elektrik qurğuları və cihazları növbətçi işçilər tərəfindən dövriyyədən ayrılmalıdır.
Elektrik qurğularının istismarı zamanı elektrik aparatlarının və cihazlarının onu hazırlayan müəssisənin tövsiyələrinə (təlimatlarına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb ola bilən nasazlığı varsa, belə aparat və cihazlardan istifadə etmək olmaz. Eləcə də izolyasiyası zədələnmiş və ya sıradan çıxmış naqillərdən, kabellərdən, həmçinin nasaz elektrik qurğularından istifadə etmək qadağandır. Elektrik lampasını və işıqlandırıcısını kağıza, parçaya və digər yanar materiallara bükmək, eləcə də ondan mühafizə qapağı – örtük (plafonu) çıxarıldıqda istifadə etmək yanğına səbəb ola bilər. Yadda saxlamaq lazımdır ki, müəssisələrdə və yaşayış evlərində bir elektrik uzadıcısına eyni vaxtda bir neçə elektrik cihazı qoşmaq düzgün deyil. Çünki həmin uzadıcı artıq yüklənmənin təsirindən tez əriyərək qısaqapanmaya və yanğının baş verməsinə səbəb ola bilər.
Dayağı yanmayan materiallardan olmayan elektrik ütülərindən, elektrik çaydanlarından və digər elektrik qızdırıcı cihazlardan istifadə etmək də yanğın təhlükəsi yarada bilər. Standartlara uyğun olmayan elektrik qızdırıcı cihazlarından istifadə olunması, magistral kabel xətlərinin və elektrik naqillərinin anbar otaqlarından, yanğın təhlükəli və yanğın partlayış təhlükəli zonalardan birbaşa çəkilməsi, elektrik qızdırıcı cihazlarının, televizorların, radio­qəbul­edicilərin və sair qurğuların şəbəkəyə qoşulu halda nəzarətsiz qoyulması, yaşayış evlərində nasaz və qeyri-standart elektrik qızdırıcılarından və cihazlarından istifadə etmək qəti qadağandır. Məişətdə mövcud olan elektrik cihazları və avadanlıqlarının istifadəsini azyaşlı uşaqlara həvalə edib evi tərk etmək olmaz. Mobil telefonların və digər elektrik cihazlarının qidalandırıcı adapterlərinin uzun müddət cərəyanda qoşulu halda saxlanılması yanğınlara səbəb ola bilər. Yaşayış evlərinin çardaq hissəsindən elektrik xətlərinin çəkilişi yanğın təhlükəsizliyi baxımından yolverilməzdir. Çünki uzun müddət Günəş şüalarının və temperaturun təsirindən naqillərin izolyasiya təbəqəsi sıradan çıxaraq qısaqapanmaya və yanğınlara gətirib çıxarır.
Elektrik qurğularının istismarı, elektrik avadanlıqları və cihazlarının istifadəsi zamanı yanğınların, əsasən, qısaqapanmalardan baş verməsini xüsusilə vurğulamaq lazımdır. Qısaqapanmalar izolyasiyası olmayan və ya zədələnmiş halda olan iki müxtəlif yüklü elektrik naqilinin bir-biri ilə birləşdiyi zaman baş verir. Qısaqapanmalar zamanı naqillər bir anda o dərəcədə qızırlar ki, metal damarlar əriyir, bol qığılcım və istilik əmələ gəlir. Əgər qısaqapanma yerində yanacaq materialları və ya yana bilən konstruksiyalar olsa, onlar dərhal alışarlar. Elə buna görə də naqillərin izolyasiyasının sazlığına daim nəzarət edilməlidir. Bununla yanaşı, elektrik şəbəkəsinə enerji işlədən müxtəlif cihazları qoşmaqla onları artıq yükləmək olmaz. Elektrik şəbəkəsində həddən artıq yüklənmə olduqda naqillərdə ayrılan istiliyin miqdarı artır. Bu zaman o naqillərin izolyasiyasını qızdıraraq alışdırır. Bu isə yanğınlara səbəb olur.
Elektrik naqillərinin üzərinə divar kağızı yapışdırmaq da təhlükəlidir. Elektrik naqillərinin telefon və radio naqillərinə, radio və televiziya antenalarına, dam örtüklərinə toxunmasına yol vermək olmaz. Telefon və radio naqillərindən cərəyankeçirici kimi istifadə etmək qadağandır. Naqillər bir-biri ilə birləşdiyi yerdə və eləcə də onların cərəyan qəbul­edicilərə birləşdirildiyi yerlərdə kontaktlar zəif olduqda həddindən artıq qızma əmələ gəlir.
Toxunulan məsələ ilə bağlı əhali bir daha diqqətli olmalı, təhlükəsizlik məsələlərində fəal iştirak etməli və belə hallarla üzləşdikdə dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinə məlumat verməlidir.
Evdən çıxarkən məişət elektrik cihazlarına, qurğularına və avadanlıqlarına nəzarət edin, onları söndürməyi unutmayın.

Mirtaleh Seyidov
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4763202
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4934
19017
71777
298262
4763202

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter