26 Aprel 2017, Çərşənbə

ARXİV

Aprel 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası Naxçıvan Muxtar Respublikası Prokurorluğunun hamiliyinə verilib. 

Aprelin 7-də universitetin bu ixtisas üzrə 3-cü kurs tələbələri Naxçıvan Muxtar Respublikası Prokurorluğunda olublar. Tələbələr əvvəlcə buradakı kitabxana ilə tanış olub, prokurorluq orqanlarında müraciətlərin baxılması qaydaları haqqında məlumatlar alıblar. Sonra onlara prokurorluğun kriminalistik avtomaşınının iş prinsipi izah olunub, cinayət işinin istintaqı zamanı aparılan istintaq hərəkətləri, o cümlədən cinayət işinin başlanması, təqsirləndirilən şəxs qismində cəlb­etmə, ittihamı elan­etmə qaydaları, dindirmə və üzləşdirmə məsələləri, ittihamın müdafiəsi, istintaq hərəkətlərinin sənədləşdirilməsi haqqında danışılıb, mövzu ilə bağlı slaydlar nümayiş etdirilib.

Tələbələrlə görüşdə Nax­çıvan Muxtar Respublikası­­nın prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev Ali Məclis ­Sədrinin adıçəkilən sərən­camı­nın və bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsinin əhəmiyyətindən danışıb. Prokuror bildirib ki, bu sərəncam tələbələrin dərs məşğələləri zamanı qazandıqları biliklərin təcrübədə tətbiqi, onların gələcək fəaliyyətə hazırlanmaları, yaxşı mütəxəssis kimi yetişmələri baxımından böyük əhəmiyyətə malikdir. Sərəncamda nəzərdə tutulan vəzifələrin uğurlu icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda görüləcək işlərə dair tədbirlər planının təsdiq olunduğunu bildirən prokuror diqqətə çatdırıb ki, planda hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün seminar-məşğələlərin keçirilməsi, onların prokurorluqda istintaq olunan cinayət işləri üzrə ayrı-ayrı istintaq hərəkətlərinin aparılmasında iştirakının və kriminalistik texnikanın mövcud imkanlarından səmərəli istifadəsinin, dövlət ittihamçıları ilə birgə dövlət ittihamının müdafiəsi üzrə məhkəmələrdə iştirakının təmin olunması nəzərdə tutulub. Bundan başqa, planda gələcək hüquqşünasların muxtar respublika prokurorluğunun kitabxanasından və qanunvericilik bazası sistemindən istifadə etmələri, istehsalat təcrübələri keçmələri üçün lazımi şəraitin yaradılması da öz əksini tapıb. Prokuror diqqətə çatdırıb ki, ötən dövrdə bu istiqamətdə xeyli iş görülüb və həyata keçirilən tədbirlər hazırda da davam etdirilir. 

Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin dekanı, fəlsəfə elmləri doktoru Qərib Allahverdiyev hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda öz ixtisaslarını daha dərindən öyrənmələri üçün yaradılan şəraitə görə minnət­darlığını bildirib.
Sonda suallar cavablandırılıb.
Qeyd edək ki, tələbələr dünən Naxçıvan Şəhər Prokurorluğunda da olublar.

Səbuhi Həsənov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

1976931
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10296
25913
52116
396909
1976931

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter