11 Dekabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

İclasda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının martın 16-da keçirilmiş iclasında qarşıya qoyulan vəzi­fələr və Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının bu ilin birinci rübündə gördüyü işlər müzakirə olunub.
Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayevin məruzəsi dinlənilib.
Bildirilib ki, Yeni Azərbaycan Partiyası ulu öndərimiz Heydər Əliyevin ətrafında birləşən, sabitlik və inkişaf bəxş edən, ölkəni parçalamaq istəyənlərə qarşı mübarizə aparan Azərbaycan xalqının arzusu və tələbi ilə təsis olunub. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə partiya böyük inkişaf yolu keçib, üzvlərinin sayı xeyli artıb.
Vurğulanıb ki, bu il mart ayının 16-da keçirilən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbov partiyanın yarandığı gündən indiyədək keçdiyi şərəfli yolu yüksək qiymətləndirib.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının gücü onun ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ideyalarının uzun bir dövrə və tarixi proseslərə hesablanmasındadır. Məhz bu amili əsas götürərək ümummilli liderimiz deyirdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin partiyasıdır. Partiyamızın dünəni quruculuq, bu günü isə yaradıcılıq tarixidir. Hər bir partiya üzvü əməyi və fəaliyyəti ilə gedən müsbət proseslərdə iştirak edib, ona öz töhfəsini verib, ölkəmiz, onunla birlikdə partiyamız, eləcə də onun Naxçıvan Muxtar Respublika Təşkilatı böyük inkişaf yolu keçib. Bu gün Yeni Azərbaycan Partiyasının üzvləri muxtar respublikanın siyasi fəal əhalisinin 18 faizini təşkil edir ki, bu rəqəm də partiyanın yarandığı ilk dövrdəkindən 47 dəfə çoxdur. Partiya sıraları təkcə kəmiyyət yox, həm də keyfiyyət baxımından genişlənib, bu gün təşkilatın sıralarında ziyalılar və gənclər çoxluq təşkil edir.
Məruzəçi Siyasi Şuranın iclasında verilmiş tapşırıqlara uyğun olaraq qeyd edib ki, rayon təşkilatı gənclərlə işə bundan sonra da üstünlük verməli, vətənpərvər gənclər partiyaya üzv qəbul edilməli, onların sosial şəbəkələrdə fəallığı artırılmalı, Qadınlar Şurasının fəaliyyətinin yüksəldilməsinə nail olunmalıdır. Partiyanın əsas vəzifələrindən biri də kadr siyasətidir və bu sahə yenə də diqqətdə saxlanılmalı, partiya üzvləri muxtar respublikanın ictimai-siyasi həyatında fəal iştirak etməlidirlər.
İclasda qeyd olunub ki, hazırda partiyanın Şərur Rayon Təşkilatının 10 min 355 nəfər üzvü 82 ilk təşkilatda birləşib. Partiya üzvlərinin 3 mindən çoxunu qadınlar, 312 nəfərini gənclər təşkil edir. İlin ilk üç ayı ərzində partiya sıralarına qəbul olunan 22 nəfər gəncin 10-u qadınlardır. Bundan sonra da varislik təmin edilməli, partiya üzvləri ölkəmizin, o cümlədən muxtar respublikanın siyasi həyatında fəal iştirak etməlidirlər.
Partiya üzvlərinin qəbulunun daim diqqətdə saxlanıldığını nəzərə çatdıran Əmir Babayev vurğulayıb ki, məqsəd gənclər arasında ideya-siyasi işi gücləndirməklə nümunəvi və baca­rıqlı gənclərin partiya sıralarına daha aktiv cəlbinə nail olmaqdır. İlk partiya təşkilatlarının fəaliyyəti daim diqqətdə saxlanılır, bu məqsədlə təşkilatın şura və idarə heyəti üzvləri yerlərdə olur, ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları ilə görüşür, söhbətlər aparırlar. Rayonda tikilən kənd mərkəzlərində partiyanın ərazi ilk təşkilatları üçün hər cür şəraiti olan iş otaqlarının ayrılması bu təşkilatların aktiv fəaliyyətinə geniş imkanlar yaradır.
Məruzəçi qeyd edib ki, hər bir partiya üzvü bundan sonra fəaliyyətini Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının iclasında qarşıya qoyulmuş vəzifələrə uyğun, partiya işinin daha da yaxşılaşdırılması istiqamətində qurmalı, rayonumuzun ictimai-siyasi həyatında partiya üzvlərinin fəallığı daha da artmalıdır.
Müzakirələrdə “Kapital Bank” ASC-nin Şərur rayon filialının, Püsyan və Düdəngə kəndlərindəki ərazi ilk partiya təşkilatlarının sədrləri Fazil Mehdiyev, Tacir Rəcəbov və Həcər Əsgərova çıxış ediblər.

Elman Məmmədov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5626409
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
9861
18377
9861
172300
5626409

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter