27 İyun 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həmişə gəncliyin qüvvəsini, potensialını yüksək qiymətləndirmiş, bu sahəyə daim xüsusi diqqət və qayğı göstərmiş, gənclərin vətənpərvər, fiziki və mənəvi cəhətdən sağlam, hərtərəfli biliyə malik olmaları üçün hər cür şərait yaratmışdır.
Ümummilli liderimiz gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasını gənclərin tərbiyəsinə cavabdehlik daşıyan bütün qurumların qarşısında ən mühüm vəzifə kimi qoymuş, müxtəlif səviyyəli tədbirlərdə, gənclərlə, müəllimlərlə, ziyalılarla çoxsaylı görüşlərində bu məsələyə dəfələrlə toxunaraq öz müdrik məsləhət, tövsiyə və tapşırıqlarını vermişdir. Ulu öndər demişdir: “Öz dili, mədəniyyəti, mənəvi dəyərləri ilə tərbiyə olunmuş gənclər heç vaxt Vətəninə, xalqına ögey münasibət bəsləməz. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli dəyərlərimizin əsasında tərbiyələnməlidirlər. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.
Dahi şəxsiyyət gənclərə həmişə xüsusi diqqət və qayğı göstərmişdir. Onun 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanı gənclərə göstərdiyi diqqət və qayğının əyani təzahürüdür. Həmin fərmana uyğun olaraq təsdiqlənmiş tədbirlər planında gənclər siyasətinin bütün istiqamətləri öz əksini tapıb. Bu qanun ölkəmizdə gənclərin inkişafında yeni bir mərhələnin başlanğıcını qoyub. Ümummilli liderin müəyyənləşdirdiyi gənclər siyasətinin əsasında Azərbaycançılıq ideologiyasından qaynaqlanan dövlətin inkişafı, xalqımızın rifahının yüksəldilməsi yönündə fəaliyyət və tolerantlığın inkişaf etdirilməsi dayanır.

Dövlət gənclər siyasətinin uğurla davam etdirilməsi müstəqil Azərbaycan Respublikasının daha da qüdrətləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Bunun ifadəsidir ki, bu gün ölkəmizin vətənpərvər gəncləri ictimai həyatın bütün sahələrində öz təşəbbüskarlığı ilə seçilir, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Son illər respublikamızda həyata keçirilən tədbirlər Vətənə sədaqətli gənclərin hərtərəfli inkişafının təmin olunması üçün sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların fəallığının artmasına kömək edib.
Cəmiyyət həyatının bütün sahələri kimi gənclərlə birbaşa bağlı dövlət proqramları qəbul olunub və onların icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib. Həmin tendensiya son zamanlar daha böyük uğurla davam etdirilir. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılıb, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı artırılıb.
Muxtar respublikamızda da gənc­lərin sağlam, vətənpərvər ruhda böyümələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qeyd etdiyi kimi: “...Bu gün bizim qarşımızda bir vəzifə durur: mənəviyyatca təmiz, intellektli və vətənpərvər gənclər yetişdirmək. Gənclərin bir yolu var. Bu yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək Vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır”.
Bu gün Vətən uğrunda şəhid olan oğullarımızın xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələri və müharibə iştirakçılarının reabilitasiyası, sosial problemlərinin yerindəcə həlli məsələsi diqqət mərkəzində saxlanılır. Torpaqlarımızın müdafiəsi zamanı şəhid olanların döyüş yolu haqqında materialların toplandığı Xatirə Muzeyi müasir səviyyədə yenidən qurulub. Muxtar respublikamızdan olan Milli qəhrəmanların və şəhidlərimizin döyüş yolu haqqında vaxtaşırı mətbuat və televiziyada materiallar hazır­lanır. Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatı da, öz növbəsində, gənclərə qəhrəmanlıq tariximizin və bu tarixi yazanların döyüş yolunun çatdırılmasında fəal iştirak edir. Məktəblərdə, mədəniyyət müəssisələrində, hərbi hissələrdə bu istiqamətdə aidiyyəti qurumlarla birlikdə tədbirlər təşkil olunur. Gənclərin hərbi xidmətə yola salınması və hərbi xidmətlərini başa vurmuş əsgərlərin tərxis olunması mərasimlərində təşkilat yaxından iştirak edir, onlara mənəvi cəhətdən dəstək olur.
Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarına, ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə diqqətlə yanaşıb və bu gün də elədir. Çünki yuxarıda qeyd olunan bu amillər gənclərdə fədakarlıq, qəhrəmanlıq və məğlub­edilməzlik hissi yaradır, inam hissini gücləndirir, onları qələbəyə ruhlandırır. Vətənpərvərliyin tərkib hissəsi olan hərbi-vətənpərvərlik tərbiyəsi yeniyetmə və gənclərə doğma Vətəni dərin məhəbbətlə sevməyi öyrədir. Eyni zamanda yeniyetmə və gənc­lərdə Vətən torpaqlarına göz dikənlərə qarşı amansız olmaq, Vətən uğrunda son damla qanına qədər döyüşmək kimi keyfiyyətlər aşılayır. Hərbi-vətənpərvərlik tərbiyəsi həm də gənc nəsli Vətənə xidmət etməyə səsləyir. Gənclərdə milli mənlik şüuru­nun inkişaf etdirilməsi isə onların müstəqil dövlətimizə sadiq vətəndaş kimi yetişməsinə zəmin yaradır. Unutmaq olmaz ki, daim Vətənin gələcəyini düşünmək, hərbi bilik və vərdişlərlə yanaşı, mərdlik və qəhrəmanlıq kimi xüsusiyyətlərə yiyələnmək hər bir gəncin müqəddəs vəzifəsidir.

Mirməcid Seyidov
Azərbaycan Vətən Müharibəsi
Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika
Təşkilatının sədri

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3031190
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11255
15326
26581
466657
3031190

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter