11 Dekabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada son illər iqtisadi və sosial sahələrdə məqsədyönlü tədbirlər həyata keçirilib. Əhalinin səmərəli məşğulluğunun təmin edilməsində mühüm əhəmiyyəti və ən əsası iqtisadiyyatın yüksək gəlirli sahəsi olan turizmin inkişafı üzrə də məqsədyönlü işlər görülüb.
Muxtar respublikada qədim dövrlərin yadigarı olan tarixi abidələr – Möminə xatın, Qarabağlar, Yusif Küseyir oğlu və Gülüstan türbələri, əsrlərdən bəri qorunub saxlanılan tarixi yaddaşı özündə əks etdirən qədim insanların ilk məskunlaşdığı yaşayış yeri Gəmiqaya, xalqımızın məğlubedilməzliyinin simvolu olan Əlincəqala, möhtəşəmliyi ilə seçilən Haçadağ, misilsiz təbiət abidələrindən Göygöl, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və yüzlərlə digər sənət əsərləri Naxçıvan diyarının əsas turizm ehtiyatıdır. Muxtar respublikanın əlverişli coğrafi mövqeyi, flora və faunasının müxtəlifliyi, mədəni-tarixi irsi, zəngin milli mətbəxi, qonaqpərvərlik ənənələri turizmin inkişafı üçün böyük perspektivlər açıb.

Tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 6 dekabr tarixli Sərəncamı muxtar respublikada abidələrin yenidən və əsaslı şəkildə tədqiq edilməsində, öyrənilməsində və siyahıya alınmasında, bərpa edilərək gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayıb. Muxtar respublikada geniş vüsət almış tikinti-quruculuq işləri, bütün sahələrdə infrastrukturun yenilənməsi, müasir avtomobil yollarının salınması və digər bu kimi mühüm tədbirlər bütün yaşayış məntəqələrini müasirliyə qovuşdurmaqla yanaşı, turizmin inkişafına da geniş imkanlar yaradıb. Muxtar respublikada beynəlxalq standartlara cavab verən mehmanxanalar, müasir əyləncə və iaşə obyektləri, Ağbulaq İstirahət Mərkəzi tikilib, Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxanası müasir tələblər səviyyəsində yenidən qurulub, yeni turizm marşrutları istifadəyə verilib.
Naxçıvan Turizm İnformasiya Mərkəzinin yaradılması, Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində Turizm və otel­çilik ixtisaslarının açılması, İran İslam Respublikası və Türkiyə Respublikası ilə sərhəd-keçid rejiminin sadələşdirilməsi, yeni beynəlxalq marşrutların təşkili turizmin inkişafına əlverişli şərait yaradıb.
Bütün sahələrdə qeydə alınmış dinamik inkişafla yanaşı, muxtar respublikanın təhlükəsiz region kimi tanınması da buraya gələn turistlərin sayının artmasına müsbət təsir göstərib.
Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2016-cı ildə keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Sabitlik, iqtisadi inkişaf, zəngin tarixi-mədəni irs, ekoloji cəhətdən təmiz qida məhsulları və yaradılan şərait Naxçıvanda turizmin inkişafını şərtləndirən əsas amillərdir. Muxtar respublikanın turizm potensialı bura səfər edən xarici ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir...”
Aparılmış məqsədyönlü tədbirlərin nəticəsidir ki, 1995-ci ildə muxtar respublikaya 38,6 min nəfər turist gəlmişdisə, bu göstərici 2006-cı ildə 93,9 min nəfər, 2010-cu ildə 287,6 min nəfər, 2016-cı ildə 403,3 min nəfər olub. 2016-cı ildə muxtar respublikaya gələn turistlərin sayı 1995-ci illə müqayisədə 10,4 dəfə artıb. Cari ilin ilk rübü ərzində muxtar respublikaya gələn turistlərin sayı bir il öncəyə nisbətdə 5,1 faiz artaraq 98,8 min nəfər təşkil edib.
Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan olunması muxtar respublika haqqında dolğun məlumatların dünya ictimaiyyətinə çatdırılmasına, turizmin inkişafına geniş imkanlar yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin
mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5626534
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
9986
18377
9986
172425
5626534

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter