29 İyun 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Martın 28-də İsveçrənin Bern şəhərindəki Dinlər Evində Azərbaycanın İsveçrədəki səfirliyinin təşəbbüsü və “Dinlər Evi - Mədəniyyətlərin Dialoqu” qurumunun təşkilatçılığı ilə “Multikulturalizm və mədəniyyətlərarası dialoq” mövzusunda konfrans keçirilib.
Tədbiri Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı açaraq ölkəmizin əsrlərboyu müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu bir məkan olduğunu, ayrı-ayrı millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanındığını bildirib. Azərbaycanda multikulturalizmin artıq alternativi olmayan həyat tərzinə çevrildiyini qeyd edən səfir dövlət başçısının müvafiq sərəncamları ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olunduğunu diqqətə çatdırıb.

Azərbaycan dövlətinin müxtəlif dini icmalara münasibətdə həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bu istiqamətdə tarixən formalaşmış dəyərlərdən söz açıb, müxtəlif dini icmaların birgəyaşayış nümunəsindən danışıb.
“Dinlər Evi - Mədəniyyətlərin Dialoqu” təşkilatının rəhbəri Qerda Hauk İsveçrədə bu istiqamətdə mövcud olan qanunvericilik aktları barədə məlumat verib.
Sonra konfrans diskussiya şəraitində davam etdirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov və Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarənin rəisi Vüqar Babayev ölkəmizdə bu sahədə görülən işlər barədə danışıblar. Konfransda Naxçıvanda multikultural dəyərlərə göstərilən diqqət, məzhəb ayrı-seçkiliyinə yol ve­rilməməsi yüksək qiymətləndirilib. Vurğulanıb ki, müasir dövrdə müxtəlif məzhəblərə məxsus insanların eyni yerdə ibadət etməsi çox nadir görülən hadisələrdəndir. Vüqar Babayev əhalisinin çoxunun müsəlmanlar olduğu Naxçıvanda digər dinlərin nümayəndələrinə də yüksək diqqət və qayğı göstərildiyini, Ordubad şəhərindəki məbədin bərpa olunmasını multikultural dəyərlərə verilən əhəmiyyətin bir nümunəsi olduğunu bildirib. Naxçıvanda yaşayan müxtəlif millətlərin nümayəndələrinin yüksək dövlət vəzifələrində təmsil olunduğunu, onların fəxri adlarla təltif edildiyini bildirən Vüqar Babayev muxtar respublikada fəaliyyət göstərən Multikulturalizm komissiyaları barədə də ətraflı məlumat verib.
Bern şəhəri ilə tanışlıq zamanı İsveçrədə peşə təhsilinə xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarənin rəisi Vüqar Babayev Naxçıvanda peşə təhsilinin özünəməxsus modelinin yaradıldığını bildirib, nəticədə, peşə təhsilinə marağın artdı­ğını, hətta sağlamlıq imkanları məhdud insanların da peşə kurslarına cəlb olunduğunu diqqətə çatdırıb. İsveçrənin bu sahə üzrə məsul şəxsləri tezliklə muxtar respublika ilə tanış olmaq niyyətlərini ifadə ediblər.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3064264
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11461
16573
59655
499731
3064264

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter