29 İyun 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Bu il yanvarın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr mövzusunda müşavirə keçirilib. Müşavirədə Ali Məclisin Sədri televiziyanın və radionun efir vaxtının bir saat artırılması, rayonlarda müxbir postlarının yaradılması və radionun internet üzərindən yayıma başlaması barədə tapşırıqlar verib. Verilən tapşırıqlar icra olunub, teleradionun efir vaxtı daha bir saat artırılıb, müxbir postlarının fəaliyyəti təmin edilib və Naxçıvan Dövlət Radiosu internet üzərindən yayıma başlayıb.
Aprelin 1-də Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində bu münasibətlə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli çıxış edərək televiziyanın keçdiyi inkişaf yolundan danışıb.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Naxçıvan Dövlət Televiziyası və Radiosu böyük inkişaf yolu keçib, teleradio müstəqil kanalda yayımlanmağa başlayıb, televiziyanın maddi-texniki bazası xeyli möhkəmləndirilib, rəqəmsal formatda – HD yayımı təmin edilib. İstər Naxçıvan Dövlət Televiziyasında, istərsə də Naxçıvan Dövlət Radiosunda yaradılan maddi-texniki baza, öz növbəsində, yaradıcı işin keyfiyyətinə də təsir edib. Əgər əvvəllər Naxçıvan Dövlət Televiziyasının istehsalı olan telemateriallar ümumi efirin 20-25 faizini təşkil edirdisə, hazırda bu rəqəm 65-70 faizədək yüksəlib. Son illər ərzində 60-dan artıq sənədli və televiziya filmi çəkilib. Sahil Tahirli yaradılan şəraitə və göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə kollektiv adından dərin minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov tədbirdə çıxış edərək bildirib ki, bu gün Naxçıvanda radionun fəaliyyətə başlamasının 85-ci ildönümü tamam olur. Teleradionun ötən dövrdə keçdiyi yola nəzər saldıqda aydın olur ki, onun inkişafının əsas mərhələsi son 20 ilə düşür. 1996-cı ildən müstəqil kanalda yayımlanmağa başlayan tele­radionun efir vaxtı əvvəlcə 4, sonra isə ardıcıl olaraq 8, 14 və 17 saata­dək artırılıb.
“Şübhəsiz ki, muxtar respublika rəhbərinin himayəsi olmasaydı, Naxçıvan Dövlət Televiziyası və Radiosu bu inkişafa nail ola bilməzdi”, – deyən Ali Məclis Aparatının rəhbəri hörmətli Sədrimizin qayğısı nəticəsində Naxçıvan Dövlət Televiziyası və Radiosunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü də diqqətə çatdırıb. Vurğulanıb ki, ötən dövrdə Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin binasında yenidənqurma işləri aparılıb, yeni studiya avadanlıqları, videokameralar, avtomobillər, kompüter dəstləri alınıb, teleradio müasir texniki avadanlıqlarla təchiz edilib, yeni studiyalar, müasir iş və efir şəraiti yaradılıb, Naxçıvan Dövlət Televiziyasının internet üzərindən yayımına başlanıb.
Diqqətə çatdırılıb ki, televiziyanın maddi-texniki bazasının gücləndirilməsi və işin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər bu il də davam etdirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisində kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədə Ali Məclisin Sədri televiziyanın və radionun efir vaxtının bir saat da artırılması, rayonlarda müxbir postlarının yaradılması və onların fəaliyyətinin təmin olunması, radionun internet üzərindən yayıma başlaması barədə tapşırıqlar verib. Verilən tapşırıqlar qısa müddətdə icra olunub, rayon icra hakimiyyətlərinin binalarında müxbir postları üçün iş otaqları ayrılaraq telefon və kompüterlə təmin edilib, videomaterialların sürətli və təhlükəsiz ötürülməsi üçün “İntranet” şəbəkəsi quraşdırılıb. Bu gün – Naxçıvan Dövlət Teleradiosunun 85 illiyi günündə isə Naxçıvan Dövlət Televiziyasının və Radiosunun efir vaxtı bir saat da artırılaraq 18 saata çatdırılıb, radionun internetdən canlı olaraq yayımına başlanıb.
Ali Məclis Sədrinin qayğısı ilə televiziya və radioda mərhələli şəkildə görülən bu işlər, dövlət tele­viziya və radiosunun internetdən dünyaya yayımlanması yaradıcılıq və texniki imkanları artırmaqla yanaşı, həm də Naxçıvanda informasiya blokadasının yarılmasına hesablanıb. Bütün bunlar eyni zamanda muxtar respublika rəhbərinin kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyi qayğının parlaq ifadəsidir. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, televiziyanın və radionun öz istehsalı olan verilişlərin həcmi və keyfiyyəti artırılmalı, balanslaşdırılmış proqram siyasəti aparılmalı, müxbir postlarının fəaliyyəti səmərəli olmalıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “İnformasiya vermək, maarifləndirmək, bu günümüzün tarixini yaratmaq, milli dəyərlərimizi təbliğ etmək və ictimaiy­yəti düzgün istiqamətləndirmək kütləvi informasiya orqanlarının qarşısında duran əsas vəzifələrdir”. Ali Məclis Aparatının rəhbəri bu vəzifələrin icrasında uğurlar arzulayıb, əldə olunan nailiyyətlər və Naxçıvan teleradiosunun 85-ci ildönümü münasibətilə kollektivi təbrik edib.
Naxçıvan televiziyasının gənc əməkdaşı İradə Quliyeva bildirib ki, bu gün artıq Naxçıvan televiziyası rəngarəng veriliş və proqramlarla tamaşaçı və dinləyicilərin görüşünə gəlir. Əldə olunan bütün bu nailiyyətlərin hər biri dövlət qayğısının, televiziyamıza ayrılan diqqətin sayəsində mümkün olub. Yaradılan şəraitə və göstərilən qayğıya görə yaradıcı gənclər adından minnətdarlığını ifadə edən İradə Quliyeva bundan sonra da səylə çalışacaqlarını bildirib.
Tədbirdə Naxçıvan teleradiosunun səmərəli fəaliyyət göstərən bir qrup əməkdaşına mükafatlar verilib.
Sonra Naxçıvan Dövlət Radiosunun naxcivantv.az saytı üzərindən yayımının təqdimatı olub. Bildirilib ki, həm kompüter, həm də mobil telefonlardan naxcivantv.az saytına daxil olaraq Naxçıvan Dövlət Radiosunu dinləmək mümkündür. Bununla da, artıq Naxçıvan Dövlət Radiosu efir ərazisini genişləndirərək həm ölkədə, həm də dünyada dinləniləcəkdir.
Aprelin 1-dən etibarən muxtar respublikanın rayonlarında Naxçıvan Televiziyasının müxbir postları da fəaliyyətə başlayıb. Yeni yaradılan müxbir postları Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək Rayon İcra hakimiyyətlərinin binalarında yerləşir. Rayon icra hakimiyyətlərinin hər birində müxbir postları üçün ayrıca otaq ayrılıb, videomaterialların sürətli ötürülməsini təmin etmək məqsədilə müasir və sürətli kompüterlərdən istifadə olunaraq “İntranet” şəbəkəsi quraşdırılıb. Bu şəbəkə audio və videomaterialların mərkəzə sürətlə ötürülməsini və operativliyi təmin edəcək, əlavə vaxt itkisinin qarşısını alacaq, çəkilişlər üçün ayrılan xərcləri minimuma endirəcəkdir.
Qeyd edək ki, Naxçıvan Dövlət Televiziyası gündəlik efirini səhər saat 0800-da başlayacaq və gecə saat 0200-da başa çatdıracaq. Naxçıvan Dövlət Radiosu isə səhər saat 0700-dan gecə saat 0100-dək efirdə olacaqdır.


“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3064186
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11383
16573
59577
499653
3064186

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter