11 Dekabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

85 il bundan əvvəl – 1932-ci il aprelin 1-də Naxçıvanda ilk dəfə olaraq Radio Verilişləri Komitəsi yaradılıb. 1963-cü il martın 12-də qısa xəbərlərlə televiziyanın ilk sınaq yayımı həyata keçirilib, ­avqust ayının 14-də isə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi təşkil olunub. Həmin dövrdə maddi-texniki bazası zəif olan, cəmi bir baş redaksiya ilə fəaliyyət göstərən Naxçıvan Dövlət Televiziyasının yayım dairəsi də olduqca məhdud idi.

Naxçıvan teleradiosu 1969-cu ilədək yalnız Naxçıvan şəhərində yayımlanıb. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra bütün sahələrdə olduğu kimi, televiziya və radio da yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndərimizin tapşırığı ilə qısa müddət ərzində Azərbaycan Televiziyasının verilişlərinin muxtar respublika ərazisində yayımlanması və yerli teleradionun imkanlarının genişləndirilməsi üçün texniki məsələlər öz həllini tapdı, verilişlərin qəbulu üçün 10-dan çox radio-tele­viziya xətti və yarımstansiyalar quraşdırıldı. Bununla da, teleradionun muxtar respublikanın əksər bölgələrində yayımlanmasına nail olundu.

“Televiziya məktəb qədər vacib bir sahədir”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə Naxçıvan Dövlət Tele­viziyası və Radiosu böyük inkişaf yolu keçib, teleradio müstəqil kanalda yayımlanmağa başlayıb. Tele­viziyanın maddi-texniki bazası xeyli gücləndirilib, teleradionun binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib, ən müasir texniki avadanlıqlarla təchiz edilib. Muxtar respublikada yeni yayım avadanlıqlarının tətbiqi nəticəsində analoq yayım yüksəkkeyfiyyətli rəqəmsal yayımla əvəzlənib, Naxçıvan Dövlət Televiziyasının yüksəkkeyfiyyətli HD formatda yayımına başlanılıb. İlbəil avadanlıqları yeniləşdirilən dövlət teleradiosunda bu gün dünyanın qabaqcıl ölkələrinin teleradiolarında istifadə olunan ən müasir texniki avadanlıqlar quraşdırılıb. Maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə ötən il teleradionun sistem otağına ehtiyat siqnalçevirici, arxiv üçün 80 terabaytlıq yeni server alınıb quraşdırılıb, arxivin həcmi 120 terabayta çatdırılıb. Dövlət əhəmiyyətli tədbirlərin çəkilişi, montajı və yayımı üçün ən son texnologiyaya əsaslanan 2 rəqəmsal videokamera dəsti, 2 videomontaj dəsti və 1 efirə çıxış kompüteri alınıb. Yeni çəkiliş pavilyonları yaradılıb, müasir virtual studiya qurulub, bütün pavilyonlarda yeni səs və işıq sistemləri quraşdırılıb. Ötən il redaksiyaların iş fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün 4 videomontaj və 5 səsyazma otağı yaradılıb, yeni qurulan montaj otaqlarında 3 yeni videomontaj dəsti quraşdırılıb.
Teleradioda kadr hazırlığı sahəsində də tədbirlər görülür, kinooperatorlar, rejissorlar və aparıcılar üçün davamlı olaraq təkmilləşdirmə kursları keçirilir. Ötən dövrdə 50-dən artıq kadr, o cümlədən Naxçıvan Dövlət Universitetinin televiziyaya hamiliyə verilən Jurnalistika ixtisası üzrə 18 gənc sınaq müddəti dövründə hazırlanaraq Naxçıvan teleradiosunda işə qəbul olunub. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən “Universitet” televiziyasının və “Nuhçıxan” radiosunun fəaliyyəti də diqqətdə saxlanılmış, televiziyanın və radionun audioteka və videotekası zənginləşdirilmişdir. Belə ki, 50-dən çox audio və videomaterial universitetin arxivinə daxil edilmişdir. Yaradıcı işə də köməklik göstərilmiş, həftəlik proqram cədvəlinin tərtibi istiqamətində iş aparılmışdır. Jurnalistika ixtisasının tələbələri ilə yanaşı, “Universitet” televiziyasının və “Nuhçıxan” radiosunun əməkdaşlarının da teleradioda təcrübə keçməsinə şərait yaradılmışdır.
İstər Naxçıvan Dövlət Televiziyasında, istərsə də Naxçıvan Dövlət Radiosunda yaradılan maddi-texniki imkanlar, öz növbəsində, yaradıcı işin keyfiyyətinə də təsir edib. Əgər əvvəllər Naxçıvan Dövlət Televiziyasının istehsalı olan telemateriallar ümumi efirin 20-25 faizini təşkil edirdisə, hazırda bu rəqəm 60-65 faizədək yüksəlib. Son illər ərzində 60-dan artıq sənədli və televiziya filmi çəkilib. Naxçıvan Dövlət Televiziyasının öz istehsalı olan verilişlər və filmlər Türkiyənin TRT, ölkəmizdə Azərbaycan Dövlət Televiziyası, İctimai Televiziya, AZƏRTAC informasiya agentliyi vasitəsilə də tamaşaçılara təqdim edilir.
Bu gün dünyanın istənilən yerindən doğma kanalımızı internet vasitəsilə izləmək mümkündür. 2016-cı il oktyabrın 17-də – Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ərəfəsində Naxçıvan Dövlət Televiziyası internet üzərindən yayıma başladı. Bu, 25 ildən artıq blokada şəraitində yaşayan muxtar respublikada informasiya blokadasının yarılması demək idi. Bu gün dünyanın istənilən yerində televiziyanın izlənilməsi muxtar respublikanın tanıdılmasına, burada görülən böyük quruculuq tədbirlərinin, insanların yaşayış səviyyəsi, qədim diyarın mədəniyyəti, tarixi-mədəni irsi və milli dəyərləri haqqında məlumatların daha geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan verir.
Naxçıvan Dövlət Televiziyasının internet saytında müntəzəm olaraq izləyicilərə yeni telemateriallar və xəbərlər çatdırılır, rəsmi xəbərlər Azərbaycan, ingilis və rus dillərində təqdim olunur. Sayt mütəmadi olaraq yenilənir, izləyici və tamaşaçıların tələbləri nəzərə alınır, Naxçıvanın tanıdılması və təbliği məqsədilə yeni bölmələr yaradılır. “Naxçıvanşünaslıq” bölməsinin yaradılması da bu məqsədə xidmət edir.
Bu gün geniş izləyici kütləsi toplayan naxcivantv.az saytı qədim Naxçıvanın mühüm informasiya mənbəyi olmaqla yanaşı, həm də müstəqil ölkəmizin əsas informasiya portallarından birinə çevrilib. Ötən 5 ayda sayta müraciət edənlərin sayı 2 milyonu ötüb. Muxtar respublikanın qədim tarixi, zəngin mədəniyyəti, müasir inkişafı və turizm potensialı Naxçıvan Dövlət Televiziyası tərəfindən internet üzərindən bütün dünyaya yayılır, izləyicilərə dəqiq və operativ məlumatlar çatdırılır. Bütün bunların nəticəsidir ki, artıq digər informasiya saytları Naxçıvan haqqında informasiya yayarkən, əsasən, naxcivantv.az saytına istinad edirlər.
Televiziya son illər sosial şəbəkələrdəki aktivliyini də artırıb, “YouTube”, “Facebook”, “İnstagram” və “Twitter”də ayrıca səhifələr yaradılıb, bu səhifələrdə televiziyanın 6 mindən artıq materialı yerləşdirilib və ümumilikdə, bu səhifələrə baxış sayı 4 milyonu ötüb.
Naxçıvan Dövlət Radiosunun da avadanlıqları tamamilə yenilənib. Radio hər gün bir-birindən maraqlı verilişlərlə dinləyicilərini salamlayır. Müasir səsyazma avadanlıqları və yayım studiyaları, səs montajları, 5 min giqabaytlıq rəqəmsal arxiv sistemi və digər avadanlıqların quraşdırıldığı radioda günün 18 saatında dinləyicilərin zövqünü oxşayan musiqili verilişlər və canlı proqramlar təqdim olunur.
Hər bir televiziya əməkdaşının üzərinə düşən əsas vəzifə Naxçıvan Muxtar Respublikasındakı inkişafı, sabitliyi, milli dəyərlərimizi və tarixi-mədəni irsimizi təbliğ etmək və bunu dünyaya tanıtmaqdan ibarətdir. Ona görə də muxtar respublikanı tanıtmaqla yanaşı, həm də gənclərə torpağa bağlılıq, vətənpərvərlik hisslərini aşılamaq, maarifçilik işini daha da artıraraq hər yaş kateqoriyasından olan tamaşaçılar üçün məzmunlu verilişlər hazırlayıb təqdim etmək üstün istiqamət kimi götürülür. Ölkəmizdə, o cümlədən muxtar respublikamızda baş verən ən mühüm hadisələri, xəbərləri ­peşəkarlıq və operativliklə tamaşaçı və dinləyicilərə təqdim edən teleradio jurnalistləri həm də Naxçıvanın sosial-iqtisadi inkişafının, tarixinin, elminin, təhsilinin, mədəniyyətinin, xalq yaradıcılığının, bir sözlə, bütün sahələrin təbliğatçısına çevrilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi proqram siyasətində televiziya və sənədli filmlərin çəkilərək tamaşaçılara təqdim olunmasını diqqətdə saxlayır. Bu filmlərin tamaşaçı rəğbəti qazanması bir daha təsdiq edir ki, Naxçıvan televiziyası sözdə yox, əməldə böyük dəyişikliklərə doğru gedir və özündə müasir film yaradıcılığı ənənələrini formalaşdırır. Göstərilən hərtərəfli qayğının müqabilində ictimai, siyasi, sosial, iqtisadi, mədəniyyət məsələləri ilə bağlı proqramların, jurnalist araşdırmalarının da keyfiyyəti yüksəldilib, baxımlı telelayihələr əsasında hazırlanan yeni verilişlər tamaşaçı və dinləyicilərə təqdim edilib. Uşaq və yeniyetmələrdə, gənc nəsildə elmə və təhsilə maraq oyada bilən, onların intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən verilişlər hazırlanıb. İctimai-siyasi, sosial-iqtisadi, mədəniyyət məsələləri ilə bağlı ciddi proqramların, jurnalist araşdırmalarının səviyyəsini müasir tamaşaçının tələbləri səviyyəsinə yüksəltmək üçün televiziya əməkdaşları peşəkarlıq göstərməyə çalışır.
Sürətlə dəyişən və inkişaf edən televiziya və radioda efirə verilən hər bir veriliş gərgin jurnalist əməyinin məhsuludur. Tamaşaçı və dinləyicilərə təqdim olunan veriliş və proqramlar kollektiv əməyin bəhrəsi kimi ortaya çıxır. Hər bir verilişdə mətn müəllifi ilə yanaşı, rejissorun, operatorun, montajçının, musiqi tərtibatçısının hətta heç vaxt efirdə görünməyən işıqçının, mühəndisin, səs operatorunun sürücünün belə, zəhməti, əməyi vardır. Televiziya əməkdaşlarının əməyi də dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Son illər onlarla əməkdaş müxtəlif fəxri ad, medal və nişanlarla təltif edilib, əməkdaşların əməkhaqları artırılıb.
Teleradionun qarşıda dayanan əsas hədəfi efir keyfiyyətini və yaradıcı işi daha da yüksəltmək, hazır­lanan yeni veriliş və proqram layihələrinin uğurlu icrasına nail olmaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qarşıya qoyduğu vəzifələrin icrası əsas fəaliyyət istiqaməti kimi götürülmüşdür. Müşavirədə keyfiyyətin daha da yüksəldilməsi, dövlət televiziyasının rayonlardakı müxbir postlarının fəaliyyətinin təmin olunması, 2017-ci ilin aprel ayından Naxçıvan Dövlət Televiziyasının və Radiosunun ümumi efir vaxtının artırılaraq 18 saata çatdırılması barədə tapşırıqlar verilmişdir. Verilmiş tapşırıqların icrası istiqamətində rayon icra hakimiyyətlərinin hər birində müxbir postları üçün ayrıca otaq ayrılmış, videomaterialların sürətli ötürülməsini təmin etmək məqsədilə “İntranet” (FTP) şəbəkəsi quraşdırılmışdır. Ötən müddətdə müxbir postlarında fəaliyyət göstərəcək bölgə müxbirlərinin hazır­lanması istiqamətində də işlər başa çatdırılmışdır. Naxçıvan Dövlət Tele­viziyası və Radiosunun efir vaxtının daha 1 saat artırılması istiqamətində də işlər aparılmış, aprel ayının pro­qram cədvəlində efir vaxtı 17 saatdan 18 saata çatdırılmışdır. Artıq aprelin 1-dən etibarən Naxçıvan Dövlət Tele­viziyası gündəlik efirini səhər saat 0800-da başlayacaq və gecə saat 0200-da başa çatdıracaqdır. Naxçıvan Dövlət Radiosu isə səhər saat 0700-dan gecə saat 0100-dək efirdə olacaqdır. Bu gündən etibarən Naxçıvan Dövlət Radiosu da Naxçıvan Dövlət Tele­viziyasının rəsmi internet saytı (www.naxcivantv.az) üzərindən birbaşa yayımlanır. Artıq dinləyicilər həm kompüter, həm də mobil telefonlardan naxcivantv.az saytına daxil olaraq Naxçıvan Dövlət Radiosunu internetdən birbaşa dinləyə bilərlər.
Naxçıvan Dövlət Televiziya və Radiosunun kollektivi bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafına öz töhfəsini verəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Televiziya və Radio
Verilişləri Komitəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5626577
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10029
18377
10029
172468
5626577

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter